Səfirliyimizin atəşə tutulmasına Rumıniyadan reaksiya
Axar.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Rumıniya Xarici İşlər Nazirliyi (XİN) Kiyevdə Azərbaycanın səfirliyinin binasının atəşə tutulmasını qətiyyətlə pisləyib.
Axar.az Report-a istinadla xəıbər verir ki, nazirlik noyabrın 14-də gecə saat 1:00 radələrində raket və dron hücumları nəticəsində "İsgəndər" tipli raketin (Rusiya) Kiyevdə Azərbaycan səfirliyinin ərazisinə düşməsinin Vyana Konvensiyasının kobud şəkildə pozulması olduğunu bildirib.
"Diplomatik nümayəndəliklərin ərazisi toxunulmazdır. Azərbaycan Xarici İşlər Nazirliyi və azərbaycanlı həmkarlarımızla tam həmrəyliyimizi ifadə edirik", - məlumatda qeyd olunub.
Xatırladaq ki, Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimov Xarici İşlər Nazirliyinə çağırılıb və ona noyabrın 14-də təqribən gecə saat 1:00-da Ukraynanın paytaxtı Kiyev şəhərinə raket və dron hücumları nəticəsində İsgəndər tipli raketlərdən birinin səfirliyin ərazisinə düşməsi ilə bağlı kəskin etiraz bildirilib və ona müvafiq nota təqdim edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:47
Bu xəbər 15 Noyabr 2025 13:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















