Icma.az
close
up
RU
Səhər açılanda artıq gec olur: Qar yağdımı, texnika yola çıxmalıdır

Səhər açılanda artıq gec olur: Qar yağdımı, texnika yola çıxmalıdır

Avtosfer portalından verilən məlumata əsasən, Icma.az bildirir.

 Paytaxtda qışa hazırlıq görülür. Həqiqətən də, görülürmü? Bakı Şəhər İcra Hakimiyyətinin tapşırıqlarına uyğun olaraq paytaxt rayonlarında qışa hazırlığın vəziyyəti ilə bağlı Bakının inzibati rayonlarında kommunal, təsərrüfat xidmətləri, idarə və təşkilatların, təhsil müəssisələrinin, özəl sektorun nümayəndələrinin iştirakı ilə müşavirələr keçirilir. Bu haqda Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən məlumat verilib.

Məlumata görə, müşavirələrin əsas məqsədi rayon xidmətlərinin soyuq qışa, xüsusilə güclü qar yağmasına hazırlığın vəziyyətinin araşdırılması, bu zaman görülməsi zəruri olan işləri müzakirə etməkdir. İlk müşavirələr paytaxtın Sabunçu, Suraxanı və Xətai rayonlarında keçirilib. Müşavirələrdə Bakı Şəhər İcra Hakimiyyətinin şöbə müdirləri, şəhərin kommunal və digər xidmətlərinin rəhbərləri də iştirak ediblər. Qeyd edilib ki, Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən hər bir rayona cavabdeh şəxs təyin edilib, həmin şəxslər yerli icra hakimiyyətlərinin nümayəndələri ilə birgə rayonlarda qış mövsümünə hazırlığı, verilən tapşırıqların və görülən işlərin icra vəziyyətini yoxlayıblar.

Bildirilib ki, qış aylarında yağmurlu və şaxtalı hava şəraiti ilə əlaqədar rayon icra hakimiyyətlərində qışa hazırlıqla bağlı yaradılan qərargahlar, kommunal və təsərrüfat xidmətləri və aidiyyəti təşkilatların rəhbərləri həmin günlərdə üzərlərinə düşən vəzifələrin tam şəkildə yerinə yetirilməsi üçün hazır olmalıdırlar. Hər bir quruma qarın təmizlənməsi üçün lazımi qədər alət, inventarın (bel, kürək, ling və s.) toplanması, duz ehtiyatı yaradılması, xüsusi texnikaların vəziyyətinin yoxlanılması ilə bağlı tapşırıqlar verilib. Rayondakı küçə və məhəllələrin qardan təmizlənməsinə cavabdeh şəxslərin siyahıları hazırlanıb, bu işlərə kommunal qurumların texnikası ilə yanaşı idarə, təşkilat, bələdiyyə və özəl qurumların da mövcud texnikalarının cəlb edilməsi qərara alınıb.

Keçirilən müşavirələrin qışa hazırlığa nə dərəcədə faydalı olduğu, təəssüf ki, qar yağanda bilinəcək. Belə və oxşar müşavirələr indiyədək də keçirilib. Hər dəfə payız-qış mövsümü ərəfəsində meriya tabeliyində olan qurumlarının rəhbərlərini toplayır, vəziyyət öyrənilir, tapşırıqlar verilir. Amma yağış yağanda şəhərdə hansı vəziyyətin yarandığı zatən bəllidir və illərdir ki, bu sahədə müsbət bir dəyişiklik də görünmür.  Eləcə də şəhər əhalisi, xüsusən işə gedib-gəlməli olanlar qışda qar arzulamır. Çünki qar yağan kimi şəhər iflic vəziyyətə düşür, ictimai nəqliyyat işləmir, yollarda qar qalaqlanır, sürüşüb yığılan, qol-qıçını sındıran  kim, avtomobili ilə buzlu yolda “fiqurlu konki” edən kim...  İnzibati rayonların idarə, təşkilat və özəl qurumlarına, bələdiyyələrə, o cümlədən ictimai iaşə müəssisələrinin rəhbərlərinə özlərinə aid ərazilərin təmizlənməsində yaxından iştirak etmək çağırşı isə daşa dəyib geri qayıdır. Ümid qalır, günəşə. Ki, tez parlasın, şüasını artırsın ki, qar tez ərisin. Hərçənd, qar əriyəndən sonra şəhərin yolları, küçələri lap bərbad vəziyyətə düşür. 

Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov açıqlamasında qeyd etdi ki, yağışlı, qarlı havalarda avtomobil yollarında ən böyük problem gölməçələrdir: 

- Gölməçələrin yaranmaması üçünsə ciddi işlər görülməli, yağış, qar sularının yollardan çəkilməsini təmin edəcək işlər görülməlidir. Yağış, qar zamanı məhz yollarda yağıntı sularının toplanması, qar örtüyünün yollarda qalması səbəbindən hərəkət məhdudlaşır. Hərəkət məhdudlaşırsa, bu, bütün sferalara ziyandır. Sərnişin daşınması, yüklərin daşınması, istər fərdi hərəkət, istərsə də ictimai nəqliyyatda, əgər fiziki və ya hüquqi şəxs bir nöqtədən digərinə çatmaqda çətinlik çəkirsə və gecikirsə, bu, ümumilikdə Bakının iqtisadiyyatına mənfi təsir göstərir.

Əsas məsələ avtomobil yollarında vaxtında təmizlik işlərinin aparılmasıdır ki, qar yolun hərəkət hissəsindən təmizlənsin, yağış suları toplanıb qalmasın. Qar yağdımı, texnika yola çıxmalı və təzə qarı kürüməlidir. Gözləmək lazım deyil,  səhər açılsın, sonra texnika küçəyə çıxsın. Səhər açılanda artıq gec olur, gecə saatlarında yağan qar qalaqlanıb, bərkiyir, donur. Donmuş qarı təmizləmək dəfələrlə çətindir, nəinki yumşaq qarı. Bu, hamının bilməli olduğu adi məsələdir. Qar yağırsa, texnika da intensiv çalışmalıdır ki, qar toplanıb qalmasın. Sürüşmənin qarşısını almaq üçün yola səpilən duz, torpaq da ancaq qar təmizləndikdən sonra effektiv olur. 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:188
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 28 Noyabr 2024 12:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see285

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see257

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see250

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see249

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see245

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see240

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see231

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see228

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see222

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see216

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see212

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see212

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see208

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see208

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see205

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see196

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see194

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see194

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see194

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri