Icma.az
close
up
RU
Səfərovlar ailəsi Prezidentə təşəkkür etdi

Səfərovlar ailəsi Prezidentə təşəkkür etdi

Icma.az bildirir, Azxeber.com portalına istinadən.

"Təkcə bir ailənin, bir el-obanın deyil, bütün Azərbaycanın acısını yaşayırıq. Yekaterinburqda baş verən faciədə ölkəmizin ləyaqətli oğulları qanunsuz şəkildə həbs olunub, amansız işgəncələrə məruz qalaraq öldürülüblər. Onlara qarşı saxta ittihamlarla qondarma "məhkəmə” qurulub".

AZXEBER.COM Musavat.com-a istinadən xəbər verir ki, bu fikirləri iyunun 27-də Rusiya hüquq-mühafizə orqanlarının həyata keçirdiyi xüsusi əməliyyatda iki qardaşını itirən tanınmış jurnalist və ədəbiyyatşünas Seyfəddin Hüseynli səsləndirib.

O bildirib ki, Rusiya tərəfi baş verənləri ört-basdır etməyə çalışır:

"Elə təqdim edirlər ki, guya həyəcan keçiriblər və ürəktutmasından vəfat ediblər. Ancaq məhkəmə-tibbi ekspertiza hər şeyi ortaya qoyacaq. Hadisə ictimailəşəndən dərhal sonra dövlətimiz çevik reaksiya verdi, böyük bir faciənin daha da böyüməsinin qarşısı alındı. Prezident İlham Əliyevə, diaspor nümayəndələrimizə və xalqımıza təşəkkür edirəm. Onlar bu ailəyə dəstək verdilər”.

Mərhum qardaşlarla vida mərasimi Ağcabədidə keçiriləcək və onlar doğulduqları torpaqda dəfn olunacaqlar.

Xatırladaq ki, iyunun 27-də səhər saatlarında Yekaterinburqda azərbaycanlıların yaşadığı evlərə OMON-un keçirdiyi basqın zamanı tanınmış jurnalistin qardaşları – Səfərovlar öldürülüb, bir neçə nəfər isə saxlanılıb.

Azərbaycan Xarici İşlər Nazirliyi iyunun 28-də rəsmi bəyanat yayaraq hadisəyə kəskin etiraz edib. Həmçinin Rusiyanın müvəqqəti işlər vəkili XİN-ə çağırılıb və ona sərt nota təqdim olunub.

Məhkəmənin qərarına əsasən, Məzahir, Akif və Ayaz Səfərovlar barəsində 22 sutkalıq, Şahid Lalayev və Əhliman Gənciyev barəsində isə 72 saatlıq həbs qətimkan tədbiri seçilib.






Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 30 İyun 2025 20:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda problem: Çətirlər yağış üçün yox, kondisioner suyu üçün açılır (VİDEO)

09 Avqust 2026 10:21see218

Tələbələr yaşamadıqları mənzilin kirayəsini ödəyirlər? − Video

09 Avqust 2026 11:17see218

Ən tələbkar üç BÜRC Güzəştə getmirlər

09 Avqust 2026 21:56see216

Xameneinin videosu köhnədir?

09 Avqust 2026 15:56see211

SOCAR KBR in meneceri Binəqədi 38 MMMC də dərəbəylik yaradıb…

10 Avqust 2026 11:11see210

Qəbul imtahanlarında yeni model: situasiya suallarının qiymətləndirilməsi nə qədər şəffafdır?

09 Avqust 2026 13:01see209

Koreya Futbol Assosiasiyası hakimlər üçün seks xidmətləri qalmaqalına görə üzr istəyib

09 Avqust 2026 04:11see202

DİN dən vətəndaşlara ÇAĞIRIŞ: Uşaqları nəzarətsiz qoymayın FOTO

09 Avqust 2026 16:40see187

Onlar alman cəmiyyətində qorxu yaratmağa çalışırlar Nazir

10 Avqust 2026 02:03see185

Sabir Rüstəmxanlının çin olan kədərli yuxusu...

10 Avqust 2026 07:00see184

Tramp: ABŞ İranla yarımçıq danışıqlar aparır

10 Avqust 2026 01:07see183

David Seliverstovun Gürcüstanda kazinoda dava saldı, antisemitizmdən dəm vurdu VİDEO

09 Avqust 2026 20:53see174

Ərdoğana sui qəsd hazırlayan FETÖ çülər saxlanıldı

10 Avqust 2026 22:34see173

Ceki Can Bakıda restoranda bu mahnını dinlədi VİDEO

11 Avqust 2026 00:53see168

Zaqatalanın icra başçısının sürücüsü qəzada öldü

10 Avqust 2026 00:31see163

“Sabah” “Orhus”un planlarını dəyişdi Liqa matçı təxirə salındı

09 Avqust 2026 21:14see163

Fidan: “Rusiya çıxılmaz vəziyyətə düşərsə, nüvə silahından istifadə edə bilər”

09 Avqust 2026 06:50see162

Çox ləzzətli məzə resepti

09 Avqust 2026 04:04see160

ABŞ Hörmüz boğazındakı gəmilərlə bağlı məlumat yayıb

09 Avqust 2026 06:34see156

Küçə lampalarını əvəz edə biləcək bitkilər yetişdirildi

11 Avqust 2026 02:18see154
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri