Icma.az
close
up
RU
Səfərlər iki ölkə arasında əməkdaşlığın möhkəm təməlini qoyub ŞƏRH EDİLDİ

Səfərlər iki ölkə arasında əməkdaşlığın möhkəm təməlini qoyub ŞƏRH EDİLDİ

Sia Az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Azərbaycan ilə Vyetnam arasındakı ilk diplomatik münasibətlər 1992-ci il sentyabrın 23-də qurulmuşdur. Lakin bu iki ölkə arasında dostluq münasibətləri bundan xeyli əvvələ, təxminən yarım əsr əvvələ dayanır. 1959-cu ildə Vyetnamın Prezidenti Azərbaycan SSRİ-yə rəsmi səfər etmişdir. 1983-cü ildə isə SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində çalışan Azərbaycanın Ümummilli Lideri Heydər Əliyev Vyetnama rəsmi səfər etmişdir. Bu səfərlər və qarşılıqlı münasibətlər iki ölkə arasında əməkdaşlığın möhkəm təməlini qoymuşdur". Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Polad Mehdiyev deyib.

Onun sözlərinə görə, 2014-cü ildə Azərbaycan Prezidentinin Vyetnama rəsmi səfəri, 2015-ci ildə isə Vyetnam Prezidentinin Azərbaycana cavab səfəri dövlət başçıları səviyyəsində münasibətlərin inkişafında yeni bir mərhələ açdı və əməkdaşlığa yeni təkan verdi: "Azərbaycan və Vyetnam arasında münasibətlər iqtisadiyyat, mədəniyyət, humanitar, təhsil və xüsusilə neft sənayesi sahələrini əhatə edir. Xüsusilə neft sahəsində əməkdaşlıq tarixi təməllərə dayanır. Azərbaycan mütəxəssisləri Vyetnamın neft sənayesinin qurulmasında və inkişafında mühüm rol oynamışlar. SSRİ və Vyetnam arasında yaradılmış "Vietsovpetro" adlı müştərək şirkətin ilk baş direktoru azərbaycanlı Cəlal Məmmədov olmuşdur.

Mədəniyyət sahəsində də əhəmiyyətli əməkdaşlıq mövcuddur. Tanınmış azərbaycanlı kino rejissoru Əjdər İbrahimbəyov Vyetnamda kino məktəbinin yaradılmasında fəal iştirak etmiş, dərslər keçmiş və üç film çəkmişdir. Bu xidmətlərinə görə o, "Əmək ordeni" ilə təltif olunmuşdur.

Təhsil sahəsində də əməkdaşlıq diqqətəlayiqdir. Müxtəlif dövrlərdə Azərbaycanda 5000-ə yaxın vyetnamlı tələbə təhsil almışdır. Onların bir çoxu bu gün Vyetnamın müxtəlif dövlət qurumlarında məsul vəzifələrdə çalışır. Eyni zamanda Heydər Əliyev Fondu da təhsil sahəsində uğurlu layihələr həyata keçirməkdədir. 2018-ci ildə Vyetnamın Ha Ziang əyalətində ibtidai məktəbin tikintisi də daxil olmaqla bir sıra sosial layihələr həyata keçirilmişdir. Bütün bunlar göstərir ki, Azərbaycan ilə Vyetnam arasındakı münasibətlər həm dərin tarixi köklərə, həm də müxtəlif sahələri əhatə edən fəal və faydalı əməkdaşlığa əsaslanır".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:137
embedMənbə:https://sia.az
archiveBu xəbər 13 May 2025 17:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see226

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see203

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see200

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see193

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see188

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see167

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see161

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see155

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see152

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see151

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see147

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see145

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see144

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see142

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see139

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see138

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see137

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see136

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see136

Xankəndi teatrı bərpa edilir 8 milyon sərf olunacaq

27 Dekabr 2025 19:29see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri