Icma.az
close
up
RU
Səfir: Çin və Azərbaycan qlobal idarəetmədə islahatların aparılmasında və onun təkmilləşdirilməsində əsas qüvvədir

Səfir: Çin və Azərbaycan qlobal idarəetmədə islahatların aparılmasında və onun təkmilləşdirilməsində əsas qüvvədir

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı, 8 sentyabr, AZƏRTAC

Çin Xalq Respublikasının Sədri Si Cinpin tərəfindən irəli sürülən təşəbbüs (Qlobal İdarəetmə Təşəbbüsü - red.) müasir dünyanın ümumbəşəri istəklərinə və təxirəsalınmaz ehtiyaclarına cavab verir. O, irəli sürüldükdən dərhal sonra müxtəlif ölkələrin liderləri və beynəlxalq təşkilatların rəhbərləri tərəfindən bəyənilib və dəstəklənib. Prezident İlham Əliyev “ŞƏT plyus” formatdakı çıxışında qeyd edib ki, Azərbaycan beynəlxalq sülhün, təhlükəsizliyin və inkişafın təşviqi məqsədilə Çin tərəfindən irəli sürülən Qlobal İnkişaf, Qlobal Təhlükəsizlik və Qlobal Sivilizasiya təşəbbüslərini fəal dəstəkləyib.

AZƏRTAC xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Azərbaycan Respublikasındakı səfiri Lu Mey Prezident İlham Əliyevin Çinə son səfərinin yekunlarına həsr olunmuş brifinqdə bildirib.

“Bu il ümumdünya antifaşist müharibəsində Qələbənin 80 illiyi və BMT-nin yaranmasının 80 illiyi qeyd olunur. Bununla əlaqədar olaraq Sədr Si Cinpin qlobal idarəçiliyi gücləndirmək və təkmilləşdirmək məqsədilə Çin müdrikliyini və Çin versiyasını tətbiq edərək Qlobal İdarəetmə Təşəbbüsünü təntənəli şəkildə irəli sürüb.

Mövcud beynəlxalq vəziyyət dəyişikliklər və sarsıntılara məruz qalır, bu da BMT-yə və çoxtərəfliliyə mənfi təsir göstərir, qlobal idarəetmə defisiti isə artmaqda davam edir. Sədr Si Cinpin qeyd edilən təşəbbüsü irəli sürərək “Hansı qlobal idarəetmə sistemi qurulmalıdır?” və “Qlobal idarəetmədə necə islahat edilməli və o, təkmilləşdirilməlidir? suallarına diqqət çəkib”, - deyə diplomat bildirib.

Onun sözlərinə görə, hər biri öz istiqaməti olan dörd qlobal təşəbbüs paralel olaraq həyata keçirilir. Onlar müxtəlif tərəflərdən qeyri-sabit olan dünyaya əminlik və müəyyənlik gətirərək və Çinin beynəlxalq məsələlərdə məsuliyyətini və rolunu nümayiş etdirərək bəşəriyyət üçün ortaq gələcəyi olan bir cəmiyyətin qurulmasında strateji rəhbərliyi təmin edir.

“Azərbaycan, həmçinin dövlətlərin suveren bərabərliyi, BMT Nizamnaməsinə və beynəlxalq hüquqa hörmət əsasında beynəlxalq münasibətlərin yaxşılaşdırılmasına yönəlmiş mühüm və vaxtında olan tədbir kimi Çin Xalq Respublikası Sədrinin təqdim etdiyi Qlobal İdarəetmə Təşəbbüsünü alqışlayır. Hər iki dövlət - Çin və Azərbaycan - Qlobal Cənub ölkələridir və qlobal idarəetmədə islahatların aparılması və onun təkmilləşdirilməsinin əsas qüvvəsidir”, - deyə səfir vurğulayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:113
embedMənbə:https://azertag.az
archiveBu xəbər 08 Sentyabr 2025 17:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see274

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see256

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see230

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see202

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see196

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see172

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see163

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see161

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see161

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see154

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see147

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see147

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see147

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see143

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see142

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see140

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see138

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see138

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see137

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri