Icma.az
close
up
RU
Səfir Türkmənistan Azərbaycan əməkdaşlığının əsas perspektivlərini açıqlayıb

Səfir Türkmənistan Azərbaycan əməkdaşlığının əsas perspektivlərini açıqlayıb

525.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Son bir neçə ilin tendensiyaları və hadisələri beynəlxalq və dövlətlərarası münasibətlərdə ciddi dəyişikliklərdən, qlobal və regional ziddiyyətlərin kəskinləşməsindən, dünyanın müxtəlif yerlərində anlaşmazlıqların yaranmasından xəbər verir. Bu hadisələrin səbəb-nəticə əlaqələri müxtəlifdir, lakin açıq-aydın görünür ki, dünya siyasətinin hazırkı vəziyyətinin səbəbi dünya nizamının müəyyən modelinin düzgünlüyünə etimadsızlıq və baxış və fikirlərdə ciddi fərqlərin olmasıdır.

Hazırkı şəraitdə bitərəf dövlət kimi, Türkmənistan mövcud böhrandan yaradıcı platformada çıxmaq üçün beynəlxalq səylərin birləşdirilməsi və bunun üçün uyğun siyasi və diplomatik imkanların formalaşdırılması istiqamətində tədbirlərin görülməsinin tərəfdarıdır.

525.az xəbər verir ki, bu barədə Türkmənistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Qurbanməmmet Elyasov  Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində keçirilən  “Azərbaycan Respublikası ilə Türkmənistan Respublikası arasında çoxşaxəli əməkdaşlıq: nailiyyətlər və perspektivlər” mövzusunda tədbirdə deyib.

Səfir bildirib ki, Türkmənistanın beynəlxalq əməkdaşlıq siyasətinin əsas istiqamətlərindən biri də qardaş Azərbaycan Respublikası ilə əlaqələrin ardıcıl şəkildə möhkəmləndirilməsidir. Ölkələrimiz arasında münasibətlər siyasi, iqtisadi, nəqliyyat və logistika, neft və qaz sahələrdə yüksələn xətlə inkişaf etməkdədir. Azərbaycanın beynəlxalq platformalarda Türkmənistanın təşəbbüslərini dəstəkləməsi faktını yüksək qiymətləndiririk və bunu dəyərləndiririk. Azərbaycan, bizim üçün qardaş ölkədir, qardaş xalqdır və biz bütün mövcud potensialdan istifadə edərək əlaqələrimizi ardıcıl olaraq gücləndirəcəyik. Türkmənistan və Azərbaycan arasında əməkdaşlığın əsas perspektiv istiqamətləri haqqında danışan diplomat bildirib ki, nəqliyyat sahəsində əməkdaşlığımız həm ölkələrimiz, həm də qonşularımız üçün böyük perspektivlər açır, daha dəqiq desək, Türkmənbaşı Beynəlxalq Dəniz Limanı və Bakı Beynəlxalq Dəniz Ticarət Limanında yaradılmış müasir infrastruktur, sıx əməkdaşlıq şəraitində işləyən və ərazilərimizdən yüklərin tranzitini təmin edir. Çünki tranzitlə bağlı məsələlərdə qonşu dövlətlərlə qarşılıqlı əlaqə olmadan nəticə əldə etmək mümkün deyil. Və bu gün nəqliyyat-logistika infrastrukturunun yüksək səviyyəsini qeyd etməyimiz Türkmənistan və Azərbaycanın bu sahədə məqsədyönlü fəaliyyətindən xəbər verir.

Limanlarımızın daha böyük imkanlarını qeyd etmək vacibdir, çünki bizim Xəzər dənizindəki qonşularımızla müqayisədə yüklərin daşınması üçün böyük potensialımız var ki, bu da bizim həm Çindən Avropaya, həm də əks istiqamətdə tranzit yük axınının artırılması ilə bağlı mövcud çağırışlara hazır olduğumuzu göstərir. Bu baxımdan, əməkdaşlığımızın bütün nəqliyyat və logistika sahələri üzrə qarşılıqlı əlaqənin daha da gücləndirilməsini zəruri hesab edirəm.

Qurbanməmmet Elyasov söyləyib ki, hazırda Xəzər dənizinin dibi ilə Türkmənistan və Azərbaycan arasında fiber-optik kabelin çəkilməsi üçün texniki-iqtisadi əsaslandırmanın yaradılması üzrə ekspertlər səviyyəsində işlər aparılır. Bu layihənin əsasını “Türkmentelekom”telekommunikasiya şirkəti ilə “AzerTelecom” MMC arasında Türkmənistan-Azərbaycan marşrutu üzrə Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xətlətinin birgə tikintisi, sahibliyi və istifadəsində müştərək fəaliyyətin təşkili haqqında Anlaşma Memorandumu təşkil edir. Bu sahə həm də Cənubi Qafqaz, Yaxın Şərq, Mərkəzi Asiya və Cənubi Asiyada rəqəmsal xidmətlərin yaradılması üçün böyük əhəmiyyət kəsb edir.

Qeyri-neft sahəsində əməkdaşlıqdan danışan diplomat söyləyib ki, bütövlükdə, Azərbaycan ilə Türkmənistan arasında ticarət-iqtisadi əlaqələrin böyük perspektivləri var, iki ölkə arasında qeyri-neft əməkdaşlıq sahəsini nəzərə almasaq belə, ticarət dövriyyəsinin həcmi ildən-ilə artır ki, bu da sıx iqtisadi əməkdaşlığın göstəricisi sayıla bilər. Bununla belə, ölkələrimizin böyük potensialını nəzərə alaraq, kiçik və orta biznes sahəsində əməkdaşlığı fəal şəkildə inkişaf etdirmək, tərəfdaşlığın yeni perspektiv sahələrini tapmaq, qarşılıqlı investisiya layihələrini qiymətləndirmək, bir-birimiz üçün biznes forumlar və beynəlxalq sərgilər təşkil etmək lazımdır, bu da, əminəm ki, ticarət-iqtisadi əməkdaşlığın intensivləşməsinə, biznes əlaqələrinin genişləndirilməsi perspektivlərinə töhfə verəcəkdir.

Pərvanə Sultanova 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:67
embedMənbə:https://525.az
archiveBu xəbər 18 İyun 2025 11:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see169

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see163

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see154

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see153

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see149

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see141

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see141

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see139

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see137

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see132

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see131

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see131

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see131

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see131

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see130

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see129

SON DƏQİQƏ Siqaret satışı ilə bağlı QƏRAR VERİLDİ

22 Dekabr 2025 11:25see127

Zelenski bir neçə regional rəhbəri vəzifədən azad etdiZelenski bir neçə regional rəhbəri vəzifədən azad etdi

22 Dekabr 2025 06:18see126

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see126

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri