Icma.az
close
up
RU
Sədərək ticarət mərkəzindəki yanğına görə sahibkar sığorta ala biləcəklərmi?

Sədərək ticarət mərkəzindəki yanğına görə sahibkar sığorta ala biləcəklərmi?

Icma.az, Bizimyol saytına istinadən bildirir.

Avqusttin 25-də Bakının Qaradağ rayonunda "Sədərək" ticarət mərkəzində baş verən yanğın nəticəsində ticarət obyektləri və anbarlar tamamilə yanıb. Sahibkarlar ciddi maddi ziyanla üzləşib. Bu cür vəziyyətlərdə sahibkarlar sığorta vasitəsilə zərərini kompensasiya edə bilərlərmi?

"Bizimyol.info" xəbər verir ki, əgər sahibkar öz əmlakını sığorta etdirməyi unutmayıbsa, yanğın, oğurluq və digər risklərdən sığorta şirkəti tərəfindən ödəniş ala bilər. Lakin sığorta müqaviləsi mövcud deyilsə, sahibkarın dəymiş ziyanı hüquqi yolla tələb etməsi mümkün olmayacaq. Belə hallarda ən yaxşı üsul, hər hansı bir fövqəladə hadisə baş verməzdən əvvəl sığorta müqaviləsi bağlamaqdır.

Azərbaycanın "İcbari sığortalar haqqında" qanununa görə, bəzi risklər üzrə sığorta məcburi olsa da, əksər ticarət obyektləri üçün bu, könüllüdür. Yanğın, təbii fəlakətlər və digər risklərdən qorunmaq üçün sahibkarların əmlak sığortası etməsi tövsiyə olunur. Əgər sahibkar sığorta etməyibsə, hadisəyə görə kompensasiya almaq hüquqi baxımdan mümkün olmur.

Vüqar Bayramov

Hadisəyə Milli Məclisin deputatı, iqtisadçı Vüqar Bayramov münasibət bildirib.

"Bu, son 8 ildə "Sədərək" ticarət mərkəzində onuncu belə hadisə idi. Aydındır ki, bu dəfə də sahibkarlara xeyili ziyan dəyib.

İnkişaf etmiş ölkələrdə belə yanğınlar baş verən zaman dəymiş ziyan sığorta şirkətləri tərəfindən ödənilir. Sahibkarlar öz əmlaklarını və məhsullarını sığortalayırlar ki, belə hallarda ziyanı sığorta şirkəti ilə paylaşa bilsinlər.

Azərbaycanda da sahibkarlar əmlakın icbarı və eləcə də könüllü sığortasından istifadə edərək gözlənilməyən zərərləri öncədən kompensasiya edə bilərlər. Amma, müşahidələr göstərir ki, “Sədərək” Ticarət Mərkəzində texniki təhlükəsizlik vəziyyəti və əmlakın sığortalanması səviyyəsi tamamilə fərqlidir. Hətta bəzi əmlak sahibləri öz obyektlərini və mallarını sığortalamaq istəsələr də belə buna nail ola bilmirlər. Belə ki, sığorta şirkətləri yüksək riskli vəziyyəti nəzərə alaraq, oradakı əksər mağazaları sığortalamaqdan imtina edirlər.

Sözsüz, sığorta şirkətləri də öz risklərini öncədən planlaşdıra bilməlidirlər. Bu şirkətlər heç bir halda yüksək risk olan əmlaklarda öhdəlik götürməkdə maraqlı olmayacaqlar. Belə əmlakların sığortalanması üçün Fövqəladə Hallar Nazirliyinin istismar ilə bağlı müvafiq rəy və sənədinin alınmasına ehtiyac var. Belə sənədlər olmadıqda təbii ki, şığorta şirkətləri, demək olar, hər il yanğın olan ticarət mərkəzində əmlakları sığortalamaqda maraqlı olmayacaqlar.

Bütün bunlar ilə yanaşı, "Sədərək" ticarət mərkəzinə də sığorta münasibətlərinin gətirilməsinə ehtiyac var. Bu sahibkarlara dəyən və gələcəkdə dəyə biləcək zərərlərin öncədən sığortalanması üçün vacibdir. Amma bunun üçün həmin obyektlərdə texniki təhlükəsizlik qaydalarının tam təmin edilməsinə ehtiyac var. Əks halda, sığorta şirkətləri bu riski obyektlər ilə işləməkdə maraqlı olmayacaqlar və yanğın nəticəsində sahibkarlara dəyən ziyan sığorta ilə qarşılanmayacaq.

Aydındır ki, sahibkarların aylıq ödənişləri də kiçik məbləğlər deyil. Deməli, yığılan vəsaitlərin bir hissəsinin texniki təhlükəsizliyin gücləndirilməsi üçün istifadəsinə ehtiyac var. Yoxsa, yenə də sığorta şirkətləri belə mərkəzlərdən yan keçəcəklər", - deyə deputat qeyd edib.

Qeyd edək ki, "Sədərək" ticarət mərkəzində baş verən yanğın bir daha göstərdi ki, sahibkarlıq yalnız qazanc üzərində deyil, həm də risklərin düzgün qiymətləndirilməsi və idarə olunması üzərində qurulmalıdır. Təhlükəsizlik tədbirlərini vaxtında görmək, biznesinizi qorumaq üçün ən doğru yoldur.

Qadir, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:171
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 25 Avqust 2025 10:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see286

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see266

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see263

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see259

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see249

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see240

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see240

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see231

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see231

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see228

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see215

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see215

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see209

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see208

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see202

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see200

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see198

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see193

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see192

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri