Icma.az
close
up
RU
Seçkinin nəticəsi Prezidentə məruz ediləndə deyib ki... Mehdiyevlə bağlı yeni detal

Seçkinin nəticəsi Prezidentə məruz ediləndə deyib ki... Mehdiyevlə bağlı yeni detal

GlobalInfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycan dilçilik elminin görkəmli nümayəndəsi, Əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Tofiq Hacıyevin vəfat etməsindən 10 il ötür.

Globalinfo.az modern.az-a istinadən xəbər verir ki, anım günü ərəfəsində Tofiq Hacıyevlə balı xatirələrini bölüşən tanınmış şəxslər mərhum akademik haqqında maraqlı məlumatlar açıqlayırlar. Bu məlumatlardan biri isə Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin vaxtilə Tofiq Hacıyevə yaratdığı əngəllərlə bağlıdır.

Bu haqda “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Alqış Musayev bəhs edib. O, Ramiz Mehdiyevin Tofiq Hacıyevə Milli Elmlər Akademiyasının alimləri sırasına düşməsinə mane olduğunu, ona təzyiq göstərdiyini qeyd edib.

“2001-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasına seçikilər keçirilirdi. Seçkinin nəticəsi ilə bağlı Ulu öndərimizə məruzə edilərkən Heydər Əliyev, – Bəs Tofiq Hacıyev nə oldu, – deyə soruşub.

Milli adamlara “xüsusi” münasibəti olan Ramiz Mehdiyevın “əqidə” ortağı Fatma Abdullazadə (Prezidenti Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin sabiq müdir –red.) deyib ki, səsvermənin yekunlarına görə, Tofiq Haçıyev seçilə bilmir.

Onda Heydər Əliyev deyib ki, diliçilik üzrə əlavə bir yer ayırın, Tofiq Hacıyev mütləq Akademiyada təmsil olunmalıdır.

Beləliklə, Heydər Əliyevin təkidi və dəstəyi ilə Tofiq müəllim həmin il Akademiyanın müxbir üzvü seçildı”, – Alqış Musayev bildirib.

Professor Tofiq Hacıyev 2001-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, 2014-cü ildə isə həqiqi üzvü seçilib.

T.Hacıyev 1971-ci ildə Bakı Dövlət Universitetinin professoru seçilib. O, 1984-cü ildən ömrünün sonunadək Bakı Dövlət Universitetinin Türkologiya kafedrasının müdiri vəzifəsində çalışıb.

O, 1993-cü ildə Azərbaycan Respublikasının maarif naziri olub.

Akademik Tofiq Hacıyevin Azərbaycan dilçiliyinin inkişafı sahəsində xidmətləri və elmi-pedaqoji fəaliyyəti yüksək qiymətləndirilib. O, 2009-cu ildə müstəqil Azərbaycan Respublikasının ali mükafatlarından olan “Şöhrət” ordeni ilə təltif edilib.

Tofiq Hacıyev ömrünün sonlarında – 2013-2015-ci illərdə AMEA-nın Nəsimi adına Dilçilik İnstitutuna rəhbərlik edib.

T.Hacıyev 80 yaşında, 2015-ci il noyabrın 27-də yaşadığı evdə dəm qazından zəhərlənərək dünyasını dəyişib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:99
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 28 Noyabr 2025 10:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see186

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see185

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see180

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see162

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see159

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see154

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see153

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see149

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see148

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see148

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see147

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see146

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see144

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see138

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see137

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see136

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see135

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see134

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri