Icma.az
close
up
RU
“Sednaya həbsxanası muzey olacaq” Suriya lideri

“Sednaya həbsxanası muzey olacaq” Suriya lideri

Icma.az bildirir, Qafqazinfo saytına əsaslanaraq.

“Bildiyiniz kimi suriyalılar bir çox ölkəyə sığınıblar, lakin onlara ən çox sarılan, hörmət edən ölkə Türkiyə olub. Ümid edirəm ki, Suriya bu yaxşılığı unutmaz. Strateji əlaqələr olacaq. Türkiyənin yeni Suriya dövlətinin qurulmasında bir çox prioritetləri var”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri “Yeni Şafak” qəzetinə müsahibəsində Suriyanın yeni lideri Əhməd əl-Şaraa deyib.

O, suriyalı qaçqınlara dəstək olan Türkiyəyə minnətdarlığını ifadə edərək, iki ölkə arasında strateji əlaqələrin inkişaf edəcəyini vurğulayıb:

“Biz Türkiyənin iqtisadi inkişaf təcrübələrini Suriyaya köçürməsinə də inanırıq. Sosial əlaqələri qoruyub saxlayacağıq. Eyni anları sevgi və səmimiyyətlə paylaşacağıq və bu qələbə təkcə Suriya xalqının deyil, həm də türk xalqının qələbəsidir”.

Əhməd əl-Şaraa bildirib ki, Dəməşqin “inkişaf paytaxtı” kimi yenidən qurulması planlaşdırılır.

O, yeni hökumətin prioritetlərinin sabitlik, iqtisadi inkişaf və qaçqınların geri qayıdışı olacağını bildirilib: “İndi ən çətin hissəni geridə qoyduq. Suriya xalqı öz torpaqlarına çox bağlıdır və bir çox evlərin dağıldığı məlumdur. Biz insanların öz ölkələrinə, doğma şəhərlərinə qayıtması üçün əlverişli mühit yaratmaqla bu vəziyyəti həll etməliyik. Düşünürəm ki, əhalinin yarısı kütləvi şəkildə Suriyaya qayıdacaq”.

Sednaya həbsxanasından danışan Suriya lideri oranın muzey olacağını deyib: “Sednaya həbsxanasında gördüyünüz kimi rejim çoxlu qırğınlar törədib. Şübhəsiz ki, bu həbsxana Suriya xalqının tarixində qara ləkədir. Biz çalışacağıq ki, bu həbsxanada baş verənlərə görə məsuliyyət daşıyan hər kəs, xüsusən də işgəncə verənlər məsuliyyətə cəlb olunsun. Sednaya həbsxanası haqqında da fikrimiz var. Buranı muzey və abidə kimi qoruyub saxlamaqla. Rejimin cinayətlərinin və Suriya xalqına etdiklərinin sübutu olaraq bunu etmək lazımdır”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:143
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 19 Dekabr 2024 02:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see264

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see245

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see236

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see234

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see233

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see219

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see211

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see195

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see193

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see184

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see184

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see181

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see167

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see160

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see159

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see156

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see145

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri