Icma.az
close
up
RU
Şəffaflıq və məsuliyyətə əsaslanan sosial ədalət yerli idarəetmədə əsas prinsipdir

Şəffaflıq və məsuliyyətə əsaslanan sosial ədalət yerli idarəetmədə əsas prinsipdir

Ses qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Prezident İlham Əliyevin Naxçıvanda Prezidentin yeni səlahiyyətli nümayəndəsini və bir sıra rayonların icra hakimiyyətlərinə təyin olunan başçıları qəbulu zamanı səsləndirdiyi fikirlər təkmil idarəetmə sisteminin real mənzərəsini aydın şəkildə ortaya qoyub.

Dövlətimizin başçısı çıxışında məsuliyyət və şəffaflıq prinsiplərinin önəmini diqqətə çatdırıb. Cənab İlham Əliyevin “Sizə böyük etimad göstərilir, əminəm ki, bu etimadı doğruldacaqsınız” fikirləri onu göstərir ki, etimad təkcə səlahiyyət deyil, həm də cavabdehlikdir. Dövlətin məqsədi rəhbər vəzifələrə təyin olunan şəxslərin xalqa xidmət fəlsəfəsini əməli fəaliyyətə çevirməsidir.

Prezident İlham Əliyevin “Rəhbər vəzifədə çalışan hər bir şəxs, hər bir məmur təvazökar olmalıdır” fikri sadəcə tövsiyə deyil, həm də ciddi xəbərdarlıqdır. Vəzifə səlahiyyətlərindən düzgün istifadə olunmaması idarəetmə etikasının, ictimai etimadın pozulması deməkdir. Prezident İlham Əliyevin “Əyri yola gedən hər bir dövlət məmuru nəticədə məhkəmə, qanun qarşısında cavab verməli olur” fikri bu baxımdan prinsipial mövqeyin konkret ifadəsidir.

Dövlət başçısı “Əsas prinsip sosial ədalət prinsipidir” fikrini bir daha ön plana çəkib. Sosial ədalət yalnız ideya kimi deyil, həm də sistemli fəaliyyət mexanizmi kimi işləməlidir. Məmur korpusunda, xüsusilə mərkəzi icra orqanlarında aparılan kadr islahatları nəticəsində vəziyyət böyük dərəcədə sağlamlaşdırılıb. Lakin Prezident İlham Əliyev bəzi hallarda yerlərdə məmurların məcbur olub qanunsuz göstərişləri icra etdikləri barədə xəbərdarlıq edib. Əslində, belə hallar idarəçilik mexanizminin ən həssas nöqtəsidir. Dövlətimizin başçısının “Əgər kimsə bu tapşırığı verərsə, onda dərhal mənə məlumat verin” çağırışı məhz bu məsələni tamamilə həll etmək niyyətindən qaynaqlanır.

Azərbaycan Prezidentinin çıxışında vurğulanan “İnsanlara diqqət göstərmək, onların qayğıları ilə yaşamaq, daim onların arasında olmaq lazımdır” tapşırığı idarəetmə fəlsəfəsinin mahiyyətini təşkil edir. Bu prinsipin bölgələrdə real tətbiqi yalnız dövlət proqramlarının icrası ilə deyil, həm də yerli rəhbərlərin fəal və şəffaf davranışları ilə mümkündür.

Prezident İlham Əliyevin səsləndirdiyi bu mesajlar bir daha sübut edir ki, dövlət idarəçiliyində etimad anlayışı böyük məsuliyyət məsələsidir. Bütün bunlar həm siyasi, həm də mənəvi baxımdan hesabatlılığın, şəffaflığın və ədalətin bərqərar olmasına yönəlmiş proqram xarakteri daşıyır.

Bunlarla yanaşı, Prezident İlham Əliyevin çıxışında qeyd olunan məqamlar bölgələrdə iqtisadiyyatın və məşğulluğun inkişafına yönələn strateji yanaşmanı nümayiş etdirir. Dövlət bölgələrdə insanları işlə təmin etmək üçün bir sıra konkret addımlar atmış, yeni müəssisələrin yaradılmasını təmin etmiş, sahibkarlara güzəştli kreditlər vermiş və özünüməşğulluq proqramını uğurla icra etmişdir. On minlərlə insan bu proqramdan faydalanaraq həyat şəraitini yaxşılaşdırmış, iqtisadi fəallığa qoşulmuşdur. Dövlətimizin başçısının vurğuladığı kimi, yerlərdəki rəhbərlərdən əsas tələb iş yerlərinin yaradılmasına diqqət yetirmək, iş adamlarına əlverişli şərait yaratmaq və onlara dəstək olmaqdır. Yerli istehsalın inkişafı həm məşğulluq məsələlərini həll edir, həm də ölkənin iqtisadi potensialını gücləndirir, bölgələrdə davamlı iqtisadi dinamikanı təmin edir.

Son dövrlərdə kənd təsərrüfatı və turizm sahəsində dövlət tərəfindən bir çox önəmli təşəbbüslər həyata keçirilmişdir və bu tədbirlərin daha da genişləndirilməsi nəzərdə tutulmuşdur. Xüsusilə turizm üçün cəlbedici olan bölgələrdə həmin sahələr iqtisadiyyatın əsas dayaqlarından birinə çevrilir, kənd təsərrüfatı ilə inteqrasiya olunmuş şəkildə iqtisadiyyatın inkişafına töhfə verir. Bu yanaşma həm bölgələrin sosial-iqtisadi inkişafını sürətləndirir, həm də yerli əhalinin rifah səviyyəsini yüksəldir, uzunmüddətli perspektivdə dayanıqlı və inklüziv inkişafı təmin edir.

Mahir Süleymanlı

Milli Məclisin deputatı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:71
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 14 Noyabr 2025 16:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see236

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see208

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see206

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see192

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see175

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see175

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see163

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see159

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see152

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see152

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see149

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see149

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see148

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see147

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see142

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see141

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see140

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see139

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see139

Uşaq İncəsənət Festivalında mükafatlandırma

28 Dekabr 2025 04:13see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri