Icma.az
close
up
RU
“Şəhər infrastrukturunda hər elementin öz funksional yeri olmalıdır, biri digərinin üzərinə yüklənməməlidir”

“Şəhər infrastrukturunda hər elementin öz funksional yeri olmalıdır, biri digərinin üzərinə yüklənməməlidir”

Bizimyol saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bir nəfər Xətai prospektində yeni xətlənmiş yol nişanlanmasını lentə alaraq bunun məntiqini başa düşmədiyini bildirib. Əslində, bu cür xətlənmə Avropada, xüsusilə də İspaniyanın Barselona şəhərində geniş şəkildə tətbiq olunur. Burada yolun tam sağ hissəsində yerləşən zolaq velosipedçilər üçün nəzərdə tutulub. Velosiped zolağının dərhal yanında isə parkinq yerləri ayrılıb. Beləliklə, həm velosipedçilər üçün təhlükəsiz hərəkət imkanı yaradılır, həm də sürücülərin avtomobillərini saxlaya bilməsi üçün şərait təmin olunur. Bu yanaşma şəhər nəqliyyatında müasir və funksional həll yolu hesab edilir.Velosiped zolağının avtomobil parkinq yerləri ilə yanaşı yerləşdirilməsi modelinin Bakıda tətbiqi nə qədər effektiv və təhlükəsiz hesab olunur?

Məsələ ilə bağlı Bizimyol.info xəbər portalına nəqliyyat eksperti Aslan Əsədov bildirib ki, piyadaların velosiped üçün ayrılmış yolla hərəkət etməyə məcbur qalması ciddi təhlükə yaradır: “Biz çox zaman xarici modelləri ölkəmizdə tətbiq etməyə çalışırıq, lakin burada zamanlama və keyfiyyət məsələləri nəzərə alınmalıdır. Yəni Azərbaycanda yollar, şəhər planlaması və ümumi infrastruktur bu yeniliklərə nə dərəcədə imkan verir? Bu səbəblə proseslərə tələsmədən, mövcud şəraitə uyğunlaşaraq yanaşmaq vacibdir.

Şəhər infrastrukturunda hər elementin öz funksional yeri olmalıdır, biri digərinin üzərinə yüklənməməlidir. Məsələn, Avropa ölkələrində velosiped zolaqları, piyada yolları və avtomobil yolları aydın şəkildə bir-birindən ayrılıb. Amma bizdə avtomobil yolunun bir hissəsini velosiped zolağına çevirmək, eyni zamanda piyadaların həmin yolla hərəkət etməyə məcbur qalması ciddi təhlükə yaradır. Belə olduqda nə piyadalar, nə velosipedçilər, nə də sürücülər üçün təhlükəsiz mühitdən danışmaq mümkün deyil”.

Aslan Əsədov

“Ümumilikdə, əgər parkinqi yalnız avtomobillərin dayanması üçün nəzərdə tuturuqsa, burada funksionallıqdan danışmaq mümkün deyil. Bu səbəbdən, bu məsələlər bir-birindən fərqli və ayrı mövzulardır. Onları qarışdırmaq olmaz, əks halda funksional nəqliyyat sistemi və bu sahədə formalaşan düşüncə tərzimiz pozula bilər. Belə məsələlərin həlli isə prioritet olaraq diqqət mərkəzində saxlanılmalıdır”-deyə Aslan Əsədov qeyd edib.

Günel Həsənova, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:162
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 14 Yanvar 2026 19:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see285

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see266

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see250

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see248

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see235

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see229

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see228

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see227

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see227

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see224

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see221

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see220

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see216

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see215

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see204

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see201

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see198

PAŞİNYAN RUSİYANI ERMƏNİSTAN SƏRHƏDLƏRİNDƏN ÇIXARIR Moskva nə edəcək?

28 Noyabr 2026 17:02see195

Spotify bu ölkədə bağlanır

28 Noyabr 2026 00:43see191

Türkiyədə 10 qız uşağının itkin düşməsi ilə bağlı yeni təfərrüat

29 Noyabr 2026 00:23see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri