Icma.az
close
up
RU
Şəffaflıq idarəçilik modelinin əsas prioritetidir

Şəffaflıq idarəçilik modelinin əsas prioritetidir

Ses qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Azərbaycanda dövlət idarəçiliyinin müasir tələblərə uyğunlaşdırılması son illərdə prioritet istiqamətlərdən birinə çevrilib. Prezident İlham Əliyevin rəhbərliyi ilə tətbiq olunan yeni idarəçilik modeli vətəndaş məmnunluğunu artırmaq, dövlət strukturlarında şəffaflığı və hesabatlılığı təmin etmək məqsədi daşıyır. Bu yanaşma məmur–vətəndaş münasibətlərinə yeni nəfəs gətirərək idarəetmədə humanist, çevik və ədalətli prinsiplərin bərqərar olmasına şərait yaradır.” Bu fikirləri YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Rəşad Mahmudov söyləyib.

Deputat qeyd edib ki, Prezident İlham Əliyevin Naxçıvanda Prezidentin yeni səlahiyyətli nümayəndəsini və bir sıra rayonların icra hakimiyyətlərinə təyin olunan başçıları qəbulu zamanı söylədiyi fikirlər dövlət idarəçiliyində yeni mərhələnin formalaşdığını bir daha göstərdi. Prezidentin çıxışı xalqa xidmət, şəffaflıq və məmurların məsuliyyət hissinin artırılması üzərində idi. Dövlətimizin başçısı yeni təyin olunan rəhbərlərə xatırlatdı ki, dövlət vəzifəsi ilk növbədə xalqın etimadına söykənir və bu etimadı yalnız dürüst, ədalətli və fədakar fəaliyyətlə qazanmaq mümkündür.

Prezident korrupsiyaya qarşı sərt mövqeyini bir daha vurğulayaraq məmurun davranış mədəniyyətinə dair açıq tələblər irəli sürdü. Dövlət başçısı bildirdi ki, təkəbbür, qanunsuzluq və şəxsi maraqlar yalnız dövlət siyasətinə zərbə vurmaqla kifayətlənmir, eyni zamanda vətəndaşların dövlətə inamını sarsıdır. Bu yeni idarəçilik modelində şəffaflıq və hesabatlılığın prioritet məsələlərdən biri olduğunu bir daha göstərir. Eyni zamanda Prezident bölgələrdə infrastrukturun inkişafı, sosial rifahın yüksəldilməsi və məşğulluğun təmin olunması istiqamətində işlərin davam etdirilməsinin əhəmiyyətini xüsusi vurğuladı. Prezident İlham Əliyev açıq şəkildə bəyan etdi ki, məmur vətəndaşa yaxın olmalı, onun problemlərinin həllinə yönəlməlidir. Bu, xalqa xidmət prinsipi üzərində qurulan idarəçilik fəlsəfəsinin canlı təzahürüdür və dövlət idarəçiliyində yeni keyfiyyət standartlarının tətbiqinə işarədir.

Deputat sonda qeyd edib ki, Prezidentin səsləndirdiyi fikirlər yalnız yeni təyin olunan rəhbərlərə ünvanlanmış tapşırıq deyil, bütövlükdə dövlət qulluqçularının fəaliyyətinə verilən strateji istiqamətdir. Bu yanaşma Azərbaycanda formalaşan məsuliyyətli, şəffaf və sosialyönümlü idarəçilik modelinin mahiyyətini əksi kimi yadda qaldı.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:155
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 13 Noyabr 2025 15:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1175

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see358

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see346

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see345

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see344

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see337

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see299

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see275

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see245

Azərbaycanda taunla bağlı məhdudlaşdırıcı tədbirlər olacaq?

05 Oktyabr 2026 15:58see217

70 yaşlı qadın infarktın ilkin əlamətlərini AÇIQLADI

05 Oktyabr 2026 16:52see204

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see204

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see201

Ceyranbatanda toyda dava Biri komadadır

05 Oktyabr 2026 15:49see197

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see196

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see188

Ceyhun Bayramov və Marko Rubio Azərbaycan ABŞ strateji tərəfdaşlığını müzakirə ediblər

05 Oktyabr 2026 20:39see184

UEFA Millətlər Liqası 2026/2027 mövsümünün 5 oktyabr oyunlarının cədvəli

05 Oktyabr 2026 12:27see177

Antonio Konte Mançester Yunayted və Yuventus un maraq dairəsindədir

06 Oktyabr 2026 00:59see174

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri