Icma.az
close
up
RU
Bizim ölkələrimiz arasında çox ciddi qarşılıqlı səfərlər olub ŞƏRH EDİLDİ

Bizim ölkələrimiz arasında çox ciddi qarşılıqlı səfərlər olub ŞƏRH EDİLDİ

Icma.az, Sia Az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Azərbaycan Çin arasında münasibətlərin inkişaf etməsi, hər iki dövlətin maraqlarına xidmət edir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin hakimiyyətə gəldiyi gündən və bu günə qədər Çin Xalq Respublikası ilə olan münasibətlərinə xüsusi önəm verib. Bu nöqteyi-nəzərdən qarşılıqlı təmaslardan, səfərlərdən və digər beynəlxalq tədbirlərdə keçirilən görüşlərdən əldə edilən razılaşmalardan görmək mümkündür". Bu sözləri SİA-ya açıqlamasında Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin sədri Xəyal Bəşirov deyib.

Onun sözlərinə görə, cənab Prezident İlham Əliyev 2014-cü ildə Çinə qarşı tərəfin dəvətilə işgüzar səfərə getməsi, daha sonra 2015-ci ildə dövlət səfərini etməsi və dövlətlər arasında münasibətlərin, çox inkişaf etdiyi məqamlarda həyata keçirilir: "2019-cu ildə isə Azərbaycan Prezidentinin Çində "Bir Kəmər Bir Yol" forumunda iştirak etməsi və bu forum zamanı keçirilən görüşlər Azərbaycanla Çin arasında münasibətlərin inkişaf etməsinə səbəb olub. Eyni zamanda bir tarixi hadisəni də mütləq şəkildə qeyd etmək lazımdır ki, ötən il Şanxay Əməkdaşlıq Təşkilatının Astanada keçirilən toplantısında Azərbaycan Prezidenti cənab İlham Əliyevin orada fəxri qonaq kimi iştirak etməsi və Çin Xalq Respublikasının rəhbəri Si Çin Pinlə görüşməsi və Azərbaycanla Çin arasında tarixi sənəd olan strateji tərəfdaşlığın qurulması haqqında sənədin imzalanması çox mühüm bir haldır. Əslində Azərbaycanla Çin arasında olan münasibətlərin artıq rəsmi və eyni zamanda tarixi bir mərhələyə keçməsindən xəbər verir. Ondan sonra artıq bizim ölkələrimiz arasında çox ciddi qarşılıqlı səfərlər olub. Azərbaycanın nümayəndə heyətləri müxtəlif istiqamətlərdə səfərlər edərək Çin rəsmiləri ilə görüşlər keçirmişdir. Bura Baş Prokurorluq, Prezident Administrasiyası, Yeni Azərbaycan Partiyası və digər istiqamətlərdə fəaliyyət göstərən sahələrə aid olan şəxslərin Çinə səfər etməsi, eyni zamanda Çindən Azərbaycana nümayəndə heyətlərinin gəlməsi və COP-29 tədbirində Çin tərəfindən böyük nümayəndə heyətinin burada iştirak etməsi, bunların hamısı qarşılıqlı maraqı doğuran məsələlərdir".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:86
embedMənbə:https://sia.az
archiveBu xəbər 22 Aprel 2025 15:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see258

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see242

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see234

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see189

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see187

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see185

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see183

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see178

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see177

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see171

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see161

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see155

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see152

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see151

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see148

Rusiya: Ukrayna ordusu Donbas bölgəsini tərk etməlidir

23 Yanvar 2026 15:18see146

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see146

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see143

Andrey Demçenko: İmişli də eyni şərtlərdə oynayırdı

23 Yanvar 2026 17:28see143

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri