“Şəffaflıq Azərbaycan” fəaliyyətinə xitam verdi
Icma.az, Bakivaxti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Beynəlxalq Şəffaflıq Təşkilatının (“Transparency İnternational”) milli bölməsi statusuna malik “Şəffaflıq Azərbaycan” Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyinin Ümumi Yığıncağı ictimai birliyin ləğvi haqqında qərar qəbul edib.
Bakıvaxtı.az xəbər verir ki, Ümumi Yığıncağın qərarı ilə Ləğvetmə komissiyası (təsviyəçi) təyin edilib.
Bu barədə “Şəffaflıq Azərbaycan” Korrupsiyaya Qarşı Mübarizə İB-nin İcraçı direktoru Əliməmməd Nuriyev məlumat verib.
Onun sözlərinə görə, QHT-nin ləğv prosesində olması barədə məlumatların hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsi üçün Ləğvetmə komissiyası (təsviyəçi) müvafiq qaydada Ədliyyə Nazirliyinə müraciət edəcək.
Daha sonra Ləğvetmə komissiyası (təsviyəçi) qanunvericiliyə uyğun olaraq zəruri prosedurları həyata keçirəcək.
Bu qərar haqqında bütün yerli və beynəlxalq tərəfdaşlar məlumatlandırılacaq.
 Baxış sayı:89
Baxış sayı:89 Bu xəbər 05 Mart 2025 15:12 mənbədən arxivləşdirilmişdir
Bu xəbər 05 Mart 2025 15:12 mənbədən arxivləşdirilmişdir



 Daxil ol
Daxil ol
 Xəbərlər
Xəbərlər Hava
Hava Maqnit qasırğaları
Maqnit qasırğaları Namaz təqvimi
Namaz təqvimi Qiymətli metallar
Qiymətli metallar Valyuta konvertoru
Valyuta konvertoru Kredit Kalkulyatoru
Kredit Kalkulyatoru Kriptovalyuta
Kriptovalyuta Bürclər
Bürclər Sual - Cavab
Sual - Cavab İnternet sürətini yoxla
İnternet sürətini yoxla Azərbaycan Radiosu
Azərbaycan Radiosu Azərbaycan televiziyası
Azərbaycan televiziyası Haqqımızda
Haqqımızda Əlaqə
Əlaqə 
 
 
 
 TDSMedia © 2025 Bütün hüquqlar qorunur
TDSMedia © 2025 Bütün hüquqlar qorunur
 







 Günün ən çox oxunanları
Günün ən çox oxunanları



















