Seçkidə qalib gələn Paşinyandan Azərbaycana gözlənilməz mesaj
Icma.az, Yenisabah saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Parlament seçkilərinin ilkin nəticələrinin açıqlanmasından sonra Ermənistanın Baş naziri Nikol Paşinyan İrəvanın sülhə, regional əməkdaşlığa və qonşu ölkələrlə münasibətlərin normallaşdırılmasına sadiqliyini bir daha təsdiqləyən müraciətlə çıxış edib.
“Yeni Sabah” Report-a istinadla xəbər verir ki, bu barədə Ermənistan mətbuatı yazıb.
Paşinyanın sözlərinə görə, Ermənistan hökumətinin Türkiyə və Azərbaycanla bağlı mövqeyi dəyişməz olaraq qalır: pizza mizza
"Ermənistan xalqı sülh, regional rifah və regional əməkdaşlığa tərəfdardır. Ümid edirəm ki, bu, həm Türkiyə, həm də Azərbaycan tərəfindən müsbət qarşılanacaq".
Baş nazirin sözlərinə görə, Ermənistan üçün əsas prioritetlərdən biri Azərbaycanla sülh prosesinin institusional səviyyədə möhkəmləndirilməsidir. Azərbaycanla münasibətlərdən danışan Paşinyan xatırladıb ki, tərəflər artıq sülh müqaviləsinin mətni ilə bağlı razılığa gəliblər və indi onu imzalamağa keçməlidirlər:
"Azərbaycana gəldikdə, bilirsiniz ki, bizim əvvəlcədən razılaşdırılmış sülh müqaviləmiz var. Biz onu imzalamalıyıq".
Paşinyan Ermənistan-Türkiyə münasibətlərinə də toxunub. O qeyd edib ki, İrəvan normallaşma prosesində və iki ölkə arasında dövlət sərhədinin açılmasında daha da irəliləyiş gözləyir.
Hökumət başçısı nəqliyyat sektorundakı son addımları da yüksək qiymətləndirib və Axalkalaki-Qars dəmir yolu marşrutunun Ermənistan yükləri üçün açılması qərarına görə minnətdarlığını bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:154
Bu xəbər 08 İyun 2026 11:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















