Icma.az
close
up
RU
“Şəfəq” GES və Səngəçal terminalının elektrikləşdirilməsi ilə bağlı müqavilələr imzalanıb

“Şəfəq” GES və Səngəçal terminalının elektrikləşdirilməsi ilə bağlı müqavilələr imzalanıb

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 2 iyun, AZƏRTAC

Bu gün bp, “SOCAR Green” və Azərbaycan Biznesinin İnkişafı Fondunun (ABİF) birgə müəssisəsi olan “Shafag (Jabrayil) Solar Limited” (SJSL) şirkətinin səhmdarları “Şəfəq” Günəş Elektrik Stansiyası layihəsi üçün yekun investisiya qərarını elan ediblər.

AZƏRTAC xəbər verir ki, bu qərar Azərbaycanın Cəbrayıl rayonunda 240 meqavat gücündə günəş elektrik stansiyasının tikintisinin başlanmasına imkan verir.

Eyni zamanda, Səngəçal terminalının investorları – bp, SOCAR, TPAO, LUKOYL, Cənub Qaz Dəhlizi, NİKO, MOL, İNPEKS, “EksonMobil”, İTOÇU, “ONGC Videş”, “Eni”, MVM və “TotalEnergies” – bu gün Səngəçal terminalının elektrikləşdirilməsi (STEL) layihəsini təsdiqləyiblər. Bu layihə terminalın “AzərEnerji” ASC-nin idarə etdiyi dövlət elektrik şəbəkəsinə qoşulmasını təmin edəcək. Bunun üçün terminal ərazisinin həm daxilində, həm də ondan kənarda yeni obyektlər, o cümlədən yeni 220/110 kV-luq elektrik yarımstansiyası inşa ediləcək.

Bu iki layihə bir-biri ilə “virtual enerji ötürmə mexanizmi” adlanan yeni kommersiya modeli vasitəsilə sıx əlaqəlidir. Bu mexanizmə əsasən, “Şəfəq” stansiyası elektrik enerjisi istehsal edərək onu Cəbrayıl rayonunda “AzərEnerji”yə verəcək, “AzərEnerji” isə sonra eyni həcmdə elektrik enerjisini Bakı yaxınlığında yerləşən Səngəçal terminalına ötürəcək. Hazırkı proqnozlara və planlara əsasən, “Şəfəq” və STEL layihələri birlikdə Səngəçal terminalının gələcək istismar dövründə terminal əməliyyatlarından yaranan emissiyaların təxminən 50 faiz azaldılmasına imkan yaradacaq. Hazırda terminal öz enerji ehtiyacını qarşılamaq üçün yeddi qaz turbinindən istifadə edir. Elektrikləşdirilmədən sonra turbinlər mərhələli şəkildə demontaj olunacaq və bu da istifadə olunmayan yanacaq qaz həcmlərinin ixraca yönəldilməsinə imkan verəcək. Hər iki layihə üzrə yekun investisiya qərarlarını dəstəkləmək məqsədilə bu gün bir sıra digər müqavilələr də imzalanıb.

- “Şəfəq” layihəsi üzrə - SJSL ilə “AzərEnerji” arasında elektrik enerjisinin alqı-satqısı müqaviləsi və SJSL ilə “AzərEnerji” arasında şəbəkəyə qoşulma müqaviləsi.

- STEL layihəsi üzrə - “AzərEnerji” ilə Səngəçal terminalının operatoru qismində bp arasında mühəndislik, təchizat, tikinti və quraşdırma işləri üzrə müqavilələr paketi, elektrik enerjisinin təchizatı müqaviləsi, və istismar və texniki xidmət müqaviləsi.

Bundan əlavə, həm “Şəfəq”, həm də STEL layihələrini dəstəkləmək məqsədilə iki müqavilə — Səngəçal terminalının operatoru qismində bp, SJSL və “AzərEnerji” arasında balanslaşdırma sazişi, həmçinin “Səngəçal” terminalının operatoru qismində bp ilə SJSL arasında elektrik enerjisinin alqı-satqısı müqaviləsi imzalanıb.

Bu gün Hər iki layihə üzrə yekun investisiya qərarının və əlaqədar müqavilələrin rəsmi imzalanması Bakı Enerji Həftəsiçərçivəsində Bakı Ekspo Mərkəzində keçirilən tədbir zamanı baş tutub.

Energetika naziri Pərviz Şahbazov deyib: “Azərbaycan Prezidenti İlham Əliyevin yaşıl enerjidən istifadəni təşviq edən siyasəti çərçivəsində “Şəfəq” GES və Səngəçal terminalının elektrikləşdirilməsi layihələri üzrə mühüm mərhələnin tamamlanması ilə ölkəmizin bp ilə strateji enerji tərəfdaşlığında yeni bir səhifə açılır. 240 MVt gücündə günəş stansiyasının “yaşıl enerji zonası” ərazisində inşası və dünyanın ən böyük neft-qaz terminallarından biri olan Səngəçalın elektrikləşdirilməsi kimi önəmli elementləri birləşdirən bu layihə, enerji təhlükəsizliyi və emissiyaların azaldılması istiqamətində ortaq, mütərəqqi yanaşmamızın bariz nümunəsidir. Ölkəmizin neft-qaz sektorunda ən böyük investoru olan bp-nin yaşıl enerji sahəsinə doğru sərmayələrini genişləndirməsi tərəfdaşlığımızın uzunmüddətli strateji təməlini daha da möhkəmləndirir. Biz bp ilə birgə təkcə etibarlı enerji təchizatını deyil, həm dədayanıqlı və aşağı karbonlu gələcəyin əsasını formalaşdırırıq”.

“AzərEnerji” ASC-nin İdarə Heyətinin sədri Baba Rzayev deyib: “Prezident İlham Əliyevin diqqət və qayğısı ilə əhatələnən Azərbaycan energetikasında tez-tez əlamətdar hadisələrin baş verməsi artıq ənənə halına çevrilib. bp kimi dünya miqyaslı bir şirkətlə “Şəfəq” Günəş Elektrik Stansiyası və Səngəçal terminalının elektrikləşdirilməsi layihəsi də bunlardan növbətisidir. Bu layihə ilk növbədə enerji təhlükəsizliyi, enerji effektivliyinə böyük dəstək verməklə yanaşı, yaşıl enerjinin əhatələnməsinə xidmət edir. Eyni zamanda, bu layihə regionda enerji təhlükəsizliyinə nail olan Azərbaycan üçün əlavə əməkdaşlıq üfüqləri açır. Bu layihə enerjinin istehsalı və ötürülməsi sahəsinə öz töhfəsini verməklə yanaşı karbon emissiyasının azaldılması da böyük dəstək olacaq”.

bp-nin hasilat və əməliyyatlar üzrə icraçı vitse-prezidenti Qordon Birrel deyib: “Bu gün qəbul edilən qərarlar həm Azərbaycanla əməkdaşlığımızda, həm də regiondakı biznes fəaliyyətimizdə yeni bir mərhələnin başlanğıcını qoyur. “Şəfəq” layihəsi ölkədə günəş enerjisi hasilatına qoyduğumuz ilk investisiya olmaqla, enerji sahəsindəki uğurlu əməkdaşlığımıza yeni bir istiqamət əlavə edir. Bu iki layihəni birləşdirən yeni innovativ yanaşma bizi sevindirir, çünki onun vasitəsilə Azərbaycanda idarə etdiyimiz ən böyük obyekt olan terminalın əməliyyatlarlarından yaranan emissiyaları azalda biləcəyik. Azərbaycanla əsasən neft və qaz sahəsini əhatə edən uzunmüddətli tərəfdaşlığımızda bu yeni mərhələni alqışlayırıq və əminik ki, bu, regionda dayanıqlı enerji sahəsində növbəti təşəbbüslərin həyata keçirilməsinə yol açmağa kömək edəcək”.

Təxminən 200 milyon dollar dəyərində olan “Şəfəq” Günəş Elektrik Stansiyasının tikinti işlərinə bu il başlanacağı və bu işlərin əsasən yerli resurslardan istifadə olunmaqla 2027-ci ilin ortalarınadək davam edəcəyi gözlənilir. Tikinti işlərinin pik dövründə 400-ə qədər yeni iş yerinin yaradılacağı gözlənilir. “Şəfəq” layihəsi bütövlükdə bp şirkətinə məxsus olan “Lightsource bp” tərəfindən həyata keçiriləcək və idarəolunacaq. SJSL şirkətindəki iştirak payları belədir: bp 50,01 faiz, “SOCAR Green” 39,99 faiz və ABİF 10 faiz.

230 milyon dollar dəyərində olan STEL layihəsi Səngəçal terminalının operatoru olan bp tərəfindən həyata keçiriləcək və idarə olunacaq. STEL layihəsi üzrə tikinti işlərinə bu il başlanması planlaşdırılır və bu işlərin iki mərhələdə başa çatacağı nəzərdə tutulur - 1-ci mərhələ 2027-ci ilin ortalarında, 2-ci mərhələnin isə 2028-ci ilin sonunadək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:179
embedMənbə:https://azertag.az
archiveBu xəbər 02 İyun 2025 14:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see286

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see266

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see263

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see259

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see249

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see240

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see240

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see231

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see231

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see228

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see215

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see215

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see209

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see208

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see202

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see200

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see198

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see193

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see192

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri