Icma.az
close
up
RU
Səfərovlar işi üzrə istintaq birbaşa Moskvanın nəzarətindədir

Səfərovlar işi üzrə istintaq birbaşa Moskvanın nəzarətindədir

Modern.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Rusiyada həbsdə olan Bakir Səfərova zəruri dərman ötürülməsinə icazə verilib.

Bunu Modern.az-a açıqlamasında Bakir Səfərovun qardaşı Seyfəddin Hüseynli bildirib.

“Qardaşım Bakir Səfərovun 62 yaşı var. O, hipertoniya xəstəsidir. Yəni, yüksək təzyiqi var. Onun dərmanları vaxtı-vaxtında verilməli, pəhrizi düzgün saxlanılmalıdır. Düzdür, indi ona dərman ötürülməsinə icazə verilir. Amma ilk vaxtlarda həkim müayinəsi də edilməmişdi. Azərbaycan dövlətinin müvafiq təsiri ilə bu məsələ həllini tapdı”, - o deyib.

S.Hüseynli qeyd edib ki, onda olan məlumata görə, Səfərovların işi üzrə istintaq indi tamamən Moskvanın nəzarətindədir:

“Qardaşım Bakir müəllimlə bağlı artıq şəxsi xətlə ala biləcəyim heç bir məlumat yoxdur. Nə məlumat varsa, rəsmi kanalla yayılır. Mənim bildiyimə görə, istintaqı və ona nəzarəti Moskva tamamilə öz üzərinə götürüb. Digər saxlanılanlarla bağlı da məlumatsızam. Ümidvaram ki, inşallah qardaşım Bakir Səfərovla əlaqədar məaələ tezliklə ədalətli həllini tapacaq. Bakir müəllim ziyalı bir insandır, pedaqoqdur. Hər kəs onu əsl ağsaqqal, nurani insan kimi tanıyırlar. Bakir müəllimin dinc, mülayim, barışdırıcı insan olduğunu onu tanıyanların hamısı bilir. Onu tanıyanlar buna zəmanət verə bilərlər. Buna görə də onun hansısa cinayət işində adının hallanması, bununla bağlı ittiham olunması çox ciddi haqsızlıq olardı”.

Xatırladaq ki, iyunun 27-də Rusiya Federasiyasının Yekaterinburq şəhərində hüquq-mühafizə orqanlarının xüsusi bölməsi (OMON dəstələri) tərəfindən azərbaycanlılara qarşı əməliyyat keçirilib. Rusiyanın Yekaterinburq şəhərində OMON xüsusi təyinatlı dəstəsi azərbaycanlı Səfərov qardaşlarının evinə basqın edib. Basqın nəticəsində Ziyəddin və Hüseyn Səfərovlar işgəncə ilə öldürülüb. Bakir Səfərov isə həbs edilib. Onlarla azərbaycanlıya ciddi bədən xəsarətləri yetirilib, xeyli soydaşımız saxlanılıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:216
embedMənbə:https://modern.az
archiveBu xəbər 05 İyul 2025 11:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see276

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see265

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see255

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see252

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see249

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see235

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see235

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see234

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see229

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see226

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see217

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see215

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see214

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see213

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see208

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see208

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see203

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see202

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see196

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri