“Tehran Ermənistanın suverenliyini nəzərə alaraq kommunikasiyaların açılmasının tərəfdarıdır”
Missiya.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
“İran regionda nəqliyyat marşrutlarının açılmasını dəstəkləyir, lakin Ermənistanın suverenliyinə və ərazi bütövlüyünə hörmətlə yanaşır”.
Missiya.Az “Sputnik-Armeni”ya istinadən xəbər verir ki, bunu İranın Ermənistandakı səfiri Mehdi Sübhani deyib.
Onun sözlərinə görə, İranın qondarma Zəngəzur dəhlizi ilə bağlı mövqeyi dəyişməz olaraq qalır:
“İran istənilən geosiyasi dəyişikliklərin və dəhliz konsepsiyasının qəti əleyhinədir”, - deyə diplomat vurğulayıb.
Sübhani qeyd edib ki, Ermənistanla münasibətlərimizin möhkəm təməli var. Biz əsrlər boyu yan-yana yaşayan, mehriban qonşuluq münasibətlətini qoruyan ölkələrik.
O, bildirib ki, İran və Ermənistan arasında ikitərəfli münasibətlər həmişə xarici amillərin təsiri olmadan inkişaf edib.
Daşqın Həsənov
Missiya.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:140
Bu xəbər 07 Noyabr 2024 11:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















