Icma.az
close
up
RU
Birinci Qarabağ döyüşlərinin unudulmaz qəhrəmanı

Birinci Qarabağ döyüşlərinin unudulmaz qəhrəmanı

Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycanın Milli Qəhrəmanı Pəhlivan Fərzəliyevin doğum günüdür

Vətənimizin bütövlüyü uğrunda fədakarlıqla döyüşmüş, uca şəhidlik məqamına qovuşmuş qəhrəmanlarımızın  xatirəsi hər zaman ehtiramla yad edilir. Onların  qəhrəmanlığı gələcək nəsillər tərəfindən Vətənə sevginin və sədaqətin ən ali təzahürü olaraq daima uca tutulur.Torpaqlarımızın müdafiəsi, işğaldan azad olunması uğrunda cəsarətlə, inamla vuruşan vətən oğullarımız uzun illər keçsə də, tez-tez xatırlanır və gələcək nəsillər üçün ibrət və nümunəyə çevrilirlər. Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra ölkəmizə qarşı törədilən bir sıra cinayətlərə, xüsusilə də erməni təcavüzü və terrorizminə qalxdı. Onların bu igidlik və rəşadəti xalqımızın qəlbində əbədi bir məşələ çevrilərək gələcək nəsillərin yolunu işıqlandırır.

Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi şəhidi Fərzəliyev Pəhlivan Əhliman oğlu 27 sentyabr 1958-ci ildə Füzuli rayonunun Qobu Dilağarda kəndində doğulmuşdur. Doğma kənddə səkkizinci sinfi başa vurduqdan sonra Şuşa Kənd Təsərrüfatı Texnikumuna daxil olmuşdur. O, texnikumda oxuduğu illərdə idmanın sərbəst güləş növü ilə məşğul olurdu. Şuşada keçirilən çempionatda Qarabağ çempionu adını qazanmışdı. 1978-ci ildə zootexnik kimi Füzuli rayonunda əmək fəaliyyətinə başlayır.

O, 1979-cu ildə ordu sıralarına çağırılır. Hərbi xidmətdən tərxis olunduqdan sonra isə Qazaxıstanın Aktyubinsk şəhərinə gedir və orada daxili işlər orqanlarında işə başlayır. O, təhsilini davam etdirməyi də unutmur. Sənədlərini Orenburq Politexnik Universitetinə verir. 1986-cı ildə universitetin avtomobil nəqliyyatı fakültəsini bitirir, 4 il Aktyubinsk şəhər Daxili İşlər Orqanlarında çalışır. O, 1990-cı ildə baş leytenant rütbəsində Vətənə dönür. Bir az sonra onu Füzuli rayon DİŞ-də növbətçi inspektor vəzifəsinə təyin edirlər. Sonra Füzuli rayon DİŞ-də post-patrul rotası yaradılır. 1991-ci ilin mart ayında o, rotanın 3-cü taqımına komandir təyin olunur. Yaxşı xidmətinə görə ona ikinci bir vəzifə - BTR-in ekipaj komandiri vəzifəsi etibar edilir. Füzuli rayonundakı sərhəd kəndlərinin qorunmasında o, taqımı ilə birgə mərdliklə döyüşürdü. Onun şücaəti nəticəsində Xələfşə kəndində bir qrup erməni yaraqlısı və bir BTR məhv edilmişdi.

1992-ci il aprel ayının 11-i Taqım komandirinin son döyüşü olub, Qacar kəndi uğrunda gedən ağır döyüşlərdə baş leytenant qəhrəmancasına həlak olur. Füzuli rayonunun Qobu Dilağarda kəndində dəfn edilir. İki oğlu, bir qızı yadigar qalıb.

Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli fərmanı ilə baş leytenant Fərzəliyev Pəhlivan Əhliman oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir. Bakı şəhəri Nizami rayon, Keşlə qəsəbəsindəki küçələrdən biri qəhrəmanın adını daşıyır.

 Azərbaycanın müstəqilliyi uğrunda qəhrəmanlıqla mübarizə aparan, xalqımızın azadlığını hər şeydən uca tutan, bu yolda həyatlarını qurban verərək ən uca zirvəyə-Şəhidlik məqamına ucalanların xatirəsini hər zaman anmağa borcluyuq. Onların adları, xatirəsi yaddaşlarda əbədi yaşayacaq!!!

Bu gün Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi alrtında 44 gün ərzində azad edilən torpaqlarımızda üçrəngli bayrağımız dalğalanır. İllərlə həsrətində yaşadığımız, Pəhlivan Fərzəliyevin həlak olduğu torpaq öz sahibinə qovuşub. Vaxtilə baş vermiş faciələrdə tökülən qanlar əbəs yerə axmayıb. Azərbaycan xalqı və dövləti düşmən üzərində parlaq, inamlı Qələbə qazanmaqla öz gücünü dünyaya nümayiş etdirdi.Vətən müharibəsində sanlı qələbə qazanılmaqla Azərbaycan ərazi bütövlüyünü bərpa etdi.

Müşfiq MİRZƏ

XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:90
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 27 Sentyabr 2026 14:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see356

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see325

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see316

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see316

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see301

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see287

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see283

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see266

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see257

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see248

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see247

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see238

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see228

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see221

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see211

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see198

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see192

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see191

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see183

Azərbaycan Esvatiniyə təxminən 100 milyon dollar investisiya yatırmağı planlaşdırır

09 Noyabr 2026 21:18see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri