Icma.az
close
up
RU
Sabiq səfir: Azərbaycanın Mərkəzi Asiya platformasına qoşulması tarixi əhəmiyyət daşıyır

Sabiq səfir: Azərbaycanın Mərkəzi Asiya platformasına qoşulması tarixi əhəmiyyət daşıyır

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 24 noyabr, Ceyhun Xəlilov, AZƏRTAC

Noyabrın 16-da Daşkənddə keçirilən Mərkəzi Asiya Dövlət Başçıları 7-ci Məşvərət Görüşündə regional əməkdaşlığın gücləndirilməsi və birgə layihələrin həyata keçirilməsi məsələləri müzakirə olundu. Görüşə Azərbaycan Prezidenti İlham Əliyevin də dəvət iştirak etməsi çox mühüm hadisə idi.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Qırğızıstanın Azərbaycandakı sabiq səfiri, hüquq üzrə elmlər doktoru Kairat Osmonaliyev deyib.

Onun sözlərinə görə, Mərkəzi Asiya dövlətlərinin liderlərinin Azərbaycanı bu beynəlxalq platformada üzvlüyə qəbul etmələri regionun tarixində növbəti mühüm mərhələdir. Bu, xalqlarımızın ortaq tarixi, qohumluq əlaqələri, mənəvi və mədəni yaxınlığı ilə tam uyğun gəlir. Eyni zamanda, bu, türkdilli dövlətlərin birliyinin gücləndirilməsi yolunda əlavə addımdır. Azərbaycanın daxil olması məşvərət görüşlərinə güclü təkan verəcək, ticarət-iqtisadi, investisiya və mədəni-humanitar əməkdaşlığın yeni üfüqlərini açacaq, dayanıqlı inkişaf məsələlərində konsolidə olunmuş qərarların qəbulunu mümkün edəcək.

“SSRİ-nin dağılmasından sonra Mərkəzi Asiya ölkələri arasında münasibətlər mürəkkəb idi: sərhəd problemləri mövcud idi və bəzən silahlı toqquşmalara səbəb olurdu. İndi bu gərginlik arxada qalıb, çünki Mərkəzi Asiya ölkələri əməkdaşlığı gücləndirmək, qarşılıqlı mübahisələri həll etmək qərarına gəliblər. Belə ki, ərazi məsələləri tam həll olunub, sərhəd-keçid məntəqələri açılıb, su-energetika sahəsində qarşılıqlı faydalı əməkdaşlıq qurulub, nəqliyyat əlaqələri bərpa edilib, aktiv ticarət, investisiya və humanitar layihələr üçün əlverişli şərait yaradılıb. Belə bir əlverişli şəraitdə platformanın genişlənməsi əhəmiyyətli məsələ idi”, - deyə hüquqşünas bildirib.

K.Osmonaliyev əlavə edib ki, hələ 2021-ci ildə Qırğızıstan Azərbaycanın da bu platformaya qoşulmasını təklif etmiş və müsbət cavab almışdı. Bu gün gördüyümüz kimi, dörd il əvvəl başlanan inteqrasiya prosesləri artıq konkret forma alıb. Azərbaycanın bu formata qoşulmasının digər açıq müsbət nəticəsi isə əməkdaşlıq üzrə vahid məkanın formalaşmasıdır ki, bu da Mərkəzi Asiya və Cənubi Qafqaz regionlarının strateji bağlılığını və davamlılığını gücləndirir. Eyni zamanda, bu əməkdaşlıq ölkələr arasında nəqliyyat və logistika əlaqələrinin gücləndirilməsinə də təkan verir ki, yeni strateji dəmir yolları və ticarət dəhlizləri yaradılsın.

“Regionda yeni nəqliyyat arteriyası yaradılır. “Çin-Qırğızıstan-Özbəkistan strateji dəmir yolu yalnız ölkələrimizi birləşdirməyəcək, eyni zamanda, logistikanı yenidən formalaşdıraraq ölkələrimizə Asiya və Avropanın ən böyük bazarlarına qısa yol açacaq. Bu kontekstdə Zəngəzur dəhlizi (TRIPP) layihəsi “Çin-Qırğızıstan-Özbəkistan” dəmir yolunun məntiqi və strateji davamı kimi görünür”, - deyə sabiq səfir vurğulayıb.

O, həmçinin diqqətə çatdırıb ki, yeni “Mərkəzi Asiya + Azərbaycan” formatının institusionallaşdırılması vacibdir. Yəni, dövlət başçılarının qərarı ilə bir katibliyin yaradılması məqsədəuyğun olar ki, burada prezidentlərin xüsusi nümayəndələri fəaliyyət göstərsin. Katibliyin qərargahının yerləşdirilməsi üçün ən uyğun yer Bakıdır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:86
embedMənbə:https://azertag.az
archiveBu xəbər 24 Noyabr 2025 12:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see714

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see203

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see200

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see189

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see188

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see171

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see166

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see160

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see156

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see143

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see141

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see141

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see140

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see139

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see138

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see136

Ordubadda Xaraba Gilan şəhər yerinə baxış keçirildi FOTO

07 Yanvar 2026 05:03see134

Fənərbaxça nı finala yüksəldən qələbə Video

07 Yanvar 2026 09:12see129

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri