Icma.az
close
up
RU
Səfir: 2025 ci il Çin Azərbaycan münasibətləri üçün bolluq ili olub

Səfir: 2025 ci il Çin Azərbaycan münasibətləri üçün bolluq ili olub

Icma.az, Apa.az saytına istinadən bildirir.

“2025-ci il Çin–Azərbaycan münasibətləri üçün bolluq ili olub”.

APA xəbər verir ki, bunu Çin Xalq Respublikasının Azərbaycandakı səfiri Lu Mey 2025-ci il üzrə illik mətbuat konfransındakı çıxışında deyib.

Səfir bildirib ki, ötən il ərzində Çin–Azərbaycan münasibətlərinin inkişafına və iki ölkə arasında dostluğun möhkəmlənməsinə media nümayəndələrinin verdiyi töhfələr yüksək qiymətləndirilir.

Onun sözlərinə görə, 2025-ci il Çin–Azərbaycan əlaqələri üçün “bolluq ili” kimi yadda qalıb: “Sədr Si Cinpin və Prezident İlham Əliyevin strateji rəhbərliyi altında münasibətlərimizin keyfiyyəti hərtərəfli şəkildə yüksəlib və inkişaf tempi sürətlənib. İkitərəfli münasibətlər tarixdə ən yüksək səviyyə olan hərtərəfli strateji tərəfdaşlıq mərhələsinə çatıb”.

Lu Mey qeyd edib ki, iki ölkə arasında siyasi qarşılıqlı etimad daha da güclənib, praktiki əməkdaşlıq parlaq nəticələr verib, humanitar mübadilələr isə dərinləşib.

Diplomat vurğulayıb ki, dövlət başçılarının diplomatiyası Çin–Azərbaycan münasibətlərinin inkişafının mühüm hərəkətverici qüvvəsi olub: “Bu il liderlərin qarşılıqlı təmasları nəticəsində ikitərəfli münasibətlər yeni mərhələyə yüksəlib. Aprel ayında Prezident İlham Əliyevin Çinə dövlət səfəri çərçivəsində Sədr Si Cinpinlə aparılan danışıqlar zamanı müxtəlif sahələrdə əməkdaşlığın dərinləşdirilməsi üzrə mühüm razılaşmalar əldə olunub. Dövlət başçıları hərtərəfli strateji tərəfdaşlıq münasibətlərinin yaradılması haqqında Birgə Bəyanat imzalayıb və 20 sənədin imzalanmasının şahidi olublar. Bununla da Çin–Azərbaycan münasibətlərinin inkişafında yeni səhifə açılıb”.

Səfir əlavə edib ki, gələcək dövrdə də ikitərəfli münasibətlərin daha da genişlənməsi üçün əməkdaşlıq davam etdiriləcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:120
embedMənbə:https://apa.az
archiveBu xəbər 25 Dekabr 2025 11:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see396

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see383

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see377

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see374

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see354

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see353

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see335

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see335

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see315

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see313

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see308

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see297

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see267

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see229

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see222

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see220

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see209

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see207

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see207

Dərmanlar da icbari tibbi sığortaya daxil edilir Kimlər faydalanacaq?

20 Noyabr 2026 22:21see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri