Icma.az
close
up
RU
“Sədərək Yusif”in binasından şikayət var FOTO,VİDEO

“Sədərək Yusif”in binasından şikayət var FOTO,VİDEO

Tribuna saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Qarayev Residence” kimi tanınan “Kursus-Nizami” MTK-nın Bakı Şəhər İcra Hakimiyyətinin sərəncamı əsasında sökdüyü Nizami rayonu, Kamil Balakişiyev küçəsindəki 41 və 43 nömrəli binaların sakinləri ilə məhkəmə çəkişməsi davam edir.

Bina sakinlərinin Pravda.az-a ünvanladıqları şikayətdə bildirilib ki, onların evlərdən çıxarılması MTK-nın öz qərarı üzrə aparılır, məhkəmənin belə bir qərarı yoxdur:

“Şirkətlə heç bir müqavilə bağlamamışıq. Kirayə haqqımızı da ödəmirlər. Hazırda məhkəmə prosesi davam edir. Evlərimizi yıxırlar. Əşyalarımız yararsız hala salıblar. Məhkəmə qərarı budur ki, şirkət bərpa və geridönüş etməlidir. Amma heç bir qərarı yerinə yetirmirlər.  İnsanların evini yıxıblar, suyunu, işığını, qazını kəsiblər, üstəlik qapısız, pəncərəsiz evdə onlara yer vermək istəyirlər. “Kursus-Nizami” MTK bildirir ki, bina tikəndən sonra sizə ev verəcəyəm. Seçim olmalıdır, ya pulu onlardan almalıyıq, ya bizə ev alıb verməlidirlər, ya da gözləməliyik. Biz onlara güvənmirik. Bizim kimi nə qədər sakinin illərdir ki, işi məhkəmələrdədir. Məhkəmənin geridönüş qərarını icra etməyənlər sabah bizə ev verəcəklər? Sakinlərdən neçəsi bu məsələyə görə stress keçirib, infarktdan ölüb. Ümumilikdə, 10 nəfər narazıdır. Qalanlar isə təzyiq yolu ilə razılaşıblar. Evlərimiz tam təmirli evlər idi. İki dəfə zəlzələ gördük, binamıza heç bir zərər dəymədi”.

Sakinlərin sözlərinə görə, bu işləri görənlər “Sədərək Ticarət Mərkəzi”nin sahibi Yusif Qədimbəylinin (Sədərək Yusif) işçiləridir: “Sədərək Yusifin qardaşı Ənvərin övladları da oradadırlar. Hamısı bizimlə əlaqə yaradıblar, danışıqlar aparmışıq. Deyirlər ki, pulumuz yoxdur. Pul vermək istəmirlər. Pulunuz yoxdursa, niyə bina tikirsiniz? Bizi ev-eşiyimizdən ediblər. Bütün orqanlara yazmışıq, məktubların cavabını Nizami Rayon İcra Hakimiyyətində gizlədirlər. Bu işin arxasında Yusif Qədimbəyli, Ənvər Qədimbəyli, Fərid Qədimbəyli dayanır. İşi görənlər isə Yusif Qədimbəylinin işçiləri Anar Süleymanov, Ümidvar İbrahimov, Orxan Həsənov, Etibar Namazov, Nəriman Namazovdur”.

Qeyd: “Kursus” adlı bir neçə şirkət var, məlumatları təqdim edirik:

“Kursus-Nizami” MTK – nizamnamə kapitalı 100 AZN, hüquqi ünvanı Yasamal rayonu, İnşaatçılar prospekti ev 33A, mənzil 48, qanuni təmsilçisi Elnur Cəlal oğlu Hüseynovdur.

“Kursus-Nizami-A” MTK qanuni təmsilçisi Məhəmməd Sahib oğlu Zeynallıdır. Digər məlumatlar eynidir.

“Kursus-Nizami-F” MTK – nizamnamə kapitalı 100 AZN, hüquq ünvanı Nərimanov rayonu, Abbasqulu Ağa Bakıxanov, ev məhəllə 758-759, mənzil 49, qanuni təmsilçisi Fərid Ənvər oğlu Qədimovdur.

“Kursus-Nəsimi” MTK nizamnamə kapitalı 100 AZN, hüquqi ünvanı Yasamal rayonu, İnşaatçılar prospekti ev 33A, mənzil 47, qanuni təmsilçi Yelena Alekseyevna İbrahimovadır.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.



Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:142
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 20 Fevral 2025 13:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda müqəddəs Ramazan ayı nə vaxt başlayır?

04 Yanvar 2026 10:12see342

“Hər bir Azərbaycan vətəndaşına ildə 5 kq palma yağı yedizdirilir...”

03 Yanvar 2026 12:48see246

Enso Mareskanın Çelsi dən ayrılmasının səbəbi bəlli olub

03 Yanvar 2026 09:44see217

Amerikanı kim kəşf edib? Əlbəttə ki, ermənilər!

04 Yanvar 2026 13:20see208

İranın silahlı qüvvələri hara zərbə endirəcəklərini dəqiq bilirlər Abbas Əraqçi

03 Yanvar 2026 10:23see202

Maduro əməliyyatının sirləri açılır: Xeyli kubalı ölüb

04 Yanvar 2026 15:52see186

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see175

Bakıya bu tarixdə qar yağacaq Dəqiq gün AÇIQLANDI

04 Yanvar 2026 06:07see158

İlham Yadullayev: Çalışacağıq ki, komandaya yeni futbolçular dəvət edək

03 Yanvar 2026 13:04see156

Nofəl Şahlaroğlu: Pula görə etdiyimi görsən, ürəyin bulanar

03 Yanvar 2026 23:35see156

Ukraynada kadr islahatlarının gerçək səbəbi: Zelenskinin yeni hərbi siyasi strategiyası

03 Yanvar 2026 22:08see144

Qarabağ Antalyada Özbəkistan və Polşa klubları ilə qarşılaşacaq

03 Yanvar 2026 23:33see141

Bu gün Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramıdır

04 Yanvar 2026 05:26see139

CAR da qorxunc qətl: Gənc oğlan ayin zamanı ata anasının gözü qarşısında güllələndi

04 Yanvar 2026 12:17see139

Zelenski Trampla görüşəcək

04 Yanvar 2026 00:10see139

“Temu” Azərbaycan bazarından “çıxarılır”?

03 Yanvar 2026 17:38see135

Maduro Nyu Yorka gətirilib Fotolar

04 Yanvar 2026 09:15see133

Ekspertlər ən etibarlı 10 krossoveri açıqladı SİYAHI

04 Yanvar 2026 00:03see132

“Dünya Bankı Azərbaycanda bank reallığını səhv ölçür” Əkrəm Həsənov

03 Yanvar 2026 17:39see129

2026 da işləri “yağ kimi” gedəcək 5 BÜRC KONKRET

04 Yanvar 2026 10:01see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri