Icma.az
close
up
RU
Menu

Rusiya real vəziyyəti hüquqi şəkildə rəsmiləşdirməyə çalışır

Skalyozun ilkin əlamətləri nələrdir? Ortoped AÇIQLADI

Səfir: İsrail Orta Dəhlizlə bağlı Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır

Uşağın qamətini pozan səhvlər: Valideynlər bunlara diqqət etsin

Üçuşaqlı ailələrə real yardım üçün ilk növbədə valideynlər işlə təmin olunmalıdır Sosioloq

Rəhman Mustafayev: Azərbaycan dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərini daim dəstəkləyir

2002 ci ildən bəri ilk dəfə: Avro əskinasları tamamilə dəyişdiriləcək

Məktəblilərdə xroniki ağrıların səbəbi nədir? Mütəxəssisdən XƏBƏRDARLIQ

Rəhman Mustafayev Bakı və Moskva münasibətlərinin inkişafı üçün yeni imkanları açıqladı

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

SOCAR Azərbaycanda geotermal enerji layihələri üçün kapital tərəfdaşı axtarır

Bu meyvələrin qabığını yemək olarmı?

İsrailin Müdafiə Nazirindən SƏRT BƏYANAT: Təhlükəsizlik zonasını tərk etməyəcəyik

Bakıda avtobuslarla bağlı ŞOK RƏQƏM: Sentyabrın sonundan etibarən...

Rafinya: “Mövsümə belə başlamaq inam verir”

Çində ölümlə nəticələnə biləcək təhlükəli virusun yeni mutasiyası aşkarlanıb

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

Dilan Polatın nişanda Vanlı Kara Haydar a dediyi sözlər yenidən gündəm oldu VİDEO

Mingəçevirdə çarəsiz qalan ata: 1 yaşlı övladımın müalicəsinə kömək edin VİDEO

Miqrantlar əvvəlcə rus dilini və mədəniyyətini öyrənəcəklər Yeni model açıqlanıb

Paşinyan üçün seçkilər yalnız başlanğıcdır Politoloq

Paşinyan üçün seçkilər yalnız başlanğıcdır Politoloq

Icma.az xəbər verir, Sherg.az saytına əsaslanaraq.

 Hər gün baş nazir üçün mübarizə ilə yadda qalacaq

 

“2026-cı ilin seçkiləri Ermənistanın geosiyasi taleyini müəyyən edəcək referendumdur”

Məlum olduğu kimi Ermənistan hökuməti 2026-cı ildə keçiriləcək parlament seçkilərinə xarici müdaxilənin qarşısını almaq üçün Avropa İttifaqından kömək istəyib. Bu barədə Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas deyib. Onun sözlərinə görə, AB-nin toplantılarında Ermənistana bu məsələdə necə kömək edə biləcəkləri müzakirə edilir. Ermənistan xarici müdaxilənin qarşısını almaq üçün bizdən kömək istəyib". Kallas həmçinin bildirib ki, Avropa İttifaqı bu məqsədlə Ermənistana 15 milyon avro ayıracaq. Ermənistan XİN-in mətbuat katibi Ani Badalyan bildirib ki, müxtəlif istiqamətlər üzrə, o cümlədən hibrid təhdidlərə qarşı mübarizə sahəsində Ermənistanın dayanıqlılığının artırılmasına yönəlmiş Ermənistan-Aİ əməkdaşlığı davamlı xarakter daşıyır və yeni başlamayıb. XİN sözçüsü deyib ki, tərəfdaşlığın inkişafı ilə paralel olaraq Ermənistanın demokratik və iqtisadi dayanıqlılığının gücləndirilməsinə yönəlmiş müxtəlif təşəbbüslər nəzərdən keçirilir, hazırlanır və təsdiqlənir: "Bu prinsip əsasında, məsələn, hazırda aktiv icra mərhələsində olan "Dayanıqlılıq və artım" proqramı, eləcə də Ermənistanda Aİ missiyasının yerləşdirilməsi barədə qərar qəbul edilib. Seçki proseslərinin demokratik standartlara uyğun şəkildə təmin edilməsi yolunda mümkün hibrid təhdidlərə qarşı mübarizə məqsədilə əməkdaşlıq, bu istiqamətdə Aİ-nin və üzv ölkələrin təcrübə və alətlərinin nəzərə alınması ilə göstərilən Aİ dəstəyi də istisna deyil. Müvafiq olaraq, bəli, bu istiqamətdə birgə müzakirələr nəticəsində formalaşmış təşəbbüslər mövcuddur və onlar üzrə qərarlar qəbul ediləcəyi təqdirdə ictimaiyyət lazımi şəkildə məlumatlandırılacaq".

Bakı Politoloqlar Klubunun sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru Zaur Məmmədov Sherg.az-a açıqlamasında deyib ki, Aİ-nin xarici siyasət üzrə nümayəndəsinin "Ermənistan seçkilərdə xarici müdaxilənin qarşısının alınması üçün Avropa İttifaqından yardım istəyib" açıqlaması Kallasın bağlı qapılar arxasında müzakirə olunan məsələni açıq müstəviyə çıxarmasıdır. Ekspert vurğulayıb ki, Paşinyanın belə bir müraciətlə çıxış etməsi hakimiyyətinin həm daxili, həm də xarici müstəvidə üzləşdiyi çağırışları açıq şəkildə ortaya qoyur:

"Kaya Kallasın bəyanatı, əslində, Paşinyana köməkdən daha çox, yatanın ayıldılması, geosiyasi mübarizənin şiddətlənməsinin sürətləndirilməsidir. Hər halda Aİ Paşinyana köməyi səssizcə edə bilərdi. Bunu geniş auditoriyaya çıxarmağa ehtiyac vardımı? Məlum məsələdir ki, Paşinyan 2018-ci ildən bəri Moskvanın Ermənistan üzərində qurduğu klassik "patron-vassal" modelini tədricən sarsıtmağa çalışır. KTMT-dən faktiki uzaqlaşma, Qərblə siyasi dialoqun intensivləşməsi, Qarabağ məsələsində Rusiyanın "təhlükəsizlik təminatçısı" rolunun itirilməsi Kremlin Ermənistandakı təsir rıçaqlarını zəiflədib. Lakin bu rıçaqlar tam sıradan çıxmayıb. Rusiya ilə əlaqəli siyasi elita, media resursları, təhlükəsizlik strukturlarında qalan köhnə şəbəkələr seçki dövründə informasiya manipulyasiyası, legitimliyin şübhə altına alınması və kütləvi etirazların qızışdırılması üçün hələ də əlverişli alətlərə malikdir".

Z.Məmmədov əlavə edib ki, heç kimə sirr deyil ki, 2026-cı ildə keçiriləcək seçkilər bu dəfə sadəcə hakimiyyət uğrunda mübarizə deyil:

"Budəfəki seçkilər Ermənistanın hansı geosiyasi məkanın bir hissəsi olacağına dair "referendum" xarakteri daşıyır. Xarici müdaxilə ehtimalı isə bu seçimi Ermənistan cəmiyyətinin deyil, xarici güclərin iradəsinə tabe edə bilər. Ona görə də mövcud hakimiyyət erməni vətəndaşları qarşısında bu şüarı qoymalıdır. Ermənistan üçün əsas sual artıq "Paşinyan qalacaqmı?" deyil. Əsas sual budur ki, Ermənistan seçkilər vasitəsilə suveren qərar verə biləcək, yoxsa yenidən kənar qüvvələrin siyasi ssenarilərinin obyekti olacaq? Hadisələr göstərir ki, təkcə seçkilərə qədər yox, seçkilərdən sonra da qaynar keçəcək. Hər bir gün Paşinyan üçün çağırışların dəf edilməsi üçün mübarizə kimi yadda qalacaq. Gürcüstanda illər əvvəl baş verənləri unutmamalıyıq. Cənubi Qafqazda real təhlükəsizlik arxitekturası artıq kağız üzərindəki alyanslar deyil, faktiki güc və məsuliyyət daşıyan aktorlar üzərində formalaşır. Bu kontekstdə Azərbaycan və Türkiyə bölgədə təhlükəsizliyin əsas qarantları kimi çıxış edirlər".

Siyasi şərhçi diqqətə çatdırıb ki, Azərbaycan regionda status-kvonun dəyişdirilməsində həlledici rol oynayan dövlətdir:

"Uzun illər davam edən qeyri-müəyyənlik, "dondurulmuş münaqişə" adı altında saxlanılan xaos məhz təhlükəsizliyin əsas mənbəyi idi. 2020-ci ildən sonra Bakı göstərdi ki, təhlükəsizlik yalnız güc balansını bərpa etməklə və beynəlxalq hüquqa əsaslanan reallıq yaratmaqla mümkündür. Bu baxımdan Azərbaycan regional nizamı pozan yox, əksinə, onu formalaşdıran aktora çevrildi. Azərbaycan-Türkiyə tandemi bölgədə təhlükəsizliyin təminatçısı kimi çıxış edərkən fərqli model təqdim edir. Bu model nə Rusiyanın postsovet "nəzarət və asılılıq" yanaşmasına, nə də Qərbin uzaqdan normativ tövsiyələrinə bənzəyir. Burada əsas prinsip sadədir - suverenlik, sərhədlərin toxunulmazlığı və kommunikasiya xətlərinin təhlükəsizliyi. Məhz bu prinsiplər regionda davamlı sabitliyin əsasını təşkil edir. Ermənistan üçün də bu reallığın əhəmiyyəti böyükdür. Paşinyan hökuməti gec də olsa anlamağa başlayır ki, ölkənin təhlükəsizliyi artıq üçüncü tərəflərin qeyri-müəyyən "zəmanətləri" üzərində qurula bilməz. Ermənistanın real təhlükəsizliyi qonşularla münasibətlərin normallaşmasından, regional layihələrə qoşulmasından və hərbi-siyasi avantüralardan imtina etməsindən keçir. Bu mənada Azərbaycan və Türkiyənin yaratdığı yeni regional düzən Ermənistan üçün təhdid yox, alternativ təhlükəsizlik imkanıdır".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:157
embedMənbə:https://sherg.az
archiveBu xəbər 17 Dekabr 2025 10:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya real vəziyyəti hüquqi şəkildə rəsmiləşdirməyə çalışır

09 Sentyabr 2026 15:51see694

Skalyozun ilkin əlamətləri nələrdir? Ortoped AÇIQLADI

09 Sentyabr 2026 15:22see290

Səfir: İsrail Orta Dəhlizlə bağlı Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır

09 Sentyabr 2026 19:08see290

Uşağın qamətini pozan səhvlər: Valideynlər bunlara diqqət etsin

09 Sentyabr 2026 15:28see272

Üçuşaqlı ailələrə real yardım üçün ilk növbədə valideynlər işlə təmin olunmalıdır Sosioloq

09 Sentyabr 2026 16:52see269

Rəhman Mustafayev: Azərbaycan dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərini daim dəstəkləyir

09 Sentyabr 2026 21:37see264

2002 ci ildən bəri ilk dəfə: Avro əskinasları tamamilə dəyişdiriləcək

09 Sentyabr 2026 17:42see257

Məktəblilərdə xroniki ağrıların səbəbi nədir? Mütəxəssisdən XƏBƏRDARLIQ

09 Sentyabr 2026 15:12see257

Rəhman Mustafayev Bakı və Moskva münasibətlərinin inkişafı üçün yeni imkanları açıqladı

09 Sentyabr 2026 21:17see256

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

10 Sentyabr 2026 14:40see254

SOCAR Azərbaycanda geotermal enerji layihələri üçün kapital tərəfdaşı axtarır

09 Sentyabr 2026 15:28see248

Bu meyvələrin qabığını yemək olarmı?

10 Sentyabr 2026 02:06see239

İsrailin Müdafiə Nazirindən SƏRT BƏYANAT: Təhlükəsizlik zonasını tərk etməyəcəyik

10 Sentyabr 2026 01:23see235

Bakıda avtobuslarla bağlı ŞOK RƏQƏM: Sentyabrın sonundan etibarən...

09 Sentyabr 2026 19:21see234

Rafinya: “Mövsümə belə başlamaq inam verir”

10 Sentyabr 2026 01:56see234

Çində ölümlə nəticələnə biləcək təhlükəli virusun yeni mutasiyası aşkarlanıb

10 Sentyabr 2026 06:30see230

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

10 Sentyabr 2026 14:38see229

Dilan Polatın nişanda Vanlı Kara Haydar a dediyi sözlər yenidən gündəm oldu VİDEO

09 Sentyabr 2026 16:33see222

Mingəçevirdə çarəsiz qalan ata: 1 yaşlı övladımın müalicəsinə kömək edin VİDEO

09 Sentyabr 2026 21:16see221

Miqrantlar əvvəlcə rus dilini və mədəniyyətini öyrənəcəklər Yeni model açıqlanıb

10 Sentyabr 2026 16:09see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri