Icma.az
close
up
RU
“Şəfa cəbhəsi” filminin təqdimatı keçirilib

“Şəfa cəbhəsi” filminin təqdimatı keçirilib

Icma.az, Xalqcebhesi portalına istinadən məlumat yayır.


8 Noyabr Zəfər Günü münasibətilə çəkilən və tibb işçilərinin Vətən müharibəsindəki fəaliyyətinə həsr olunan “Şəfa cəbhəsi” filminin təqdimat mərasimi keçirilib.
TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentindən xalqcebhesi.az-a verilən xəbərə görə, tədbirdə TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) İdarə Heyətinin sədrinin müavini Nigar Bayramova, TƏBİB və Agentliyin struktur bölmə rəhbərləri, filmdə iştirak edən tibb işçiləri, tibb müəssisələrinin rəhbərləri, şəhid və qaziailələrinin üzvləri iştirak edib.
Tədbirdə ilk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Vətənin bütövlüyü, bölünməzliyi və suverenliyi uğrunda canlarını fəda edən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra TƏBİB tərəfindən hazırlanan “Şəfa cəbhəsi” filmi nümayiş olunub.
Qeyd edək ki, filmin ideya və ssenari müəllifi TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Hidayətoğludur. Şöbənin əməkdaşları İlkin Məmmədov filmin quruluşçu operator və montajçısı, Kamil Əmirli isə icraçı prodüseri qismində iştirak edib.
Filmdə Vətən müharibəsində iştirak etmiş 12 tibb işçisi, habelə TƏBİB tərəfindən koordinasiya işinin təşkilində iştirak etmiş rəhbər şəxslər yer alıb.
Müharibə dönəmində cərrahiyyə otağındakı ifası ilə məşhurlaşan 44 günlük Vətən müharibəsinin qazisi MəbudƏhmədov xatirələrindən danışıb.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən Füzuli, Cəbrayıl, Xocavənd rayonlarının azadlığı uğrunda və “Vətən uğrunda” medalları ilə təltif olunan Məbud Əhmədov müharibə dönəmindəməşhurlaşdığı ifasını yenidən səsləndirib.
Məlumdur ki, müasir ordu quruculuğunun əsas əhəmiyyət kəsb edən təminat növlərindən biri tibbi təminatdır. Tibb sahəsinin maddi-texniki bazasının gücləndirilməsi, müalicə-diaqnostika imkanlarının artırılması və peşəkar kadr siyasətinin dövrün tələbləri çərçivəsində qurulması, eləcə də inkişaf etdirilməsi hər zaman diqqətdə saxlanılıb.
Döyüşlərdə itkilərinin minimuma endirilməsi, döyüş meydanında yaralanan hərbçilərə operativ və zəruri tibbi yardımın göstərilməsi mütləq şərtlərdən biri olub.
Gündəlik 38 briqada olmaqla, 200-ə yaxın həkim və orta tibb işçisi növbə ilə döyüş bölgələrinə ezam edilərək yaralı hərbçilərə ilkin tibbi yardımın göstərilməsində, ön cəbhədən yaxınlıqdakı hərbi hospitallara, vəziyyəti ağır olanların isə paytaxt və rayon mərkəzi xəstəxanalarına, həmçinin helikopterlə şəhərə çatdırılan ağır yaralıların hospitallara yerləşdirilməsi və bir xəstəxanadan digərinə təxliyəsində aktiv iştirak ediblər.
Qeyd edək ki, işğaldan azad edilən bölgələrə dövlət qurumlarında, təmir-tikinti şirkətlərində çalışan və köç edən vətəndaşlarımıza, bəzi hallarda hərbi xidmət müəssisələrində xidmət keçən hərbçilərimizə və ailələrinə keyfiyyətli tibb xidmətinin göstərilməsi üçün TƏBİB tərəfindən ailə sağlamlıq mərkəzləri (ASM), modul tipli xəstəxana və poliklinikalar yaradılıb. Ağalı, Cəbrayıl, Laçın, Talış, Füzuli, Hadrut ailə sağlamlıq mərkəzləri, Ağdam, Şuşa, Zəngilan modul tipli xəstəxanaları, Xankəndi xəstəxanaları fəaliyyət göstərir.
Bu günlərdə Xocalı ASM fəaliyyətə başlayacaq. Tibb məntəqəsi 16 otaqdan ibarətdir. Hazırda tibbi xidmətin təşkili, tibbi avadanlıqlarla və dərman vasitələri ilə təchizat,həkim briqadalarının təhkim edilməsi üzrə fəaliyyət təmin olunur.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:141
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 06 Noyabr 2024 16:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see284

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see279

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see270

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see257

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see250

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see245

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see232

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see220

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see213

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see205

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see205

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see204

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see203

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see200

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see193

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see187

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see186

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see164

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see163

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri