Sədərək dəki yanğınla bağlı AÇIQLAMA: Bizim mərkəzdə baş verməyib
Icma.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.
"Ötən gün baş verən yanğının "Sədərək" ticarət mərkəzi tərəfindən icarəyə verilmiş anbarda olduğu deyilsə də, bu doğru deyil".
Bu sözləri Oxu.Az-a açıqlamasında "Sədərək" ticarət mərkəzinin mətbuat katibi Kəmaləddin Qədim deyib.
O bildirib ki, hamı yanan obyektlərin "Sədərək" ticarət mərkəzinə aid olduğunu söyləsə də, yanğın tamamilə başqa şirkətə məxsus anbarda baş verib:
"Hamı "Sədərək" yanır deyir. Baş verən yanğın tamamilə ayrı şirkətə məxsus anbarda baş verib. Bu yanğın "Sədərək" ticarət mərkəzinin girişindən 200-300 metr aralıda qeydə alınıb. Bunun mərkəzə heç bir aidiyyəti yoxdur və mərkəzə heç bir zərər dəyməyib".
Kəmaləddin Qədim qeyd edib ki, "Sədərək" ticarət mərkəzində fəaliyyət göstərmək istəyən hər hansı bir sahibkar ilə müqavilə bağlandıqda ilkin vacib şərtlərdən biri sığortanın olmasıdır:
"Sığortanın olması bütün müqavilələrdə ilkin şərt kimi öz əksini tapıb. Bu, bizim ən vacib şərtimizdir. Sahibkar ilə bunun əsasında müqavilə bağlanır və o öz sahibkarlıq fəaliyyətini icra edir".
Aygün Mirakif
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:90
Bu xəbər 25 Avqust 2025 12:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















