Icma.az
close
up
RU
Sədərək dəki yanğınla bağlı vacib detal üzə çıxdı Səbəbkarlar...

Sədərək dəki yanğınla bağlı vacib detal üzə çıxdı Səbəbkarlar...

GlobalInfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Sədərək” ticarət mərkəzində icarəyə verilmiş anbarda baş verən güclü yanğın hadisəsi təhlükəsizlik məsələlərini yenidən gündəmə gətirib. Bakı və Abşeron ərazisində vaxtaşırı baş verən bu cür yanğınlar, həm də sahibkar və dövlət qurumlarının məsuliyyətini sual altında qoyur.

Belə hadisələr baş verdikdə inzibati və hüquqi məsuliyyət konkret olaraq kimə aiddir? Sahibkara, Fövqəladə Hallar Nazirliyinə (FHN), yoxsa yerli icra hakimiyyətinə? FHN və digər dövlət qurumları ticarət mərkəzləri və anbarlarda təhlükəsizlik tədbirlərini nə dərəcədə effektiv şəkildə həyata keçirir?

Globalinfo.az-a danışan təhlükəsizlik məsələləri üzrə ekspert Orxan Musayev deyib ki, “Sədərək” ticarət mərkəzi kimi iri komplekslərdə hər bir sahibkar öz mağazasına cavabdehdir:

“Lakin ümumi təhlükəsizlik sistemi işləmədikdə bütün obyekt risk altında qalır. Bir mağazada yaranan qığılcım ümumi bazarı təhlükəyə sürükləyə bilər. Profilaktik tədbirlərdən ən vacibi elektrik şəbəkələrinin mütəmadi yoxlanılmasıdır, çünki Azərbaycanda baş verən yanğınların əksəriyyəti köhnəlmiş naqillər və əlavə yüklənmədən yaranan qısaqapanmalarla bağlıdır. Təəssüf ki, bu tədbirlər çox zaman yalnız hadisədən sonra xatırlanır, halbuki sonrakı xərclərdən daha az başa gəlir”.

Həmçinin oxuyun:

SOCAR-ın transformasiyası: Azərbaycanın enerji tarixinin yeni səhifəsi

Orxan Musayev

Ekspert qeyd edib ki, bununla bağlı FHN  və digər dövlət qurumlarının normativləri mövcuddur:

“Sadəcə olaraq əsas problem icradadır. Belə ki, qaydalar kağız üzərində qalanda nəticə vermir. Bu səbəbdən iri obyektlərdə müstəqil ekspertlər və sığorta şirkətləri hər il məcburi audit keçirməlidir. Belə yoxlamalar həm dövlətin yükünü azaldır, həm də sahibkarların məsuliyyətini artırır. Sahibkarlar hər bir mağazada yanğın təhlükəsizliyi planına malik olmalı, işçiləri mütəmadi təlimatlandırmalı və ildə ən azı bir dəfə təxliyə təlimi keçirməlidirlər. Ən müasir sistemlər də insan faktoruna bağlıdır və hazırlıqsız işçinin bir dəqiqəlik tərəddüdü böyük fəsadlara yol aça bilər”.

O.Musayev sığorta mexanizmlərinin də genişləndirilməli olduğunu düşünür:

“Bu, yalnız ziyanı ödəmək yox, həm də sahibkarları profilaktik tədbirləri vaxtında görməyə məcbur etmək üçün güclü alət kimi tətbiq olunmalıdır. Yanğın təhlükəsizliyi təkcə bir mağazanın deyil, bütün ictimaiyyətin məsələsidir. Belə hadisələr minlərlə insanın işinə, yüzlərlə ailənin dolanışığına və ölkənin iqtisadi həyatına təsir göstərir”.

Ləman İmran
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:199
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 25 Avqust 2025 16:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see310

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see306

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see292

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see287

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see284

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see271

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see243

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see241

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see240

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see238

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see238

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see235

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see231

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see222

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see205

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see202

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see190

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri