Icma.az
close
up
RU
“Şəfa cəbhəsi” filminin təqdimatı keçirildi FOTOLAR

“Şəfa cəbhəsi” filminin təqdimatı keçirildi FOTOLAR

Manset saytından alınan məlumata görə, Icma.az bildirir.

8 Noyabr Zəfər Günü münasibətilə çəkilən və tibb işçilərinin Vətən müharibəsindəki fəaliyyətinə həsr olunan “Şəfa cəbhəsi” filminin təqdimat mərasimi keçirilib.

Manset.az xəbər verir ki, tədbirdə TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) İdarə Heyətinin sədrinin müavini Nigar Bayramova, TƏBİB və Agentliyin struktur bölmə rəhbərləri, filmdə iştirak edən tibb işçiləri, tibb müəssisələrinin rəhbərləri, şəhid və qazi ailələrinin üzvləri iştirak edib.

Tədbirdə ilk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Vətənin bütövlüyü, bölünməzliyi və suverenliyi uğrunda canlarını fəda edən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra TƏBİB tərəfindən hazırlanan “Şəfa cəbhəsi” filmi nümayiş olunub.

Qeyd edək ki, filmin ideya və ssenari müəllifi TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Hidayətoğludur. Şöbənin əməkdaşları İlkin Məmmədov filmin quruluşçu operator və montajçısı, Kamil Əmirli isə icraçı prodüseri qismində iştirak edib.

Filmdə Vətən müharibəsində iştirak etmiş 12 tibb işçisi, habelə TƏBİB tərəfindən koordinasiya işinin təşkilində iştirak etmiş rəhbər şəxslər yer alıb.

Müharibə dönəmində cərrahiyyə otağındakı ifası ilə məşhurlaşan 44 günlük Vətən müharibəsinin qazisi Məbud Əhmədov xatirələrindən danışıb.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən Füzuli, Cəbrayıl, Xocavənd rayonlarının azadlığı uğrunda və “Vətən uğrunda” medalları ilə təltif olunan Məbud Əhmədov müharibə dönəmində məşhurlaşdığı ifasını yenidən səsləndirib.

Məlumdur ki, müasir ordu quruculuğunun əsas əhəmiyyət kəsb edən təminat növlərindən biri tibbi təminatdır. Tibb sahəsinin maddi-texniki bazasının gücləndirilməsi, müalicə-diaqnostika imkanlarının artırılması və peşəkar kadr siyasətinin dövrün tələbləri çərçivəsində qurulması, eləcə də inkişaf etdirilməsi hər zaman diqqətdə saxlanılıb.

Döyüşlərdə itkilərinin minimuma endirilməsi, döyüş meydanında yaralanan hərbçilərə operativ və zəruri tibbi yardımın göstərilməsi mütləq şərtlərdən biri olub.

Gündəlik 38 briqada olmaqla, 200-ə yaxın həkim və orta tibb işçisi növbə ilə döyüş bölgələrinə ezam edilərək yaralı hərbçilərə ilkin tibbi yardımın göstərilməsində, ön cəbhədən yaxınlıqdakı hərbi hospitallara, vəziyyəti ağır olanların isə paytaxt və rayon mərkəzi xəstəxanalarına, həmçinin helikopterlə şəhərə çatdırılan ağır yaralıların hospitallara yerləşdirilməsi və bir xəstəxanadan digərinə təxliyəsində aktiv iştirak ediblər.

Qeyd edək ki, işğaldan azad edilən bölgələrə  dövlət qurumlarında, təmir-tikinti şirkətlərində çalışan və köç edən vətəndaşlarımıza, bəzi hallarda hərbi xidmət müəssisələrində xidmət keçən hərbçilərimizə və ailələrinə keyfiyyətli tibb xidmətinin göstərilməsi üçün TƏBİB tərəfindən ailə sağlamlıq mərkəzləri (ASM), modul tipli xəstəxana və poliklinikalar yaradılıb. Ağalı, Cəbrayıl, Laçın, Talış, Füzuli, Hadrut ailə sağlamlıq mərkəzləri, Ağdam, Şuşa, Zəngilan modul tipli xəstəxanaları, Xankəndi xəstəxanaları fəaliyyət göstərir.

Bu günlərdə Xocalı ASM fəaliyyətə başlayacaq. Tibb məntəqəsi 16 otaqdan ibarətdir. Hazırda tibbi xidmətin təşkili, tibbi avadanlıqlarla və dərman vasitələri ilə təchizat, həkim briqadalarının təhkim edilməsi üzrə fəaliyyət təmin olunur.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:146
embedMənbə:https://www.manset.az
archiveBu xəbər 06 Noyabr 2024 16:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see595

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see532

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see402

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see267

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see264

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see255

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see252

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see235

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see226

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see225

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see225

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see220

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see219

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see216

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see215

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see210

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see180

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see176

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see173

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri