Icma.az
close
up
RU
Səfir: Ərazi məsələsinin həllində Azərbaycanın təcrübəsi Moldova üçün xüsusi əhəmiyyət daşıyır

Səfir: Ərazi məsələsinin həllində Azərbaycanın təcrübəsi Moldova üçün xüsusi əhəmiyyət daşıyır

Icma.az, Apa.az portalına istinadən məlumat verir.


“Azərbaycan Respublikası postsovet məkanında öz gücü ilə ərazi məsələsini həll edən ilk ölkədir. Bu, əlbəttə ki, bu ölkənin lideri, hörmətli Prezident İlham Əliyevin böyük nailiyyətidir”.

Bunu Moldovanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Aleksandr Esaulenko APA-ya açıqlamasında deyib.

Səfirin sözlərinə görə, Azərbaycan və Moldova respublikalarını birləşdirən ortaq keçmiş var: “Hər iki ölkə ərazi münaqişələrindən keçib, lakin Azərbaycan tarixdə ilk dəfə olaraq postsovet məkanında öz gücü ilə tarixi ədalətə nail olub. Moldova Respublikası da hazırda öz ərazi məsələlərinin həlli istiqamətində addımlar atır və bu mənada Azərbaycanın təcrübəsi bizim üçün xüsusi əhəmiyyət daşıyır”.
Diplomat qeyd edib ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində möhtəşəm layihələr icra olunur.

“Bizim çox sıx ikitərəfli gündəliyimiz var. Buraya təcrübə mübadiləsi və ticarət dövriyyəsinin artırılması daxildir. Biz İqtisadiyyat və Ticarət nazirlikləri səviyyəsində əməkdaşlıq edirik. Həmçinin Kiçik və Orta Sahibkarlığın İnkişafı üzrə agentliklər arasında da çox perspektivli əməkdaşlıq mövcuddur. Mən hesab edirəm ki, ikitərəfli əməkdaşlığın potensialı hələ tam şəkildə reallaşdırılmayıb. Gələn il Ticarət-İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın növbəti iclası keçiriləcək. Adətən bu görüşlər ildə bir dəfə keçirilir. Bu il apreldə iclas Azərbaycan Respublikasında baş tutdu, gələn il isə ümid edirik ki, Moldova Respublikasında keçiriləcək”, - səfir vurğulayıb.

Səfir Esaulenko deyib ki, iki ölkə arasında energetika sahəsində əməkdaşlıq potensialı mövcuddur və Kopenhagendə Avropa Siyasi Tərəfdaşlıq Forumu çərçivəsində iki liderin görüşü bu əlaqələrin inkişafına və energetika sahəsində əməkdaşlığın güclənməsinə töhfə verəcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:108
embedMənbə:https://apa.az
archiveBu xəbər 09 Oktyabr 2025 12:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see199

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see191

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see185

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see167

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see166

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see161

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see158

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see148

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see143

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see143

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see141

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see140

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see138

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see136

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see135

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see129

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see129

Bundesliqa: “Dortmund” “Ayntraxt” səfərindən bir xalla qayıdır

10 Yanvar 2026 01:27see126

“42 nömrə etibarlı əllərdədir” Ture Semenyonun Mançester Siti yə keçidini dəstəkləyib

10 Yanvar 2026 05:08see125

Xamenei: Etirazlar Trampın maraqlarına xidmət edir

09 Yanvar 2026 21:12see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri