Icma.az
close
up
RU
Səfirliyimizin vurulması təsadüfdürmü? Deputatlardan REAKSİYA

Səfirliyimizin vurulması təsadüfdürmü? Deputatlardan REAKSİYA

Icma.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ukraynanın paytaxtı Kiyevdə yerləşən Azərbaycan səfirliyi növbəti dəfə Rusiya hücumunun hədəfinə çevrilib.

Noyabrın 14-də gecə saatlarında şəhərə hücum zamanı “İsgəndər” tipli raketdən biri səfirliyimizin ərazisinə düşüb. Partlayış diplomatik nümayəndəliyin hasarını dağıdıb, inzibati bina, konsulluq şöbəsi və xidməti avtomobillər ciddi zərər görüb. Xoşbəxtlikdən hadisə tələfatla nəticələnməyib.

Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Yevdokimov Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılıb və ona nota təqdim olunub.

Modern.az-a açıqlamasında Milli Məclisin Azərbaycan-Rusiya parlamentlərarası işçi qrupunun üzvü Elşad Musayev bildirib ki, səfirliyimizin vurulması təsadüfi deyil:

“Rusiyanın Ukraynaya təcavüzü davam edir. Rusiyanın dövlətçilik fəlsəfəsi imperiya və işğalçılıq ambisiyaları üzərində qurulub. İndi də vəhşicəsinə Ukraynada qətliamlar həyata keçirir, insanları məhv edir, buna paralel olaraq da bütün dünyaya hədə-qorxu gəlir. O cümlədən Cənubi Qafqaz ölkələrini öz təsirində saxlamaq üçün bu cür vəhşi üsullardan istifadə edir. Hesab etmirəm ki, raket zərbələrinin qəlbələri təsadüfən Azərbaycan səfrirliyinə toxunub. Son dövrlər Rusiyanın Azərbaycana qarşı apardığı siyasətə baxdıqda bu ölkənin hansısa istəklərinin mövcudluğu görünür. Rusiya Cənubi Qafqazı öz təsirindən kənara buraxmaq istəmir. Xarici İşlər Nazirliyi tərəfindən Rusiyaya nota verilib. Ölkənin siyasi cameəsi də, ziyalı kəsimi də Rusiyaya etiraz etməlidir. Təəssüflər olsun ki, hələ də Rusiyanın təsir dairəsində olan müəyyən kəsimlər var. Rusiya da buna görə, burada əl-qol aça bilir".

E.Musayev Rusiyadan hadisə ilə bağlı hansısa sivil addımlar gözləmir:

"Rusiya səfirliyimizin binasının vurulmasına görə, məsuliyyət daşıyır. Amma indi beynəlxalq hüquq yox, beynəlxalq güc işləyir. O baxımdan Rusiya açıq-aşkar dünyanın gözü önündə başqa bir ölkənin ərazisinə müdaxilə edir. Rusiya imperial, hegemon gücdür. İndiki dövrdə Rusiya tərəfindən Azərbaycan səfirliyi barədə hansısa bir kompensasiyanın ödənilməsini gözləmək sadəlövhlük olar. Azərbaycan tərəfi təbii ki, bunu dilə gətirib, tələb etməlidir. Amma avtoritar bir dövlət olan Rusiya tərəfindən əməli addım atılacağını gözləmirəm".

Milli Məclisin Azərbaycan-Rusiya parlamentlərarası işçi qrupunun digər üzvü Azər Badamov isə Rusiyanın səfirliyimizi qəsdən vurduğunu düşünmür:

“Ukrayna ilə Rusiya arasında müharibə gedir. Hər iki ölkə qarşılıqlı şəkildə raket hücumları həyata keçirirlər. Hücumların koordinatlarının dəqiq olmaması səbəbindən raketlərin səfirliyimizin binasına yaxın əraziyə düşməsi, nəticədə, səfirliyimizin binasına qəlpələrin dəyməsi mümkündür. Hər halda belə atəşlər açılanda diplomatik nümayəndəliklərə ziyan dəyməməsi üçün müəyyən ehtiyat tədbirləri görülməlidir.
Bu məsələni siyasiləşdirməyi düzgün hesab etmirəm. Müharibə gedən ərazilərdə belə halların baş verməsi mümkündür”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:45
embedMənbə:https://modern.az
archiveBu xəbər 14 Noyabr 2025 17:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see236

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see210

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see206

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see206

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see192

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see175

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see163

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see159

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see152

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see152

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see150

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see149

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see148

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see148

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see147

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see142

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see141

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see140

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see139

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri