Səfir: Tehran regionda kommunikasiyaların açılması tərəfdarıdır Yeni Sabah
Icma.az, Yenisabah portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Tehran regionda nəqliyyat kommunikasiyalarının açılmasının tərəfdarıdır, lakin Ermənistanın suverenliyini və ərazi bütövlüyünü nəzərə alınmalır.
Yenisabah.az Armenian News-a istinadla xəbər verir ki, bunu İranın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Mehdi Sobhani deyib.
O, “Ermənistan-İran: Əməkdaşlıq prosesi və yeni perspektivlər” adlı ekspert forumunda çıxış edib: "İranın qondarma “Zəngəzur dəhlizi” ilə bağlı mövqeyi aydındır: Tehran istənilən geosiyasi dəyişikliklərə və dəhliz məntiqinə qarşıdır. “İranla Ermənistan arasında münasibətlərin möhkəm təməli var: əsrlər boyu yan-yana yaşayan və mehriban qonşuluq əlaqələri olan qonşularıq. Mən heç kimin iki ölkənin maraqlarına zidd addımlar ata biləcəyini düşünmürəm”.
Sobhani vurğulayıb ki, əvvəllər İran və Ermənistan arasında ikitərəfli münasibətlər də xarici amillərin təsiri olmadan inkişaf edib. Tehran əmindir ki, İrəvanla münasibətlər bundan sonra da xarici amillərin təsirindən azad olaraq qarşılıqlı fəaliyyət ruhunda inkişaf edəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:140
Bu xəbər 07 Noyabr 2024 12:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















