Icma.az
close
up
RU
Sədaqət və cəsarətin manifesti

Sədaqət və cəsarətin manifesti

Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Famil MUSTAFAYEV,
Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri, iqtisad elmləri doktoru, professor

"Həyatda insan hər şeyi öyrənir. İki keyfiyyətdən başqa – sədaqət və cəsarət. Bu keyfiyyətlər insanın qanında olur!”

Heydər ƏLİYEV,
Ümummilli lider

Hələ uşaq ikən şəxsi həyatımda baş verən, amma mənəvi dəyəri çox böyük olan bir faciəvi hadisə mənim üçün bu fikri daha da mənalı etmişdir... Vaxtilə Daxili İşlər Nazirliyinin əməkdaşı olan atam dostunu qorumaq üçün sinəsini qabağa verir və qəhrəmancasına həlak olur... Atamın həyat hekayəsi təkcə bir şəxsin fədakarlığı deyil.

O, bir vətəndaşın, bir dostun qanla möhürlənmiş sədaqətidir. Sədaqət, sadəcə, dostluq yox, həm də əqidədir. Cəsarət, sadəcə, qorxmamaq deyil, gərəkli anda doğrunun yanında olmaqdır. Mən hələ 12 yaşında ikən atamın timsalında bir insanın dostu uğrunda necə canını fəda edə biləcəyi nümunəsinin şahidi oldum. Bu hekayə mənim üçün, sadəcə, bir ailə faciəsi deyil, bu, Ulu öndərin yuxarıdakı müdrik kəlamının həyatımdakı canlı təcəssümüdür.

Ulu öndərin sədaqət və cəsarətin irsi olması ilə bağlı fikri insan və zaman fəlsəfəsinin dərinliyinə bələd bir şəxsiyyətin, ömrünü Vətənin taleyinə bağlamış əbədi liderin qəlbindən süzülüb gəlmiş hikmətdir. Bu, bir ömrün və bütün bir dövrün fəlsəfəsidir. Bu, genetik kod və milli xarakterimizin açarıdır. Çünki sədaqət və cəsarət nə oxumaqla öyrənilir, nə də adi imtahanla yoxlanılır. O ya olur, ya da olmur. Və əgər bir insan fitrətində bu keyfiyyətləri daşıyırsa, zaman onu tarixə şanlı qəhrəman kimi həkk edir. Azərbaycan tarixində də elə bir şərəfli ömür var ki, onun hər səhifəsi sədaqət və cəsarətin dövlət miqyasında təcəssümüdür – Bu, Heydər Əliyev ömrüdür!

1980-ci illərin sonu Sovet İttifaqının süqutunun başlanğıcı və Azərbaycan xalqının öz müstəqilliyi uğrunda mübarizəyə qalxdığı bir dövr idi. Heydər Əliyev həmin illərdə Moskvada sovet ali rəhbərliyi səviyyəsində siyasi təqiblərə məruz qalsa da, geri heç bir addım atmadı. O, təzyiqlərə baxmayaraq, millətinə və dövlətinə olan sədaqətini qorudu və öz xalqının gələcəyini təmin etmək üçün daha da cəsarətli addımlar atdı.

1993-cü ildə Azərbaycan çox çətin və böhranlı bir dövrə qədəm qoydu. Dövlət idarəçiliyi böhran içində, ölkə müharibə vəziyyətində idi, vətəndaş qarşıdurması və iqtisadi çətinliklər xalqın həyatını daha da ağırlaşdırırdı. Ən çətin anlarda Heydər Əliyev xalqının çağırışına cavab verdi və geri dönməklə Azərbaycanın xilasına nail oldu. Bu onun siyasi cəsarətinin ən parlaq nümunəsi idi. O, Vətəninə, xalqına bəslədiyi dərin sədaqəti ilə siyasi iradəsini bir daha ortaya qoydu. Azərbaycanın qarşısında duran böyük çətinlikləri həll etmək üçün Heydər Əliyev ölkəni ən çətin vəziyyətdən çıxarıb sabitlik və inkişaf yoluna yönəltdi. O, siyasi müxalifətlə mübarizəni yalnız güc və hakimiyyət vasitəsilə deyil, eyni zamanda, böyük əzm, inam və sədaqətlə apardı. Onun mübarizəsi həm də öz xalqının gələcəyinə olan ümidin, inamın və əzmin qələbəsidir.

Ulu öndərin liderlik dönəminin başqa bir parlaq nümunəsi isə onun Azərbaycan xalqına göstərdiyi mənəvi sədaqətidir. O, yalnız öz iradəsi və böyük zəkası ilə xalqını təhlükələrdən qurtarmaqla kifayətlənmədi, həm də mədəniyyətimizi, tariximizi və milli kimliyimizi qorumaq üçün böyük mübarizə apardı. Onun Azərbaycanın müstəqilliyini qorumaq uğrunda mücadiləsi sədaqətin və dövlətə olan bağlılığın ən yüksək göstəricisi, ən parlaq örnəyidir.

Heydər Əliyevin həyatı cəsarət və sədaqət üzərində qurulmuşdu. Bütün xalqımız onun cəsarətinə, Vətən sevgisinə arxalanırdı. O, yalnız bir dövlət başçısı deyil, eyni zamanda, hər bir azərbaycanlının qəlbində yaşayan ölməz qəhrəmandır. Onun həyatı və fəaliyyəti, yalnız Azərbaycanın deyil, bütün dünyada tanınan və təqdir edilən bir liderin həyatının hekayəsidir. Heydər Əliyev öz xalqı ilə birgə Azərbaycanın müstəqilliyini, gücünü və nüfuzunu qorumağa nail oldu. Onun irsi, bu gün də dövlətimizin inkişafı və xalqımızın ruhunun qorunması üçün ən dəyərli qaynaq olaraq qalır. Vətənini sevmək, xalqının gələcəyi üçün təkbaşına mübarizə aparmaq ona doğulduğu gündən bəxş edilən mənəvi miras, misilsiz genetik kod idi.

Heydər Əliyevin doğum günü yalnız bir tarixi şəxsiyyətin dünyaya gəlişi deyil. Bu gün həm də Azərbaycan tarixində sədaqətin, cəsarətin, dövlətə və xalqa bağlılığın doğum günüdür! Heydər Əliyevin xalqına və dövlətinə bağlılığı müasir Azərbaycan dövlətçiliyinin əxlaqi və mənəvi təməlidir. Onun hər zaman Azərbaycan adını ucaltması, sadəcə, siyasi zəka ilə deyil, Vətənə bəslədiyi sədaqətlə mümkün olmuşdu.

Heydər Əliyevin fitrətində olan sədaqət və cəsarət adlı mənəvi irsi bu gün də yaşayır. Və bu möhtəşəm insani keyfiyyətləri qəlbində, canında, genində daşıyan siyasi varis kimi Prezident İlham Əliyev bu gün dövlətimizin əvəzolunmaz rəhbəridir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasi iradəsi, qətiyyəti və xalqına bağlılığı, hər zaman olduğu kimi, atasından aldığı böyük siyasi, mənəvi, əxlaqi dərsin davamıdır.

Vətən müharibəsində onun göstərdiyi liderlik təkcə hərbi zəfərlə deyil, həm də milli ruhun və sədaqətin təntənəsi ilə tarixə yazıldı. İlham Əliyevin bayraq qarşısında diz çöküb onu öpməsi, sadəcə, protokol deyil. Bu, qan yaddaşından gələn, millətinə sədaqətin, xalqla birgə olmağın bariz nümunəsidir. 44 günlük savaşda Ali Baş Komandan kimi onun rəhbərliyi təkcə əsgəri əmrlər yox, həm də misilsiz mənəvi səfərbərlik idi. İlham Əliyev sübut etdi ki, sədaqəti də, cəsarəti də genetik bir şifrə kimi özündə daşıyır. Bunu heç bir təhsil, diplom qazandıra bilməz. Bu, ilahi varlıq tərəfindən seçilmiş insanlara bəxş edilən xüsusiyyətlərdir. Məhz belə şəxsiyyətlər xalqların liderləri olur!

Ulu öndər Heydər Əliyevin doğum gününü hər dəfə qeyd edərkən, sadəcə, onun fiziki doğumunu yox, həm də bir millətin ruhunun oyanışını da yad edirik. Onun sədaqəti bir ailənin deyil, bir millətin sərvətidir. Onun cəsarəti yalnız müstəqillik uğrunda deyil, həm də millətin sabahına olan inamın rəmzidir. Və bu inamı Heydər Əliyev irsinə sədaqəti, xalqının rifahı, Vətənin suverenliyi naminə cəsarəti ilə artıq dünyanın qəbul edib hesablaşdığı Prezident, Ali Baş Komandan İlham Əliyev doğruldur. Onun liderliyi təkcə idarəetmə bacarığı ilə deyil, əqidə və ruhunun gücü ilə ölçülür.

2020-ci ildə 44 gün ərzində işğalda olan torpaqlarımızın azad edilməsi uğrunda müharibəyə rəhbərlik edən, milli qürurumuzu qaytaran bir liderin qarşısında heç bir güc tab gətirə bilmədi. İlham Əliyev bu qələbəni təkcə silah gücünə deyil, həm də zəka, iradə, cəsarət və xalqına olan sonsuz sədaqəti hesabına qazandı.

Heydər Əliyev irsi təkcə idarəçilik modeli deyil, həm də mənəvi məktəbdir. Heydər Əliyevin həyatının hər səhifəsi sədaqət və cəsarət prinsiplərinin canlı nümunəsidir. Ulu öndər son nəfəsinədək xalqına sədaqətini nümayiş etdirdi və yarımçıq qalan işlərinin məhz İlham Əliyev tərəfindən tamamlanacağına inamını ifadə etdi. Tarix göstərdi ki, Ulu öndər tamamilə haqlıdır. Həqiqətən də Prezident İlham Əliyev Heydər Əliyev siyasi məktəbinin ən mötəbər davamçısı, xalqın əsl lideridir!

Yaşadığımız hər gün onun simasında sədaqət anlayışının, cəsarət nümunəsinin və dövlətə bağlılığın təntənəsinə şahid oluruq!

Ulu öndər Heydər Əliyevin siyasi irsi, sadəcə, bir dövlətin qurulmasına yox, bir xalqın mənəvi dirçəlişinə yönəlmişdi. O, təkcə yeni idarəetmə sistemini deyil, həm də sədaqət və cəsarət məktəbini yaratdı.

Bu gün İlham Əliyevin timsalında biz liderin genetik sədaqətini və fitri cəsarətini görürük. O, təkcə atasının yolunu davam etdirmir, həm də o yolu Zəfərlə taclandırır. İlham Əliyev, eyni zamanda, diplomatik manevr ustası, beynəlxalq siyasi müstəvidə qətiyyət abidəsi kimi çıxış etdi. O, öz atasının mənəvi mirasını qorumaqla qalmadı, onu qalibiyyətə çevirdi. “Dəmir yumruq” düşmənin başı üzərindəki möhtəşəm qüvvə olmaqla bərabər, xalqımızın tarixində sədaqətin və cəsarətin rəmzinə çevrildi. Həmin “dəmir yumruğ”un sahibi bir zamanlar Heydər Əliyevin cəsarətli əlindən tutmuşdu.

İlham Əliyev Azərbaycanı yeni zirvələrə aparır. Onun cəsarəti və iradəsi, Azərbaycanın gələcəyini işıqlandıran ən mühüm amildir. İlham Əliyev Heydər Əliyevin irsindən güc alaraq, Azərbaycanı inamla gələcəyə aparan liderdir.

Heydər Əliyevin fitrətindəki sədaqət və cəsarət İlham Əliyevin iradəsində zəfərə çevrildi. Ata oğula yalnız siyasi miras deyil, həm də mənəvi bir and, genetik bir əmanət ötürdü – Vətəni qorumaq, xalqına və millətinə sədaqətlə xidmət etmək, doğru yolda cəsarətlə addımlamaq!

Bu iki liderin simasında sədaqət və cəsarət nəinki bir nəsil mirası, həm də dövlətin möhkəm təməli, xalqın inam və qürur mənbəyidir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:19
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 18 May 2025 14:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Söz dünyasının yaxşısı...

17 May 2025 02:11see198

Gəncədə faciəli şəkildə ölən Elgünlə bağlı VİDEO

17 May 2025 15:15see141

Rusiya və Ukrayna bu məsələdə razılığa gəliblər Rustem Umerov açıqladı

16 May 2025 18:17see124

Lələtəpəni geri almaq ohanyanların “yem”i deyildi...

17 May 2025 02:56see123

Neftçi Səbail ə, Qarabağ Kəpəz ə qarşı

18 May 2025 08:01see122

“Past”ın “sensasiyası”, yoxsa acı reallıq?

17 May 2025 02:56see121

Sabiq FTB rəhbəri Trampı təhdid etdiyi iddia edilən paylaşıma görə dindirilməyə çağırılıb

17 May 2025 04:42see119

Makron növbəti dəfə qeyri adi vəziyyətə düşdü Video

18 May 2025 01:29see119

Çinin Qlobal Enerji üzrə Qarşılıqlı Əlaqələrin İnkişafı və Əməkdaşlıq Təşkilatının nümayəndələri BDU da

16 May 2025 19:25see118

Sərbəst güləşçilərimiz komanda hesabında İranda üçüncü oldular

17 May 2025 11:45see118

ABŞ da Alzheymer xəstəliyinin diaqnozu ilə bağlı yeni testə icazə verilib

18 May 2025 03:08see118

Türkiyə və İran XİN rəhbərləri nüvə danışıqlarını müzakirə etdilər

18 May 2025 01:34see117

Tramp Ərdoğanla danışığa önəm verir Çelik

17 May 2025 01:22see117

® Mərkəzi Gömrük Hospitalında “Korrupsiyaya qarşı mübarizə” mövzusunda növbəti tədbir keçirilib

16 May 2025 18:51see116

Məşhurların evliliklərinə son qoyan filmlər Siyahı

17 May 2025 11:02see115

Elçin Quliyev general mayoru vəzifəsindən azad etdi FOTO

17 May 2025 18:47see114

Yuxudan oyandı və bütün internetin onun tətil fotosuna güldüyünü gördü

17 May 2025 07:02see114

Media: Fransa Çex Respublikasında AES tikintisinə mane olur

18 May 2025 02:35see113

Sabah bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq

16 May 2025 21:06see113

Ciorcia Meloni Aİ nin ekologiya siyasətini tənqid edib

18 May 2025 04:00see112
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri