Sədərək Yusif in qardaşı uşaqlarına cinayət işi açılıb, həbs var Vəkildən açıqlama
Icma.az, Mia.az portalına istinadən məlumat verir.
Bakıda tanınan iş adamı, "Sədərək Yusif" kimi tanınan Yusif Qədimbəyli kimi tanınan sahibkarın qardaşı Ənvər Qədimbəylinin oğulları – İlkin və İlham Qədimbəylilər barəsində cinayət işi başlanıb.
Bakunews.az yazr ki, İlkin Qədimbəylinin mühafizəçisi kimi çalışan Rövşən Hüseynov da şübhəli şəxs qismində saxlanılaraq həbs edilib. Qədimbəylilərin şəriki Xamis Qubadovla bağlıda ittiham irəli sürülüb.
Rəsmi məlumata əsasən, iş üzrə Cinayət Məcəlləsinin 182.3.2-ci maddəsi (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən hədə-qorxu yolu ilə küllimiqdarda tələb etmə) ilə ittiham irəli sürülüb. İstintaq orqanı hazırda toplanan materiallar əsasında araşdırmanı davam etdirir.
Zərərçəkmiş Elnur Əhmədovun vəkili Bakunews.az-a verdiyi açıqlamada bildirib ki, aparılan araşdırmalar nəticəsində bu həbslərin davamlı xarakter ala biləcəyi ehtimal olunur.
Hadisənin detalları və istintaqın nəticələri barədə əlavə məlumatlar yaxın günlərdə ictimaiyyətə açıqlanacağı gözlənilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:73
Bu xəbər 23 Sentyabr 2025 10:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















