Icma.az
close
up
RU
Sədr: Sənaye zonalarında 15.4 milyard manatlıq məhsul satışı həyata keçirilib

Sədr: Sənaye zonalarında 15.4 milyard manatlıq məhsul satışı həyata keçirilib

Oxu.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"2024-cü ildə İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan sənaye zonalarında yeni fəaliyyətə başlayan on müəssisə tərəfindən ümumilikdə 48.6 milyon manat investisiya yatırılıb, 389 daimi iş yeri yaradılıb. Bu müəssisələr müxtəlif təyinatlı tikinti materiallarının, ayaqqabıların, dəmiryolu avadanlıqlarının, elektrik və s. məhsullarının istehsalı ilə məşğul olurlar".

Oxu.Az xəbər verir ki, bu fikirləri İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Seymur Adıgözəlov deyib.

Sədr bildirib ki, yeni fəaliyyətə başlayan müəssisələrin çoxunun Ağdam Sənaye Parkında olması xüsusilə qürurverici haldır:

"Sənaye zonalarında investisiya portfeli 7.9 milyard manat olan 152 sahibkarlıq subyektinə rezidentlik, on sahibkara isə qeyri-rezidentlik statusu verilib.

Sahibkarlar tərəfindən sənaye zonalarına 6.9 milyard manat investisiya yatırılıb, 84 müəssisə fəaliyyətə başlayıb, 10 700-dən artıq daimi iş yeri yaradılıb. Həmçinin növbəti mərhələdə mövcud layihələr üzrə sənaye zonalarına əlavə olaraq 1 milyard manatdan çox investisiyanın yatırılması, 8000-dən artıq daimi iş yerinin yaradılması nəzərdə tutulur.

2015-ci ildən 2024-cü il də daxil olmaqla, sənaye zonalarında 15.4 milyard manatlıq məhsul satışı həyata keçirilib, bunun da 4.9 milyard manatlıq hissəsi ixrac edilib.

Həmçinin 2024-cü ildə sənaye zonalarında 3.3 milyard manatlıq satış həyata keçirilib ki, bunun da 1 milyard manatlıq hissəsi ixracın payına düşür.

2023-cü illə müqayisədə ixrac 8.1 faiz artıb. Sənaye zonalarında istehsal edilən məhsullar dünyanın 70-dən çox ölkəsinə ixrac edilir.

Əsasən sənaye zonalarında istehsal edilən polimer, karbamid, sürtgü yağlarının, şüşə lövhələrin, polad boruların, kabel, sulfat turşusunun, tütün məmulatlarının, keramik plitələrin, ipliklərin, divar kağızlarının, müxtəlif təyinatlı ayaqqabıların və s məhsulların ixracı həyata keçirilib.

2024-cü ildə sənaye zonalarının qeyri-neft sənayesi məhsulları istehsalında xüsusi çəkisi 17.6 faiz, ixracında isə 26 faiz təşkil edib".

Məhərrəm Əliyev

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:76
embedMənbə:https://oxu.az
archiveBu xəbər 06 Fevral 2025 10:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see300

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see204

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see179

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see172

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see172

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see170

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see168

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see164

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see159

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

18 Yanvar 2026 20:12see151

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see149

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see148

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see145

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see144

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see144

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see139

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see136

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see134

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see133

“Qarabağ” “Turan Tovuz”a güzəştə getdi

18 Yanvar 2026 10:37see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri