İsraildə seçkinin ilkin nəticəsi Netanyahu uduzur
Icma.az, Axar.az portalına istinadən məlumat yayır.
00:10
İsraildə bu gün keçirilən parlament seçkiləri üzrə səsvermə bir neçə dəqiqə öncə, yerli vaxtla 22:00-da (Bakı vaxtı ilə 00:00) başa çatıb və seçki məntəqələri bağlanıb.
Axar.az xəbər verir ki, artıq ekzit-poll nəticələrinin açıqlanmasına başlanılıb.
KAN 11-in keçirdiyi ekzit-polla görə Netanyahu 120 yerlik Knesetə 50 mandat əldə edib, Ayzenkot (Antinetanyahu) Bloku isə 53 yer əldə edib.
Kanal-13-ün (Channel 13) keçirdiyi ekzitt-pollun da nəticələri tam belədir: 50/53.
Kanal-12 (Channel) isə Netanyahu blokunun 50, Ayzenkot Blokunun isə 52 mandat qazandığını bildirir.
Beləliklə, hər iki blokun hökumət qurmaq üçün lazım olan ən azı 61 mandatı qazanmadığı üzə çıxır ki, bu da seçki ərəfəsində keçirilən sorğulardan da aydın idi.
Ən mühüm məsələ isə ərəb partiyası ilə bağlıdır. Ekzit-pollara görə, ərəb partiyası Knessetdə 17 mandat qazanıb. Ərəb partiyasının Ayzenkot Blokuna dəstək verəcəyi bildirilir. Bu halda yeni hökuməti Ayzenkot quracaq və Netanyahu hakimiyyətdən kənarlaşdırılacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:101
Bu xəbər 28 Oktyabr 2026 00:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















