Icma.az
close
up
RU
Səfir: Azərbaycan nəinki öz torpaqlarını, eyni zamanda, regionumuzu dəhşətli münaqişədən azad edib

Səfir: Azərbaycan nəinki öz torpaqlarını, eyni zamanda, regionumuzu dəhşətli münaqişədən azad edib

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Berlin, 14 noyabr, AZƏRTAC

Bu gün Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzində iki gözəl vəsilə ilə yığışmışıq: Azərbaycanın Zəfər Gününün beşinci ildönümünü və Üzeyir Hacıbəylinin 140 illik yubileyini qeyd etdik. Xalqımızın bu xoş günlərini Azərbaycanın dostları ilə birlikdə yaşadıq.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev media nümayəndələrinə müsahibəsində deyib.

Azərbaycanın tarixi Qələbəsinin həm də regionda yeni reallıq və əməkdaşlıq imkanları yaratdığını vurğulayan səfir bildirib: “Zəfərimizdən beş il keçəndən sonra - bu gün bütün dünya Azərbaycanın nə qədər haqlı olduğunu daha yaxşı anlayır. Biz bu müddətdə ölkəmizə qarşı, xüsusilə Avropada və digər Qərb ölkələrində ədalətsizlik, qərəzlilik gördük. Lakin sonunda Azərbaycanın əzmi qalib gəldi. Bu gün Azərbaycanın regionda yaratdığı reallıqları hamı qəbul edir və anlayır ki, Azərbaycan nəinki öz torpaqlarını, eyni zamanda, regionumuzu - Cənubi Qafqazı bu dəhşətli münaqişədən azad edib. Bu, bir həqiqətdir. Bugünkü tədbirdə də verdiyimiz mesaj sülh mesajı idi ki, Azərbaycan gələcəyə baxır, regionumuzda davamlı sülhün bərqərar olması üzərində qətiyyətlə çalışır və bu istiqamətdə fəaliyyət göstərir”.

Tədbirdə görkəmli bəstəkar Üzeyir Hacıbəylinin 140 illik yubileyinin də qeyd olunduğunu vurğulayan Nəsimi Ağayev deyib: “Bu gün, eyni zamanda, dahi bəstəkarımız Üzeyir Hacıbəylinin 140 illik yubileyi münasibətilə gözəl konsert təşkil olundu, onun əsərləri səsləndirildi. Bu göstərir ki, Üzeyir Hacıbəylinin irsi yaşayır və Azərbaycan mədəniyyətinin çox gözəl nümunələrindən biri kimi ölkəmizin dünyada tanınması işinə böyük töhfələr verir”.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:72
embedMənbə:https://azertag.az
archiveBu xəbər 14 Noyabr 2025 12:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see358

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see240

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see229

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see193

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see178

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see173

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see163

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see162

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see156

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see155

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see153

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see152

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see141

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see137

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see137

Yeni ilin məşhur salatı ilə bağlı dietoloqdan xəbərdarlıq

29 Dekabr 2025 11:41see136

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see135

Ötən həftə 175 yanğın olub, 7 nəfərin meyiti tapılıb

29 Dekabr 2025 10:05see133

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see133

Tramp Ukraynaya “Tomahawk” raketlərinin tədarükünü şəxsən dayandırdığını deyib

30 Dekabr 2025 02:02see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri