Göygöldə sərxoş ata oğlunun başına çaynik çırpdı Sərxoş ata oğlunun başına çaynik çırpdı
Icma.az bildirir, Gununsesi portalına istinadən.
Göygöl rayonunda 60 yaşlı ata oğlunu çayniklə vuraraq xəsarət yetirib.
Gununsesi.info xəbər verir ki, hadisə Göygöl şəhəri, 21-ci məhəllədə baş verib. Sərxoş vəziyyətdə evə gələn 1965-ci il təvəllüdlü Arzu Azayev (soyad şərtidir) oğlundan mobil telefonunu istəyib. Oğlu isə bildirib ki, bir neçə dəfə içkili vəziyyətdə tanışlarına zəng vurub mübahisə edib. Həmin şəxslər də sonradan ona problem yaradıblar. Buna görə oğul telefonunu atasına verməkdən imtina edib.
Nəticədə A.Azayevlə oğlu arasında mübahisə yaranıb və ata stolun üstündəki çayniki oğlunun başına vurub. Hadisə nəticəsində xəsarət alan oğul polisə məlumat verib.
Faktla bağlı cinayət işi başlanıb və iş məhkəməyə göndərilib. Məhkəmə istintaqı dövründə ata oğlu ilə barışdığı üçün cinayət işinə xitam verilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:78
Bu xəbər 18 İyul 2025 08:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















