SƏDƏRƏK SAKİNİ SUSUZLUQDAN ŞİKAYƏT EDİR “Özləri 40 hektar yonca əkirlər, biz yonca, taxıl əkəndə su verilmir”
Hurriyyet saytına istinadən Icma.az xəbər verir.
Naxçıvan Muxtar Respublikası (MR), Sədərək rayon sakini Mustafayev Afət Əli oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi yazır ki, torpaq sahəsini suvarmaq üçün su verilmir:
“Mən, Mustafayev Afət Əli oğlu, yazaraq sizdən xahiş edirəm ki, problemimi işıqlandırasınız.
28 ildir kənd təsərrufatı ilə məşğulam. Sədərək sakinləri kənd təsərrüfatı ilə dolanır. Lakin əkin sahələrinə su vermirlər. Nasosları gec vururlar. Şaxta olanda su dayanır, sahələr susuz qalır.
Dekabr ayı gəlib, arpalar “su içməyib”. Taxıl əkirəm, onunla dolanıram. Taxıl olmasa, nə edəcəyəm?
Qeyd edim ki, Sədərək rayonunda idarəetmə sıfırdır. Özləri 40 hektar yonca əkəndə olur, biz yonca, taxıl əkəndə bizə su verilmir”.
Redaksiyamıza göndərilən video-görüntünü də təqdim edirik.
Aynurə MUSTAFAYEVA
Hurriyyet.az
Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:129
Bu xəbər 03 Dekabr 2024 14:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















