Səfir Rəhman Mustafayev Rusiya XİN başçısının müavini ilə müzakirə aparıb
Icma.az, Reyting.az saytına istinadən bildirir.
Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev dekabrın 19-da bu ölkənin xarici işlər nazirinin müavini Mixail Qaluzin ilə görüşüb.
Məlumata görə, söhbət zamanı onlar ikitərəfli münasibətlərin aktual məsələlərini, həmçinin Cənubi Qafqaz və Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər.
Ötən ildə Azərbaycan-Rusiya müttəfiqlik münasibətlərinin uğurlu inkişafı qeyd olunub. Vurğulanıb ki, siyasi, iqtisadi və humanitar sahələrdə qarşılıqlı səfərlər həyata keçirilib.
R.Mustafayev M.Qaluzinə Ermənistanla sülh müqaviləsi məsələlərinə dair rəsmi Bakının mövqeyi barədə məlumat verib.
Tərəflər, həmçinin qarşıdan gələn 2025-ci ildə keçiriləcək ikitərəfli təmasların və yüksək səviyyəli səfərlərin cədvəlini müzakirə ediblər.
Bu mövzuda digər xəbərlər:Səfir Rəhman Mustafayev Rusiya XİN ə gedib
01 İyul 2025 11:36
Rusiya XİN başçısının müavini Rəhman Mustafayevlə görüşüb
03 Aprel 2025 18:47
Rusiya XİN ə çağırılan Rəhman Mustafayev bir saata yaxın görüş keçirib
01 İyul 2025 14:47
Rəhman Mustafayev etimadnaməsini Putinə təqdim edib
05 Noyabr 2024 15:19
Baxış sayı:73
Bu xəbər 20 Dekabr 2024 00:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















