Icma.az
close
up
RU
Sədərək ticarət mərkəzi niyə hər dəfə yanır? EKSPERT

Sədərək ticarət mərkəzi niyə hər dəfə yanır? EKSPERT

Icma.az, Tribuna portalına istinadən məlumat verir.

Sədərək ticarət mərkəzində tez-tez baş verən yanğınlar ictimaiyyətdə ciddi narahatlıq doğurur. Hər dəfə milyonlarla dəyərində ziyan dəyir, sahibkarlar çətin vəziyyətə düşür, amma yenə də köklü təhlükəsizlik tədbirlərinin görülmədiyi müşahidə olunur. Bu vəziyyət bir sualı gündəmə gətirir: niyə belə iri ticarət məkanlarında yanğın riski daimi olaraq qalır? Təhlükəsizlik üçün hansı tədbirlər görülməlidir?

Məsələ ilə bağlı Tribunainfo.az-a açıqlama verən təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyev bildirib ki, ümumiyyətlə bütün təyinatlı obyektlər yanğın təhlükəsinə aid olan qaydalara, təlimatlara ciddi riayət etməlidir. İstər bazar, ticarət mərkəzləri, istərsə də zavod fabrik və s. hər biri normativ standartlara riayət etməlidir.

E. Nurəliyevin sözlərinə görə, obyektin yanğın təhlükəsizliyinə qarşı təchizatı ilə tam təmin edilməsi də buna aiddir.
Yanğınxəbərdaredici siqnalizasiya vasitələrindən tutmuş, ilkin odsöndürmə vasitələri, yanğın dolabları, şitləri, ehtiyyat su çəni və s. bunlar hər biri işlək vəziyyətdə olmalıdır. İşçilərin də bu barədə praktika keçmiş bilik və bacarıqları olmalıdır ki, bu cür hadisələr vaxtı doğru və düzgün davranış sərgiləyərək onun qarşısının alınmasında faydası olsun.

Ekspert vurğulayıb ki, digər bir məsələ isə yanğın baş verməsin deyə, görüləcək olan tədbirlər planına obyektlərdə yanğın təhlükəsinə aid rejim yaradılmalıdır. Rejim yaradılır, artıq işçilər bilirlər ki, açıq alovdan istifadə etməmək lazımdır. İstifadə etməyə lüzum yaranarsa, (drel, laqonda və s.) tələblərə riayət olunduqdan sonra bu işi görmək lazımdır ki, qığılcım ətrafa yayılıb yanğın təhlükəsi yaratmasın. Siqareti təyin olunmuş yerdə çəkməkdən tutmuş, bütün yanğın təhlükəsizliyi standartları və normativlərinə uyğun olaraq digər proseslərin həyata keçirilməsi, malların saxlanılması, daşınması, yanma qabiliyyəti yüksək olan malların düzgün saxlanılması və yerləşdirilməsi, elektrik təsərrüfatına aid olan tələblər və saz vəziyyətdə olması, nəzarətsiz elektrik cərəyanında hər hansı bir elektrik avadanlığının qurğusunun nəzarətsiz buraxılmaması lazımdır. Bunlar hər biri hadisələr baş verməsin deyə, yanğınların baş vermə riskini demək olar ki, minimuma endirir.

Ekspert sonda vurğulayıb ki, yanğınların statistikasında və növlərində bərk materialların alışıb yanmasından, maye, qaz halında olan, partlamağa meylli və elektrik təsərrüfatında baş verən yanğınlar çoxluq təşkil edir. Ən çox isə elektrik təsərrüfatında yaranan yanğınlardır. Ona görə də elektrik təsərrüfatı saz vəziyyətdə olmalıdır. Mütəmadi olaraq yoxlanılmalıdır.

Dəniz Pənahova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:177
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 25 Avqust 2025 13:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see280

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see278

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see260

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see240

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see240

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see230

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see230

Cəbrayılda əhali tibbi müayinədən keçdi

13 Oktyabr 2026 14:12see218

Səhiyyə Nazirliyində Vətəndaş qəbulu tam rəqəmsallaşdı

13 Oktyabr 2026 10:58see215

Kişiləri getdi, milyonlar gəldi Ayrılıqdan qazanan məşhur müğənnilər

13 Oktyabr 2026 18:55see200

Azərbaycan Mədəniyyəti FAO nun Baş qərargahında təqdim olunub

13 Oktyabr 2026 21:24see197

Hicab bəhanəsi ilə Bakıya təzyiq: Türkiyə mediasının ikili standartları

13 Oktyabr 2026 14:42see196

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see193

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see192

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see188

Zaqatalada böcəklər evlərə kütləvi hücum edib

13 Oktyabr 2026 16:45see184

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

14 Oktyabr 2026 02:38see180

Səudiyyə husi raketini havada zərərsizləşdirdi

14 Oktyabr 2026 01:47see176

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

14 Oktyabr 2026 03:09see175

Forma problemi “Xankəndi”yə baha başa gəldi

13 Oktyabr 2026 11:50see156
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri