Sədərək dəki insidentdə dövlət agentliyinin maşınına da ZİYAN VURULUB
Oxu.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
"Sədərək" Ticarət Mərkəzində Dövlət Reklam Agentliyinə (ADRA) məxsus xidməti avtomobilə də ziyan vurulub.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq ADRA-dan məlumat verilib.
Qeyd olunub ki, 13 oktyabr 2025-ci il tarixində Dövlət Reklam Agentliyinin əməkdaşlarına qarşı zor tətbiq olunub.
"Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən "Sədərək" ticarət mərkəzində qeyd olunan qanunvericilik aktlarının icrası ilə əlaqədar, xidməti vəzifələrini yerinə yetirən zaman həmin vaxt sözügedən ərazidə olan bir qrup şəxs ictimai qaydanı kobud surətdə pozmaqla əməkdaşlarımıza qarşı zor tətbiq edilib, həmçinin Agentliyə məxsus xidməti avtomobillərə ziyan vurulub", - deyə məlumatda bildirilir.
Əzizə İsmayılova


