Seçkidə qalib gələn merin adı müzakirə yaratdı
Icma.az, Qafqazinfo portalına istinadən məlumat verir.
Perunun Keropalka şəhərində keçirilən mer seçkiləri qeyri-adi nəticəsi ilə diqqət çəkib.
“Qafqazinfo” xəbər verir ki, seçkilərdə “Hitler Mussolini” ləqəbli Simeon Flores 229 səs (34,5%) toplayaraq hər kəsi üstələyib və şəhərin yeni meri seçilib.
Onun en yaxın rəqibi Qaspar Benilde Osorio Zambrano isə qalibdən təxminən 4 faizlik göstərici ilə geridə qalıb.
Flores seçkilərə sosial-demokrat və mərkəz-sol təmayüllü “Ahora Nacion” partiyasının namizədi kimi qatılıb. Adı Almaniya və İtaliyanın faşist diktatorlarını xatırlatsa da, siyasətçinin onların ideologiyalarından tamamilə uzaq bir xətt izlədiyi bildirilir.
Seçkidə qalib gəlməsindən çox, onun adı müzakirələrə səbəb olub.
Qeyd edək ki, Peruda, xüsusən də siyasət sahəsində bu cür qeyri-adi adlara tez-tez rast gəlinir. 2018-ci ildə Yunqar şəhərində keçirilən mer seçkilərində Hitler Qesklin Alba Sançes adlı namizəd qalib gəlmişdi. Həmin seçkilərdə onun əsas rəqiblərindən birinin adı Sovet liderinə ithafən Lenin idi.

Bu mövzuda digər xəbərlər:
Baxış sayı:120
Bu xəbər 10 Oktyabr 2026 07:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















