Icma.az
close
up
RU
İdeallara sədaqət

İdeallara sədaqət

Icma.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Qiymət MƏHƏRRƏMLİ
AMEA N.Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru

"Əsl namuslu insan ailəsini özündən, vətəni ailəsindən, bəşəriyyəti vətənindən üstün tutmalıdır" - deyirdi Fransanın böyük ensiklopediyaçı-alimi, maarifçi-filosofu Jan Leron Dalamber. Bəşəri ideallara sadiqlik nümunəsi göstərən hər bir insan üçün əslində bu deyim həyat devizinə çevrilməlidir. Çünki ailədən başlanan vətən, bəşəriyyətin əmin-amanlığı təmin olunmadan həmin ailə üzvlərinin arzularının həyata keçməsinin təminatçısına çevrilə bilməz. Vətənləşən, bəşəriləşən ömür payını xırda hisslərə yox, böyük ideallara həsr edənlərin ümummilli ideyaların təminatçısına çevriləcəyi şəksizdir. Bu da qəbuledilən həqiqətdir ki, həyatını sevib-seçdiyi peşəsinə sərf edən, onu sənət səviyyəsində görüb, duyub o səviyyəyə qaldıran insanlar vətəninə, ümumilikdə bəşəriyyətə göstərdikləri təmənnasız və vicdanlı xidmətləri ilə bütövlükdə götürdükdə, xoşbəxt insanlardır. Əlbəttə ki, belələri çox deyil. Amma nə yaxşı ki, vardır onlar, olublar, olacaqlar!

Bugünkü yazımın qəhrəmanı Həsən bəy Zərdabinin yaratdığı milli mətbuat yolunu, "Əkinçi" ənənələrini ləyaqətlə davam etdirən, özünə, sözünə, qələminə, jurnalistlik ideallarına hər zaman sadiqlik nümunəsi nümayiş etdirən sevimli yazıçı-jurnalistimiz, pedaqogika üzrə fəlsəfə doktoru Zemfira xanım Məhərrəmlidir.

"...Azərbaycan Yazıçılar Birliyinin Natəvan zalı. İstedadına, ləyaqətinə, ziyalılığına, gözəlliyinə, əsil-nəcabətinə həmişə heyran kəsildiyim, bir böyük bacı kimi özümə mənəvi örnək götürdüyüm, hər telefon zəngindən sonra o şirin, məhrəm danışığının uzun müddət təsirindən çıxa bilmədiyim əziz, sevimli Zemfira xanımın yubiley yaşının və biri-birindən gözəl üç kitabının təqdimatındayıq. Çoxdandır görüşmürük. Hətta bir dəfə danışdıq ki, zəngləşib görüşək, qayğıların, işlərin çoxluğu səbəbindən alınmadı. Yubileylə bağlı dəvətə uça-uça gəlsəm də, əvvəlcədən də özünə dediyim kimi, olduqca vacib bir məsələyə görə yenə bu möhtəşəm tədbirində sonacan qala bilməyəcəkdim əzizim Zemfira xanımın...

Həyatda çox az insanlar var ki, böyük əksəriyyətin sevimlisinə çevrilir: yaşadığı ömür yolu ilə kimlərəsə örnək, kimlərəsə yol bələdçisi olmaq səadətinin daşıyıcısıdır onlar. Bu da bir tale qismətidir ki, Azərbaycan Yazıçılar Birliyində "Ömür bitər, yol bitməz", "Oyuncaq", yubilyarın özü haqda yazılmış məqalələr toplusundan ibarət "Söz adamı" kitablarının təqdimat mərasimindən özüm də istəmədən ayrılmalı olacağam..."

Kompüterimin saxlancında qalan bu yarımçıq yazını haçan yazmışam, yaxud yazıya girişi nə zaman qələmə almışam, bilmirəm. Amma görünən odur ki, hansısa səbəbdən əzizim, sevimlim, ustadım saydığım qüdrətli qələm dostum, görkəmli yazıçı-jurnalist həmkarım Zemfira Məhərrəmlinin təqdimat mərasimini yarıda qoymalı olduğum kimi, bu tədbir barədə yazacağım yazı da həmin taleyi yaşamalı olub.

Mən hər zaman əlimə qələm götürüb Zemfira Məhərrəmli şəxsiyyəti, onun özünəxas zərifdən-zərif, ötkəmdən-ötkəm yaradıcılığı haqqında nəsə yazmaq istəsəm, mütləq şəkildə hamımızın sevimlisi, Azərbaycan jurnalistikasının sayılan, seçilən, sevilən imzası - professor Qulu Məhərrəmlidən ayrı nəsə yazmağım alınmır. Zemfira xanımın adının, imzasının yanında mütləq şəkildə Qulu müəllimin pozulmaz imzasının olması həm arzuedilən, həm gözlənilən, həm də zərurətə çevrilən bir könül istəyimizə çevrilir. Və... nə yaxşı da ki belədir!

Bu gün Azərbaycan jurnalistikasının aparıcı simaları Zemfira və Qulu Məhərrəmlilər cütlüyündən öyrənəcəyimiz, uğurlarına sevinib, ölkəmizin, dövlət və millətimizin işıqlı sabahına verdikləri töhfədən yararlana biləcəyimiz çox böyük nəsnələr var. Ləyaqətli insanlardır onlar! Səmimiyyət, mehribanlıq, ağır-ağayanalıq, əyilməzlik, vicdan simvoludurlar müasirləri və özlərindən sonrakı epoxa üçün!

Qələmini Vətən, Millət, Torpaq, Bayraq kimi milli dəyərlərimizin qeyrətdən yonulmuş qılıncına çevirmiş Zemfira xanımın vətənpərvərlik mövzusunda yazdığı bir-birindən oxunaqlı əsərləri Döyüş və Zəfər ruhlu jurnalistika və nəsrimizin sevilən, seçilən və ən çox oxunan nümunələri sırasındadır.

Zemfira Məhərrəmli öz adına etiketlənmiş imzasının müqəddəsliyini, saflığını və toxunulmazlığını necə qoruyub saxlaya bilibsə, həmin imza da bu gözəl, dürüst və vicdanlı xatunun - Zemfira xanım Məhərrəmlinin jurnalistika və nəsr tariximizdəki bəlirlənmiş yerinin möhürlənməsini həmin ucalıqda, həmin boy-biçimdə təmin edəcəkdir.

Zemfira Məhərrəmlini bu gözəl yubiley yaşı münasibətilə özüm və ailəm adından sidq-ürəkdən təbrik edir, barlı-bərəkətli, xoşbəxt və sağlam ömür arzulayıram.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:97
embedMənbə:https://525.az
archiveBu xəbər 02 Oktyabr 2025 19:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see269

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see187

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see184

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see181

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see177

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see176

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see174

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see174

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see172

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see172

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see171

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see171

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see171

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see170

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see169

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see168

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see167

Ronaldunun bacısından sərt mesaj: “CR7, sən daha çoxuna layiq idin!”

01 Oktyabr 2026 09:19see166

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see165

Bu gündən əsgərlərin ehtiyata buraxılmasına başlanılıb

01 Oktyabr 2026 09:01see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri