Sedanlarda niyə arxa şüşə silgisi olmur? SƏBƏBLƏR FOTO
Avtosfer portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Avtomobil almağı planlaşdıranlar qarşısında müxtəlif seçimlər olur: sedan, hetçbek və SUV modelləri. Lakin bir çoxlarının beynində eyni sual yaranır: Niyə hetçbek və SUV avtomobillərində arxa şüşə silgisi olduğu halda, sedan modellərində bu detal olmur?
Avtosfer.az xəbər verir ki, əvvəlcə qeyd edək ki, sedanlarda arxa şüşə silgisi olmaması ilk baxışdan çatışmazlıq kimi görünsə də, bu seçim avtomobil istehsalçıları tərəfindən məntiqi əsaslarla edilir. Yəni bu, qənaət və ya texniki səbəblərdən deyil, aerodinamik xüsusiyyətlərə görədir.
Sedan tipli avtomobillərin arxa şüşəsi daha çox yamaclı olur. Bu meyilli quruluş hava axınını elə yönləndirir ki, sürət zamanı su və kir arxa şüşədən asanlıqla təmizlənir. Başqa sözlə, sürət zamanı yaranan hava axını arxa şüşəni təbii şəkildə təmizləyir və əlavə silgiyə ehtiyac qalmır.
Əksinə, hetçbek və SUV tipli avtomobillərdə arxa şüşələr daha dik yerləşir. Bu da hava axınının şüşədən sürüşüb keçməsini çətinləşdirir və nəticədə su, palçıq və toz daha çox toplanır. Məhz buna görə də bu tip avtomobillərdə arxa şüşə silgisi zəruridir.
Beləliklə, sedanlarda arxa şüşə silgisinin olmaması bir dizayn çatışmazlığı deyil, aerodinamik xüsusiyyətlərə əsaslanan texniki qərardır.
Eltac Zülfüqaroğlu
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:147
Bu xəbər 23 Aprel 2025 20:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















