Icma.az
close
up
RU
Səfir: Ümid edirəm ki, ABŞ la münasibətlərin inkişafı 907 ci düzəliş olmadan davam edəcək

Səfir: Ümid edirəm ki, ABŞ la münasibətlərin inkişafı 907 ci düzəliş olmadan davam edəcək

Apa.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Azadlığa Dəstək Aktına “907-ci düzəliş” Azərbaycana qarşı vaxtilə ədalətsiz olaraq tətbiq edilib. Bunu əksər amerikalılar da etiraf edib. Sözügedən düzəliş Azərbaycanın əraziləri işğal altında olduğu bir vaxtda, etnik təmizləmələr törədilərkən qüvvəyə minmişdi.

APA xəbər verir ki, bunu “Diplomatic Watch” nəşrinə müsahibəsində Azərbaycanın ABŞ-dakı fövqəladə və səlahiyyətli səfiri Xəzər İbrahim bildirib.

O, bu düzəlişin tətbiqi məsələsinin nə ABŞ-ın milli təhlükəsizlik, nə də beynəlxalq münasibətlər və ya beynəlxalq siyasətlə bağlı olduğunu vurğulayıb.

“Bu, ona görə baş vermişdi ki, Konqresdəki müəyyən lobbiçi qüvvələr onun tətbiqində israr edirdi. O zaman isə Azərbaycan əraziləri işğal altında idi və xalqımız etnik təmizlənməyə məruz qalırdı. 2024-cü ildə haqqında bəhs etdiyim düzəlişin qüvvəsinin bərpa olunması ABŞ-Azərbaycan münasibətlərinə təsir göstərdi. Hər iki ölkə xüsusilə də son regional və qlobal hadisələr fonunda hazırkı ABŞ Administrasiyası dövründə tərəfdaşlıq münasibətlərimizin bərpasına ümidvar olduğunu bildirirdi. Biz dəfələrlə müxtəlif səviyyələrdə bu qərarın ədalətli olmadığı barədə fikirlər eşitmişdik. Bunu Konqres üzvləri də deyirdi. Bəzi konqresmenlər isə yeni Administrasiyanı “907-ci düzəliş”in qüvvədə qalmasına təhrik etmək istəyir. Bu, onların daxili işidir. ABŞ-ın regiondakı strateji maraqlarını nəzərə alaraq, demək olar ki, belə bir maneənin aradan qaldırılması həlledici rol oynaya bilər”.

Diplomat hazırda iki ölkə arasında sıx əlaqələrin mövcud olduğunu və ölkəmizin strateji mövqeyi nəzərə alınaraq, münasibətlərimizin daha da inkişafının qaçılmazlığına diqqət çəkib:

“Azərbaycan ABŞ üçün önəmli olan bütün məsələlərdə müəyyən rola malikdir. Ölkəmiz üçün ABŞ təkcə qlobal supergüc olması ilə deyil, həm də ortaq maraq və dəyərlərin mövcudluğu səbəbindən də vacib ölkədir. “907-ci düzəliş”ə baxmayaraq, mən bunu onun lehinə səs verənlər üçün mənəvi ləkə adlandırırardım, biz ABŞ-la ikitərəfli münasibətlərin inkişafına nail ola bilmişik. Hər iki ölkə birgə əməkdaşlığın önəmini qeyd etdiyi bir zamanda strateji düşüncəsi olmayan qüvvələrin kənardan göstərdiyi təzyiqlər bu anlayışı dəyişə bilməz. Mən ümid edirəm ki, münasibətlərimizin inkişafı “907-ci düzəliş” olmadan davam edəcək”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:52
embedMənbə:https://apa.az
archiveBu xəbər 03 İyun 2025 19:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see263

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see187

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see183

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see158

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see155

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see155

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see152

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see149

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see148

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see147

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see144

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see143

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see139

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see138

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see138

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see137

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see135

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see133

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see132

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri