Seçkilər üçün 10 partiyanın səlahiyyətliləri qeydə alındı Siyahı
Olke.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Mərkəzi Seçki Komissiyası (MSK) 10 siyasi partiyanın bələdiyyə seçkilərindəki səlahiyyətli nümayəndələrini qeydə alıb.
"Ölkə.Az" xəbər verir ki, bununla bağlı MSK-nın dekabrın 21-də keçirilən iclasında qərar layihəsi müzakirə olunub.
MSK katibi Arifə Muxtarovanın təqdimatına əsasən, quruma müraciət edən Respublikaçı Alternativ (REAL), Ağ Partiyası, Gələcək Azərbaycan (GAP), Ədalət, Vəhdət, Haqq Ədalət (HƏP), Demokrat (ADP), Azad Vətən, Müasir Müsavat, Yeni Zaman partiyalarının 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində səlahiyyətli nümayəndələri qeydə alınıb.
Müvafiq qərarlar səsverməyə çıxarılaraq qəbul olunub.
İclasda çıxış edən MSK sədri Məzahir Pənahov bələdiyyə seçkilərində indiyədək 23 siyasi partiyanın səlahiyyətli nümayəndələrinin qeydə alındığını deyib: "Qeydiyyatdan keçmiş qalan üç partiya üçün də hələ vaxt var".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:88
Bu xəbər 21 Dekabr 2024 14:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















