Icma.az
close
up
RU
Ağdaş sakini qanunsuz olaraq işdən çıxarıldığını iddia edir ŞİKAYƏT

Ağdaş sakini qanunsuz olaraq işdən çıxarıldığını iddia edir ŞİKAYƏT

Hurriyyet portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Ağdaş rayonu, Xosrov kənd sakini Məmmədov İmran Zakir oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi bildirir ki, onu qanunsuz yerə işdən çıxarıblar:

“Mən, Məmmədov İmran Zakir oğlu, yazaraq xahiş edirəm ki, problemimi işıqlandırasınız.

Bildirim ki, 2016-cı ildən Ağdaş rayon Kommunal Təsərrüfatı Birliyinidə usta kimi işə başlamışam. 2019-cu ildən DOST İş Mərkəzi yaradıldı və bizi ora yönləndirdilər. Hər zaman da nümuəvi işçi kimi fəaliyyət göstərmişəm.

2025-ci il, aprel ayının 10-da iş yerindən bizə zəng gəldi ki, sizin işinizə xitam verilib. Qabaqcadan heç bir məlumat verilmədən, Ramazan ayında bizə "sürpriz" etdilər.

Bununla əlaqədar olaraq Ağdaşın icra nümayəndəsi Orxan Hüseynzadəyə, rayonun deputatı Sahib Alıyevə müraciət etdim. Onlara da etdiyimiz müraciətin də heç bir faydası olmadı. Sonra isə Ağdaş-Göyçay rayonundan deputat seçilən Məzahir Əfəndiyevə məktubla müraciət etdik. Təəssüf ki, hələ də xəbər yoxdur.

DOST İş Mərkəzinin qaynar xəttinə və Əmək Müfəttişliyinə dəfələrlə zəng etsəm də, doğru-düzgün cavab ala bilmədik. DOST İş Mərkəzinin direktoru Firudun Cəbrayılovun telefon nömrəsini istədik, onu da bizə vermədilər.

Hazırda mənim kimi neçə ailənin çörəyini kəsiblər. Çarəsiz vəziyyətdə qalmışıq".

Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi DOST Agentliyi ilə əlaqə saxladıq. Bildirdilər ki, DOST İş Mərkəzi ilə 1969-cu il təvəllüdlü Ağdaş rayon sakini, vətəndaş Məmmədov İmran Zakir oğlu arasında 25.02.2019-cu il tarixdə əmək müqaviləsi bağlanıb: "İmran Məmmədov göstərilən tarixlərdə Ağdaş Kommunal Müəssisələr Kombinatında təmizlik işləri üzrə köməkçi vəzifəsində işləyib. 
10.03.2025-ci il tarixdə İmran Məmmədovla bağlanan müqaviləyə əmək məcəlləsinin 68-ci maddəsinin “b” bəndinə əsasən, əmək müqaviləsi müddətinin başa çatması səbəbilə xitam verilib. Xitam əmrindən 1 həftə öncə isə Əmək və Məşğulluq Altsistemi vasitəsilə həmin şəxsə əmək müqaviləsi müddətinin başa çatacağı ilə bağlı xəbərdarlıq bildirişi göndərilib.

“Məşğulluq haqqında” Qanuna əsasən, haqqı ödənilən ictimai işlər ilkin peşə hazırlığı tələb etməyən iş yerləri olmaqla, daimi iş yeri deyil və müvəqqəti məşğulluğun təmin olunmasına xidmət edir.  Bu da iş tapmaqda çətinlik çəkən şəxslərin əmək bazarına çıxışının dəstəklənməsi üçün onların müəyyən bir dövr ərzində, müddətli əsasda işlə təmin edilməsi məqsədini daşıyır. 
Ödənişli ictimai işlərdə çalışanların əmək müqavilələrinin müddəti başa çatdığı halda belə, həmin şəxslərin əmək bazarına qayıtmaları üçün tədbirlər görülür.  Belə ki, proqramda iştirak etmiş şəxsin əmək müqaviləsi müddəti başa çatdığı gün məşğulluq orqanına müraciət edərək qeydiyyata alına bilər. Fərdi Məşğulluq Proqramı tərtib olunmaqla, həmin şəxsin digər aktiv məşğulluq tədbirlərinə cəlb olunması istiqamətində işlər aparılır. Bu vətəndaşımız da məşğulluq orqanına müraciət etdiyi halda işlə təmin olunmasına dəstək veriləcək".

Jalə FAMİLQIZI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:289
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 09 May 2025 16:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see271

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see255

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see209

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see202

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see191

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see189

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see188

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see179

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see176

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see175

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see173

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see173

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see172

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see171

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see170

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see168

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see168

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see166

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see166

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri