Icma.az
close
up
RU
Sədərək döyüşlərinin qəhrəmanı

Sədərək döyüşlərinin qəhrəmanı

Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən igid vətən oğullarından biri də Məhərrəm Seyidovdur. Döyüş meydanında nümayiş etdirdiyi şücaət, yüksək zabit şərəfi və torpaqlarımızın azadlığı uğrunda göstərdiyi qəhrəmanlıq xalqımızın yaddaşına silinməz həkk olunub. Bunlardan biridir Seyidov Məhərrəm Mirəziz oğlu. Məhərrəm Seyidov 7 sentyabr 1952-ci ildə Şərur rayonunda anadan olmuşdur. 1969-cu ildə burada N.Nərimanov adına orta məktəbi bitirmişdir. Məhərrəm Bakı şəhərində Polis Akademiyasını bitirmişdir. Polis kapitanı Məhərrəm Şərur rayonunda baş inspektor işləmişdir. 1990-cı ildə Sədərək rayonu da başqa rayonlar kimi erməni silahlılarının hücumlarına məruz qalırdı. 1990-cı illərin əvvəllərində Naxçıvanın taleyi böyük bir təhlükə qarşısında idi. Bir tərəfdən Sovet imperiyasının çökməsi ilə yaranan xaos, digər tərəfdən Ermənistanın həyata keçirdiyi hərbi təcavüz və kommunikasiya blokadası bölgəni faktiki olaraq anaklav vəziyyətə salmışdı. Məhz bu tarixi kəsikdə Sədərək torpağı Naxçıvanın müdafiə xəttinin mərkəzinə çevrildi.

O dövrdə nizami ordunun olmaması səbəbindən müdafiəni yerli milis əməkdaşları Vətənini sevən könüllü dəstələrlə birgə təşkil etdilər. Məhz bu döyüşlərdə milis kapitanı Məhərrəm Seyidov və onun silahdaşları ilk şəhidlər olaraq adlarını tarixdə əbədiləşdirdilər.

18 yanvar 1990-cı il ermənilər Kərki kəndinə hücum edərək evləri yandırır, silahsız günahı olmayan dinc sakinləri min bir vəhşiliklərlə qətlə yetirirdilər. Şərur rayon Polis şöbəsi məlumatı alan kimi əməkdaşları hadisə yerinə göndərir qanlı döyüşlərdə hər iki tərəfdən xeyli ölən və yaralananlar var idi. 19 yanvarda polis kapitanı Azər Seyidov mühasirəyə düşmüşdür. Məhərrəm onu xilas etmək tapşırığını öz üzərinə götürür, o, vuruşaraq polis kapitanının yanına çata bildi, amma o özü mühasirəyə düşür, son nəfəsinədək vuruşaraq döyüşçü dostlarını xilas edən Məhərrəm qəhrəmancasına şəhid olur.

Azərbaycan Respublikası Prezidentinin 6 iyun 1992-ci il tarixli fərmanı ilə kapitan Seyidov Məhərrəm Mirəziz oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür.

Şəhid Seyidov Məhərrəm Mirəziz oğlunun nəşi Şərur şəhər Şəhidlər Xiyabanında dəfn olunmuşdur.

Şərur şəhərində qəhrəmanımızın adına küçə var, tuncdan büstü qoyulub. Dörd övladı Vətənə əmanətdir.

M.MİRZƏ
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:96
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 07 Sentyabr 2026 11:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see293

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see290

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see274

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see258

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see249

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see243

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see238

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see233

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see227

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see226

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see215

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see203

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see200

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see199

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see197

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see197

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see194

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see183

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see183

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri