Icma.az
close
up
RU
Səhər açılanda artıq gec olur: Qar yağdımı, texnika yola çıxmalıdır RƏY

Səhər açılanda artıq gec olur: Qar yağdımı, texnika yola çıxmalıdır RƏY

Sherg.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Qış aylarında avtomobil yollarında ən böyük problem gölməçələrdir

  Paytaxtda qışa hazırlıq görülür. Həqiqətən də, görülürmü? Bakı Şəhər İcra Hakimiyyətinin tapşırıqlarına uyğun olaraq paytaxt rayonlarında qışa hazırlığın vəziyyəti ilə bağlı Bakının inzibati rayonlarında kommunal, təsərrüfat xidmətləri, idarə və təşkilatların, təhsil müəssisələrinin, özəl sektorun nümayəndələrinin iştirakı ilə müşavirələr keçirilir. Bu haqda Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən məlumat verilib. Məlumata görə, müşavirələrin əsas məqsədi rayon xidmətlərinin soyuq qışa, xüsusilə güclü qar yağmasına hazırlığın vəziyyətinin araşdırılması, bu zaman görülməsi zəruri olan işləri müzakirə etməkdir. İlk müşavirələr paytaxtın Sabunçu, Suraxanı və Xətai rayonlarında keçirilib. Müşavirələrdə Bakı Şəhər İcra Hakimiyyətinin şöbə müdirləri, şəhərin kommunal və digər xidmətlərinin rəhbərləri də iştirak ediblər. Qeyd edilib ki, Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən hər bir rayona cavabdeh şəxs təyin edilib, həmin şəxslər yerli icra hakimiyyətlərinin nümayəndələri ilə birgə rayonlarda qış mövsümünə hazırlığı, verilən tapşırıqların və görülən işlərin icra vəziyyətini yoxlayıblar. Bildirilib ki, qış aylarında yağmurlu və şaxtalı hava şəraiti ilə əlaqədar rayon icra hakimiyyətlərində qışa hazırlıqla bağlı yaradılan qərargahlar, kommunal və təsərrüfat xidmətləri və aidiyyəti təşkilatların rəhbərləri həmin günlərdə üzərlərinə düşən vəzifələrin tam şəkildə yerinə yetirilməsi üçün hazır olmalıdırlar. Hər bir quruma qarın təmizlənməsi üçün lazımi qədər alət, inventarın (bel, kürək, ling və s.) toplanması, duz ehtiyatı yaradılması, xüsusi texnikaların vəziyyətinin yoxlanılması ilə bağlı tapşırıqlar verilib. Rayondakı küçə və məhəllələrin qardan təmizlənməsinə cavabdeh şəxslərin siyahıları hazırlanıb, bu işlərə kommunal qurumların texnikası ilə yanaşı idarə, təşkilat, bələdiyyə və özəl qurumların da mövcud texnikalarının cəlb edilməsi qərara alınıb.

  Keçirilən müşavirələrin qışa hazırlığa nə dərəcədə faydalı olduğu, təəssüf ki, qar yağanda bilinəcək. Belə və oxşar müşavirələr indiyədək də keçirilib. Hər dəfə payız-qış mövsümü ərəfəsində meriya tabeliyində olan qurumlarının rəhbərlərini toplayır, vəziyyət öyrənilir, tapşırıqlar verilir. Amma yağış yağanda şəhərdə hansı vəziyyətin yarandığı zatən bəllidir və illərdir ki, bu sahədə müsbət bir dəyişiklik də görünmür.  Eləcə də şəhər əhalisi, xüsusən işə gedib-gəlməli olanlar qışda qar arzulamır. Çünki qar yağan kimi şəhər iflic vəziyyətə düşür, ictimai nəqliyyat işləmir, yollarda qar qalaqlanır, sürüşüb yığılan, qol-qıçını sındıran  kim, avtomobili ilə buzlu yolda “fiqurlu konki” edən kim...  İnzibati rayonların idarə, təşkilat və özəl qurumlarına, bələdiyyələrə, o cümlədən ictimai iaşə müəssisələrinin rəhbərlərinə özlərinə aid ərazilərin təmizlənməsində yaxından iştirak etmək çağırşı isə daşa dəyib geri qayıdır. Ümid qalır, günəşə. Ki, tez parlasın, şüasını artırsın ki, qar tez ərisin. Hərçənd, qar əriyəndən sonra şəhərin yolları, küçələri lap bərbad vəziyyətə düşür. 

Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov “Sherg.az"a açıqlamasında qeyd etdi ki, yağışlı, qarlı havalarda avtomobil yollarında ən böyük problem gölməçələrdir: 


- Gölməçələrin yaranmaması üçünsə ciddi işlər görülməli, yağış, qar sularının yollardan çəkilməsini təmin edəcək işlər görülməlidir. Yağış, qar zamanı məhz yollarda yağıntı sularının toplanması, qar örtüyünün yollarda qalması səbəbindən hərəkət məhdudlaşır. Hərəkət məhdudlaşırsa, bu, bütün sferalara ziyandır. Sərnişin daşınması, yüklərin daşınması, istər fərdi hərəkət, istərsə də ictimai nəqliyyatda, əgər fiziki və ya hüquqi şəxs bir nöqtədən digərinə çatmaqda çətinlik çəkirsə və gecikirsə, bu, ümumilikdə Bakının iqtisadiyyatına mənfi təsir göstərir. Əsas məsələ avtomobil yollarında vaxtında təmizlik işlərinin aparılmasıdır ki, qar yolun hərəkət hissəsindən təmizlənsin, yağış suları toplanıb qalmasın. Qar yağdımı, texnika yola çıxmalı və təzə qarı kürüməlidir. Gözləmək lazım deyil,  səhər açılsın, sonra texnika küçəyə çıxsın. Səhər açılanda artıq gec olur, gecə saatlarında yağan qar qalaqlanıb, bərkiyir, donur. Donmuş qarı təmizləmək dəfələrlə çətindir, nəinki yumşaq qarı. Bu, hamının bilməli olduğu adi məsələdir. Qar yağırsa, texnika da intensiv çalışmalıdır ki, qar toplanıb qalmasın. Sürüşmənin qarşısını almaq üçün yola səpilən duz, torpaq da ancaq qar təmizləndikdən sonra effektiv olur. 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:95
embedMənbə:https://sherg.az
archiveBu xəbər 28 Noyabr 2024 12:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see403

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see386

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see336

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see299

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see299

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see291

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see257

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see249

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see230

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see223

MilliÖn vətəndaşı aldadıb? ŞİKAYƏT

02 Dekabr 2025 21:03see209

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see179

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see170

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see148

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see139

“Kontakt Home”da ər arvadını bıçaqladı

02 Dekabr 2025 22:20see139

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see133

Mavi Balina necə yüklənilir?

03 Dekabr 2025 17:32see133

DTX onların izinə düşüb Bakıda keçirilən gizli toplantılarda hansı plan qurulub?

02 Dekabr 2025 19:44see131

Paşinyan Minsk Qrupu nun 2019 cu il təkliflərinə niyə cavab vermir? İki mühüm səbəb

02 Dekabr 2025 21:29see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri