Sədərək dəki yanğına görə 4 nəfər zəhərləndi
Icma.az, Metbuat portalına istinadən məlumat verir.
“Sədərək” ticarət mərkəzində yanğınla əlaqədar təcili tibbi yardım briqadasına ümumilikdə, 4 nəfərin (kişi cinsli) müraciəti qeydə alınıb.
Metbuat.az xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.
Onlardan 2 nəfər ilkin tibbi yardımdan sonra Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya olunub.
Hər iki şəxsə tüstüdən zəhərlənmə diaqnozu təyin olunub və zəruri tibbi xidmət göstərilib. Vəziyyətləri orta ağır qiymətləndirilir, müalicələri davam etdirilir.
Digər 2 nəfərə (kişi cinsli) isə təcili tibbi yardım briqadası tərəfindən yerində tibbi yardım göstərilib.

TƏCİLİ! “Sədərək”dəki yanğında 4 nəfər tüstüdən ZƏHƏRLƏNDİ 2 nin vəziyyəti orta ağırdır
24 Avqust 2025 16:33
“Sədərək”dəki yanğından Fotolar
24 Avqust 2025 13:44
“Sədərək”dəki yanğına 30 a yaxın texnika və 140 nəfər cəlb olunub Video
24 Avqust 2025 15:44
“Sədərək” ticarət mərkəzində yanğın zamanı 4 nəfər tüstüdən zəhərlənib
24 Avqust 2025 16:38
“Sədərək dəki yanğının təfərrüatı açıqlandı
24 Avqust 2025 15:38

