Icma.az
close
up
RU
Menu

Sahibkar ABB dən şikayət etdi

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

ML: 3 cü tur başlayır

Ronaldo dönəmi başa çatır

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

Dövlət satınalmalarında yenilik

Dövlət satınalmalarında yenilik

Yeniazerbaycan saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Tenderlərdə süni intellekt tətbiq olunur

Azərbaycanda dövlət satınalmaları sahəsində bir sıra yeniliklər nəzərdə tutulur ki, əsas istiqamətlərdən biri tenderlərlə bağlı yeni alətlərin tətbiqidir. Antiinhisar və İstehlak Bazarına nəzarət Dövət Agentliyi dövlət satınalmaları prosesində, eləcə də tenderin bir sıra mərhələlərdə süni intellektin tətbiqini nəzərdən keçirir. Yeni dəyişikliklərə əsasən, satınalmalarda şərtlər toplusu süni intellekt vasitəsilə yoxlanılmağa başlanılacaq. Belə ki, şərtlər toplusunun süni intellekt vasitəsilə rəqabət, satınalmaya çıxış və sənədin tam və düzgün doldurulması istiqamətində yoxlanılması, yoxlama zamanı 6 meyar üzrə strukturlaşdırılmış təhlilin aparılması və hesabatın hazırlanması nəzərdə tutulur.

Dünya təcrübəsində geniş yayılmış satınalmalarda süni intellekt modulları xərcləri optimallaşdırmaq, təchizat zəncirindəki riskləri qabaqcadan müəyyən etmək və tenderlərdə qərarların qəbulunu avtomatlaşdırmaq üçün istifadə edilir. Bu texnologiya xarici müdaxilələrin və subyektiv qərarların qarşısını alır, şəffaflığı artırır və dövlət vəsaitlərinin daha səmərəli xərclənməsini təmin edir. Məhz bu reallıqları nəzərə alan Azərbaycan hökuməti tender və satınalmalarda rəqəmsallaşma və süni intellektin tətbiqi istiqamətində ciddi addımlar atmağa qərar verib.

Bazar qiymətləri və məlumatlar real vaxt rejimində təhlil ediləcək

Süni intellekt əsaslı rəqəmsal təhlillər bazar qiymətlərini və məlumatları real vaxt rejimində təhlil etmək və sərfəli təklifləri müəyyən etmək baxımından mühüm əhəmiyyət kəsb edir. Eyni zamanda, risklərin idarə olunmasında vacib alətə çevrilir. Tərəfdaşların maliyyə vəziyyətini, çatdırılma tarixçəsini və potensial riskləri izləyərək təchizatçıların etibarlılığının qiymətləndirilməsinə kömək edir. Bu baxımdan süni intellektin köməyi ilə satınalmalarda iş həcmləri cədvəlində məhdudlaşdırmaların olması ilə bağlı ayrıca təhlilin aparılması, potensial uyğunsuzluqların və riskli məqamlarla bağlı satınalma komissiyasına məlumatların verilməsi təmin ediləcək. Yeni texnologiyalardan istifadənin köməyilə tender proseslərində təchizatçı tərəfindən təklifin qüvvədə olma müddətini uzatmaq imkanı da yaradılır. Belə ki, satınalmada iştirak edən təchizatçılar üçün təklifin qüvvədə olma müddətini elektron qaydada dəyişmək imkanı, yenilənmiş qüvvədə olma müddətinin və təminat məlumatlarının təqdim edilməsi, təminat tarixləri yenilənmiş müddəti əhatə etmədikdə xəbərdarlıq mesajının göstərilməsi, satınalan təşkilat və təchizatçılara təkliflərin qüvvədə olma müddəti və zəmanət üzrə dəyişiklik tarixçəsinin saxlanılması və izlənməsi də təmin ediləcək. Ən mühüm məqamlardan biri olan qiymətləndirmə mərhələsində yenilənmiş təklif müddəti əsasında yoxlamaların aparılması da bu proseslərə aid olunur.

Satınalmalarda müqavilələr modulu da yenilənib, satınalan təşkilatlar və təchizatçılar üçün müqavilələr vahid cədvəl üzərindən idarə olunacaq. Sistemdə axtarış və genişləndirilmiş axtarış imkanlarının təkmilləşdirilməsi imzalanmış müqavilələrin nəzərdən keçirilməsi və dərc edilməsi üzrə yeni funksionallığın təmin olunmasında mühüm rol oynayacaq. Bundan başqa, müqavilələr səhifəsində istifadəçi interfeysi yenilənəcək, satınalma kartlarında müqavilə ilə bağlı məlumatlar və indikatorlar əks olunacaq. Yekunlaşmış satınalmada isə müqavilələr əlavə hissədə yerləşdiriləcək.

“E- müqavilə” rəqəmsal dövlət maliyyəsi sisteminə inteqrasiya olunub

Qeyd edək ki, bir müddət əvvəl dövlət satınalmaları sahəsində hesabatlılığın artırılması, proseslərin sadələşdirilməsi və rəqəmsallaşdırmanın genişləndirilməsi məqsədilə “etender.gov.az” portalında da bir sıra mühüm yeniliklər tətbiq edilib. Yeniliklərdən biri elektron müqavilə şərtlərinin formalaşdırılması ilə bağlıdır. Belə ki, artıq satınalma prosesinin başlanğıc mərhələsində elektron müqavilə şərtləri birbaşa sistem üzərindən formalaşdırılır. Bu, hüquqi və texniki şərtlərin daha dəqiq müəyyən edilməsinə imkan yaradır. Müqavilələrin elektron imzalanmasının təşkili məqsədilə dövlət satınalmalarının vahid internet portalı ilə Maliyyə Nazirliyinin Rəqəmsal dövlət maliyyəsi sisteminin “e-müqavilə” altsistemi arasında inteqrasiya həyata keçirilib. İnteqrasiyaya əsasən, yekunlaşmış satınalmalar üzrə müqavilə, təklif barədə məlumatlar nazirliyin sisteminə ötürülür və müqavilələrin imzalanması “e-müqavilə” altsistemi üzərindən aparılır. Bununla da müqavilələrin icrasına nəzarət mexanizmi optimallaşdırılır. Müqavilə barədə məlumatlar isə müqavilə imzalandıqdan sonra Dövlət satınalmalarının vahid internet portalına ötürülür.

Portalda aparılmış təkmilləşdirmələrə əsasən, satınalan təşkilatlar satınalma predmetlərinin adını, miqdarını və ölçü vahidini ayrıca müəyyən edir, təchizatçılar isə müvafiq olaraq mənşə ölkəsi, marka, model və digər zəruri məlumatları daxil edirlər. Bu məlumatlar sonradan müqavilənin ayrılmaz hissəsinə çevrilir və dəyişdirilə bilmir. Bununla yanaşı, şərtlər toplusu təsdiqləndikdən sonra müqavilənin ümumi şərtləri sistem tərəfindən avtomatik formalaşdırılır və satınalmanın tərkib hissəsi kimi təqdim olunur. Aksept prosesi ilə bağlı tətbiq edilmiş yenilik isə müvafiq bildirişlərin sistem tərəfindən avtomatik generasiya edilərək qalib təchizatçıya göndərilməsini təmin edir.

Məqsəd hesabatlılığın artırılması, rəqabət mühitinin gücləndirilməsidir

Portalda tətbiq edilən növbəti funksionallıq nəzarət orqanı tərəfindən məlumat və tövsiyə xarakterli rəsmi bildirişlərin göndərilməsi ilə bağlıdır. Bu mexanizm vasitəsilə satınalma prosesinin bütün iştirakçılarına bildirişlər mərkəzləşdirilmiş qaydada və operativ şəkildə çatdırılır. Eyni zamanda, istifadəçilərin bu bildirişlərlə tanış olmadan sistemdə fəaliyyətini davam etdirməsi məhdudlaşdırılır ki, bu da vacib məlumatların diqqətdən kənarda qalmasının qarşısını alır və prosesdə intizamı gücləndirir.

Daha səmərəli dövlət satınalmaları sistemi isə davamlı iqtisadi inkişaf hədəflərinə çatmaq üçün vacib faktorlardan biridir. Bu məqsədlə satınalma prosesinin elektronlaşdırılmasının daha da gücləndirilməsi, süni intellekt texnologiyalarının geniş tətbiqi ilə bağlı addımlar davam etdiriləcək.

Ümumilikdə, dövlət satınalmalarında tətbiq edilən yeniliklər satınalmalarda hesabatlılığın artırılmasına, rəqabət mühitinin gücləndirilməsinə və proseslərin daha səmərəli təşkilinə nail olmaq məqsədi daşıyır. Tətbiq edilən dəyişikliklər satınalmalar zamanı dövlət vəsaitindən daha səmərəli və qənaətlə istifadə edilməyə gətirib çıxaracaq, şəffaflığı artıracaq və bütün malgöndərənlərə (podratçılara) bərabər rəqabət mühiti yaradılmasına səbəb olacaq. Həmçinin, biznes islahatlarının tərkib hissəsi olmaqla, xarici investisiyaların ölkəyə gəlməsinə müsbət təsir göstərə bilər.

E.CƏFƏRLİ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:115
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 04 İyul 2026 10:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see544

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see296

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see286

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see215

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see215

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see214

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see214

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see206

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see202

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see201

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see201

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see201

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see199

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see197

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see197

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see195

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see194

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see193

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see193

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri